Rövşən Danyeri
Ya sadəcə güneylilər mövzusunun davamı
Bir müddət öncə saytımızda “Güneyli yazarlar dərc olunmalıdırmı?” başlıqlı sorğu yayımlandı. Bu sorğunu keçirməkdə səbəb bir qrup insanın müəyyən ədəbi çevrələrdə səsləndirdiyi fikirlər idi. Onların belə hesab edidilər ki , güneyli yazarlar Azərbaycan ədəbiyyatında yayımlanmamalıdırlar. Buna səbəb kimi, bəziləri soydaşlarımızın dünya görüşü səviyyəsinin aşağı olmasını, digərləri isə ədəbiyyatımızın vəziyyətinin ağırlığını və hətta “özümüzünkülər”i yayımlamaqda çətinlik çəkdiklərini göstərirdilər. Ancaq nədənsə bu tipli fikirlər mətbuata yol tapa bilmir. Biz də biz sorğu keçirərkən müraciət etdiyimiz bəzi adamlar sualı eşidən kimi qəti sürətdə cavab verməkdən boyun qaşırdılar. Təbii ki, onlar bu fikirləri səsləndirdikləri təqdirdə cəmiyyətdən böyük təpki alacaqlarını bilirdilər. Və yalnız boş spekluasiya yaratmaqdan başqa bir niyyətləri yox idi. Bütün bunlara baxmayaraq sorğu saytda yerləşdirildi və gözlənilən təpkilər də gəldi. Güneyli yazarların yayımlanmasının əlehinə çıxan insanların kimliyi hər kəsə maraqlı idi. Bundan istifadə edən Elmin Həsənli adlı bir qəhrəman meydana çıxdı və bütün günahları boynuna götürdü. Hələ üzr də istədi. Ancaq deməliyəm ki ,bu mövzu ilə bağlı insanları mühakimə etməli olsaydıq Elmin bəy yəqin ki, axırıncı sıralarda olardı.
“Rasimin saytı...”
“Rasimin saytı”, “Rasimin adamı” və ağ eləməkdən çəkinməyərək söylədikləri “Rasimin oğlu” kimi ifadələrdən bezdiyimi bildirmək istəyirəm. Bir daha təkrar edirəm ki, biz Rasim Qaracanın nə rəsmi distrubitoru , nə də onun əməllərinə görə cavab verəcək adamlarıq. İnsanlardakı önyarqını yox etmək üçün məsələyə bir daha aydınlıq gətirirəm. Rasim bəy ADYAZAR.az saytının baş redaktorudur. Ancaq saytda qərarlar verməyi biz gənclərin öhdəsinə buraxıb. Özü isə daha çox məsləhətçi kimi fəaliyyət göstərir və saytın daxili işlərinə , eləcə də yayım siyasətinə müdaxilə etmir. Əslində biz məsləhət almaq üçün bir çox adamlara müraciət etmişdik. “Məni bir daha narahat etməyin” deyən Rəşad Məcid və “Rasimin saytına nə münasibət bildirəcəm” deyən Şahbaz Xuduoğlu da onların arasında idi .
Güneylilər məsələsi
ADYAZAR.az saytı olaraq biz kimlərisə yayımlamaqla bağlı öhdəçilik götürməmişik. Həmçinin güneyli yazarları da. Bu baradə bizə nə heç bir göstəriş, nə də heç bir xahiş olunmayıb. Ümumiyyətlə isə Rasim Qaraca ilə bu məsələni müzakirə belə etməmişik. Sadəcə bir müddət öncə Məlihə Əzizpura, Sayman Aruza və Yalnız İnsana onların şeirlərini yayımlamaq istədiyimizi bildirmişdik. Onlar da, bu istəyimizə müsbət cavab verdilər.
Günah keçisi
Günah keçisi olaraq Elmin Həsənli seçildiyinə görə mövzunu onunla davam etdirmək istəyirəm. “ Mənasız güneyliləri yayımlamaqla işimə hörmətsizlik etdiyimi düşünürəm” deyib Elmin bəy . Əslində peşəkarlıq və prinsipial mövqedən xəbər verən bu cümlələr alqışa layiqdir. Ancaq görəsən sözlər əməllərlə nə dərəcədə düz gəlir? Sonralar onun yazılarının birində mənasız güneylilər sırasında Yalnız İnsanın da adı göstərilmişdi. Doğurdanmı , Yalnız İnsanın yazıları o qədər bayağıdır ki, onu yayımlamalıyıq?! Əlbəttə , güneyli şairimiz kimlərinsə xoşuna gəlməyə bilər , amma mənasız şair kimi tanınmağa da layiq deyil. Ən azından Elmin bəyin “adyazar”dakı fəaliyyəti dövründə ədəbi yükü güneylinin şeirlərindən aşağı olan əsərlər yayımlanmışdı. Gənc redaktorun hal-hazırda çalışdığı sayt da ikinci – üçüncü kurs tələbələrinin yazıları ilə zəngindir və yəqin ki , onların peşəkar “köşəmən” olduqlarını iddia etmək əsassız olardı . Görəsən, “prinsipial” redaktor buna niyə göz yumur.
Və sonda qeyd kimi
ADYAZAR.az adından demək istərdim. Nəinki Azərbaycanda yaşayan yazarlar və nəinki güneylilər , arealı böyüdərək əlavə edirəm , nəinki dünya azərbaycanlıları, ümumiyyətlə dünya xalqalarının ədəbi yükü olan və azəri türkcəsinə çevrilmiş bütün nümunələri saytımızda dərc olunacaqdır.
Hörmətlə ADYAZAR.az ədəbi portalı

Комментариев нет:
Отправить комментарий