17.02.2011

Tia.az saytı Ziya Məmmədovun, Etibar Pirverdiyevin və Nizaməddin Rzayevin saxlanıldığı barədə xəbər yayıb

Ziya Məmmədov, Etibar Pirverdiyev və Nizaməddin Rzayevin saxlanıldığı barədə xəbər yayıldı, bu barədə tia.az saytı yazır.

Xəbərdə deyilir ki, etibarlı mənbələrdən TİA.AZ-a ilginc bir məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə, bu gün axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin aparıcı üç dövlət strukturunun rəhbərini saxlayıb.

Məlumatda deyilir ki, saxlanılan məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov, ikincisi "Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev, üçüncüsü isə "Azərsu” ASC-nin başçısı Nizaməddin Rzayevdir. Məlumatı dəqiqləşdirmək üçün hər üç qurumun mətbuat xidmətləri ilə əlaqə saxlamağa çalışdıq. Lakin istəyimiz baş tutmadı.

Qeyd edək ki, məlumatın nə dərəcədə doğru olduğunu hazırda müəyyən etmək bizim üçün çox çətindir. Amma bunun real ola biləcəyini də istisna etmirik. Mümkün qədər çalışacağıq ki, qısa müddətdə bununla bağlı dəqiqləşdirmə aparaq.


talish.org 

Комментариев нет:

Отправить комментарий