Paytaxt Bakının 7 kilometrliyində Xırdalan şəhərində Azərbaycan-Misir Dostluq Parkında Hüsnü Mübarəkin heykəli qorunur, onun arvadının adıni daşıyan məktəbin girişində isə polis dayanır
Müxalifət lidrlərinin və bir çox ziyalıların etirazlarına baxmayaraq Misir prezidenti Hüsnü Mübarəkin heykəli və arvadı Syuzan xanımın adına orta məktəb Azərbaycanda əzəmətini indi də saxlamaqdadır. Paytaxt Bakının 7 kilometrliyində yerləşən Xırdalan şəhərindəki Azərbaycan-Misir dostluq parkı və Syuzan Mübarək adına 9 saylı orta məktəbi mühafizə xidməti və polis qoruyur. Məktəbin qarşısında post patrul xidməti avtomobili keşik çəkir və girişdə polis kapitanı dayanıb. Parka və məktəbə daxil olan hər bir şəxsin kimliyi soruşulur. Mənim də, kimliyimi soruşdular. Jurnalist vəsiqəmi təqdim etdikdən sonra mühafizə xidməti Xırdalan şəhər meriyasında cavabdeh şəxsə zəng etdi, yalnız həmin şəxs vəsiqəmə baxdıqdan sonra Hüsnü Mübarəkin daş camalını çəkməyə icazə verdilər.
Hüsnü Mübarəkin parkın mərkəzində yerləş heykəlinə fontan kompleksi sərinlik gətirir. Heykəlin arxa fonunda Misir ehramlarının daşla maketi tikilib, Misir fironlarının əlbəttə, Mübarəkin abidəsinin fonunda kiçicik fiqurları quraşdırılıb.
Amma, heykəlin əzəmətinin əksinə olaraq müsahibim olan şəhər sakinləri Hüsnü Mübarəki heç də istəmir. Şəhər sakinləri diktatorun heykəlinin onlara hər hansı zövq gətirmədiyini deyir.
Bunun əksinə olaraq, sakinlər məktəbin Syuzan Mübarəkin adına olması ilə maraqlanmır. Onları əsasən keyfiyyətli təhsil maraqlandırır.
Sakinlərdən fərqli olaraq mütəxəssislər Hüsnü Mübarəkin Azərbaycanda heykəlinin qoyulmasını və onun xanımının adına məktəb olmasını təəccüblə qarşılayır. Sənətşünas Toğrul Cuvarlı Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan xalqının çoxsaylı liderlərinin heykəli olmadığı bir ölkədə Hüsnü Mübarəkə heykəl qoyulmasını biabırçılıq kimi qarşılayıb. "Azərbaycana dünyanın yüzlərlə tanınmış liderləri və alimləri ziyarət edib. Bakıda çoxsaylı lider insanlar anadan olub. Ölkənin müstəqilliyi və azadlığı uğrunda minlərlə insan canından keçib. Belə olan halda, hansısa diktatorun heykəlinin ucaldılması sadəcə biabırçılıqdır”, - deyə o qeyd edib.
voanews.com

Комментариев нет:
Отправить комментарий