İbrahim Sel Professional Oxucu Liqası
Əgər 11 sentyabrda 3 000 adam həyatını itirmişdisə , Xirosima və Naqasaki faciəsi zamanı 210 000-dən çox insan tələf olmuşdu
2004-cü il noyabrın 4-də dünyanın ən əhəmiyyətli seçkisi keçirildi. Cəmi 115 milyon insanın iştirak etdiyi səsvermədə «British Broadcasting Corporation»un təbirincə desək, “Əsil qlobal seçki” keçirildi.
Bu seçkinin nəticələri ümumilikdə bütün dünyanın gələcək inkişafına böyük təsir göstərəcəkdi. Daha dəqiq desək cəmi 59 milyondan bir az adamın lehinə verdiyi səs nəticəsində dünyada yeni siyasət kursu müəyyən olundu. Birləşmiş Ştatların sərhədlərindən kənarda yaşayan yüz milyonlarla insan yalnız onun Corc Buş olmadığına görə demokratların namizədi Con Kerrini dəstəkləyirdi. Dünyanın qalan hissəsi öz “üstünlüklərinə” təhlükə sayan insanların səslərin nəticəsində digərlərinin ümidi puça çıxdı.
Oxşar vəziyyəti 2000 il öncə qədim Romada olan seçkiyə bənzətmək olar. O vaxt bir qrup Roma sakini İspaniyadan Suriyaya qədər uzanan, Şimalda Qaul, cənubda Afrikanın bir hissəsini əhatə edən böyük imperiyanın gələcək müqəddəratını həll etmək üçün səs vermişdi. Bu gün də dünya əhalisinin gələcək taleyi imperialist dövlətlərdə siyasi mübarizədən asılıdır.
Amerikanın imperialist siyasətinin geniş şərhi keçmiş Sovet respublikalarının ictimai şüurunda elə bil qadağan olunmuş mövzulardandır. Hətta Amerika siyasətinin əsil mahiyyəti haqqında Amerikalıların özləri də çox dərindən düşünməyi və digərləri ilə müzakirə etməyi xoşlamırlar. Amerikalılar yalnız son dövrlərdə öz ölkələrinin işğalçı olmasını dərk etməyə başlayıblar. Lakin artıq etiraf edilməyə başlanmışdır ki, ABŞ tərəfindən digər ölkələrə olan bütün müdaxilələr imperiyanın gücünü qorumaq üçündür.
11 sentyabrla bağlı yazıların birində Fransanın «Le Mondi» qəzeti «Biz bu gün hamımız amerikalıyıq» başlığı altında məqalə yazmışdı. Bu sözlər Fransa üçün deyilmişdi. Bunun bəlkə də bütün Avropaya aid etmək olar, amma mənim kimi bir çox insan belə fikirləşmir.
Dünya Ticarət Mərkəzində baş verən cinayət bağışlanılmazdır. Bu cinayətin Amerikanın güc strukturlarının təşkil etdiyi barədə də çox yazılıb, bununla da işimiz yox. Amma tarixə nəzər salsaq, görərik ki, Amerika imperiyasının törətdiyi cinayətlər daha faciəli sonluqlarla bitib. Əgər 11 sentyabrda 3 000 adam həyatını itirmişdisə , Xirosima və Naqasaki faciəsi zamanı 210 000-dən çox insan tələf olmuşdu. Bəzi adamlar deyə bilər ki, bu iki hadisələr müqayisə olunmamalıdır. Çünki o vaxt bu şəhərlər müharibə hədəfi idi. Həqiqətdə isə bu əməliyyat hərbi məqsədlər üçün deyil, dinc sakinlərin məhvi üçün keçirilmişdi.
Dünyanın ayrı-ayrı yerlərində bu hadisəyə insanların münasibəti müxtəlif idi. Uzaq şərqdə populyar televiziya verilişlərindən birində «Bu dəhşətlidir, amma Amerika buna layiqdir» kimi fikirlər geniş yayılmışdı. 11 sentyabr hadisələrinin motivasiyası kimi ədalətsizlik və nifrət səbəblərini göstərmək olar.
ABŞ-ın yaxın şərqdə işğalçı siyasətinin iki məqsədi var. Birincisi bölgənin neft ehtiyyatlarına sahib olmaq, ikincisi həmişəki kimi bu ölkələrə qarşı İsrailə dəstək vermək. Nə qədər ki Amerika bu fikirlərindən daşınmayıb, onun özü böyük problemlərlə üzləşəcək.
Amerikanın İraqda və yaxud Əfqanıstanda qələbəsi əslində böyük itkilər hesabına qazanılmışdır. Döyüş meydanında qələbələr daha böyük müharibələrdə məğlubiyyətlərlə əvəz oluna bilər. Vyetnam müharibəsinin acı təcrübəsi buna misal ola bilər.
Corc Buş ABŞ-ın İraqda qələbəsini elan edəndən sonra İraqın işğal edilməsi ilə ABŞ imperiyasının ifrat genişlənməsinin problemlər yaradacağı haqqında xeyli yazılar yazılmışdır. Amerikanın imperial siyasəti və iqtisadiyyatın qarşılıqlı əlaqəsi nəticəsində Amerika imperiyasının böhranları haqqında məlumatlar da dünya mətbuatında az deyil. Analitiklər qeyd edirlər ki, bu böhranlar imperiyanı zəiflədə bilər. Amerika siyasətinin böhranını əsasən 3 əsas növə bölmək olar: ifrat istehsal, ifrat genişlənmə və qanunilik böhranlarıdır.
Bu gün dünya kapitalizmində ABŞ hegemon ölkədir, hər iki sahə əmtəələr və kapital təyinatı sahələrində Amerika aparıcıdır. Bütün dünyada ABŞ-ın transmilli korporasiyaları ən böyük layihələrdə iştirak edir. Artan gəlirlərə qarşı bu tələbat nəticəsində onlar krizislərə və uğursuzluqlara qarşı daha həssas olurlar. Artan istismar nəticəsində təbii sərvətlərin azalması, istehsalda zay, məhdud ekoloji imkanlar və s. belə problemlərdəndir. Əsas problem isə artan istehsal gücü ilə alıcılıq qabiliyyəti arasındakı böyük fərqdir. Son illər bu fərq radikal azad bazar siyasəti maliyyə vəsaitlərinin kiçik qrupların əlində cəmləşməsi nəticəsində artıb. Bu sənaye sahəsində böyük əks-təsir göstərir. Gəlir və kapital yığımının əsas mənbəyi olan beynəlxalq maliyyə əməliyyatlarında özünü biruzə verir.
Kapitalizmin və marketlərin inkişafı dövlətlərin inkişafı ilə paralel gedərək, sosioloq Maks Veberin təbirincə desək «dominantlıq sistemlərini» yaradır. Hökumətlər sosial sabitliyi qorumaq üçün, rəqabət qabiliyyətini artırmaq üçün bəzi tədbirlər görürlər. Dövlətlər Marksizmin ilkin variantında olduğu kimi iqtisadi rəqabətdə ancaq seyrçi rolu oynamır.
İmperiyanın ifrat genişlənməsindən danışanda ABŞ-ın bir neçə cəbhədə müharibə aparması və s. kimi problemlərdən danışmaq olar. Sovetlər birliyinin dağılmasında bu faktor mühüm rol oynayıb. Əfqanıstanda və İraqda məğlubedilməzlik nümunəsi göstərən ABŞ cənubda özünə xeyli düşmən qazanıb. Partizan müharibələri və s. kimi problemlər yaradıb.
3-cü böyük böhran, qanunilik böhranıdır. İdeologiya təkcə iqtisadiyyatın təşkil olunması və saxlanması üçün deyil, kapital yığımı üçün sosial şərtlərin həm ölkə daxilində və xaricində əsasıdır.
Qanunda adi insanların dominant elitadan asılılığı əsaslandırılmalıdır. Qərbin kapitalist cəmiyyətində individual azadlıq, bir iqtisadi təbəqədən digərinə azad keçid qanunvericilik ideologiyasının əsası kim təqdim olunur. Qanunun formalaşması təkcə dəyərlərin və ideyaların geniş təbliğatı nəticəsində əldə olunan anlayış deyil. Adi insanlar da, məsələn, seçkilərdə onun formalaşmasında iştirak etməlidir.
Beynəlxalq arenada da dominantlıq məcburi olmamalıdır və hər hansı bir formada əsaslandırılmalıdır. Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı imperial maraqları qanuniləşdirmək üçün atılan addımlardandır. Bu beynəlxalq qurumlarda ABŞ-ın dominantlığı hiss olunur. Onun istəkləri digər üzvlər tərəfindən maneə ilə qarşılaşanda ABŞ təkbaşına hərəkət etməyə üstünlük verir.
Bu gün dövlətlərarası münasibətlərdə neoliberal ideologiya qanunilik böhranının yaradıcısıdır. Müharibədən çıxmış ölkələrdə inkişafa kömək etmək əvəzinə qloballaşma bu ölkələrdə destabilizasiyaya təkan verir. Bu kasıblıq səviyyəsini artırıb, ədalətsizlik halları çoxalıb. Kiçik qrupların maraqlarını müdafiə edən ABŞ dövləti Beynəlxalq Ticarət Təşkilatı, Dünya Bankı və s. kimi silahlarından istifadə edərək bu ölkələrdə vəziyyəti daha da pisləşdirir.
Qanunilik krizisi beynəlxalq arenada həm də demokratiyanın böhranıdır. İmperiyanın öz əsl məramlarını gizlətmək üçün asılı ölkələrdə demokratiya pərdəsi istifadə olunur. Bu ölkələrdə demokratiyanın kök salmasında problemlər yaranır. Bir çox hallarda Vaşinqton bu hökumətlərdən özünə strateji tərəfdaş kimi istifadə edir və iqtisadi maraqlarının həyata keçirilməsini davam etdirir. Bundan başqa indi Amerika demokratiyası özü böhran mərhələsini yaşayır. Siyasi sistemin nəzərə çarpan dominantlığı, bir çox hallarda insan hüquqlarının pozulması nəticəsində cənub Amerika ölkələri üçün demokratiya modeli kimi göstərilən ABŞ ideologiyası öz cazibəsini itirib. Belə ideoloji sarsıntı həm də keçmiş Sovet ölkələrində ciddi müşahidə olunur.
Комментариев нет:
Отправить комментарий