Dünyada məşhur markaların adlarının nə mənanı verdiyini bilirsinizmi? Bu adların necə yaranmağı ilə maraqlanırsınızmı?
1-Toshiba Elektronika bazarındakı ən qədim şirkət olan "Toshiba", həyatına 1875-ci ildə "Tanaka Seizo-Sho" adı altında telefon mühəndisliyi firması olaraq başlayıb. 1899-cu ildə "Tokio Denki" adını alan şirkət, 1939-cu ildən etibarən "Tokio Shibaura Electric" şirkəti olaraq həyatına davam etdi. 2-Panasonic "Matsushita Electric Industrial" şirkəti tərəfindən istehsal edilən elektron alətlərin markası olan "Panasonic", ilk olaraq 1918-ci ildə yaradılıb. Amerika bazarında o illər "National" markasının çox istifadə edilməsinə görə 2Panasonic" adını seçən şirkət, Yaponiyada hələ də "National" markası altında fəaliyyət göstərir. 3-JVC 1927-ci ildə Yokohamada qurulan "JVC"nin (Japanese Victory Company) kökləri "Victor Talking Machine Company"a qədər uzanır. İlk dəfə foto aparat istehsalıyla maraqlanan şirkət, daha sonra "VHS" video yazıcı və TV bazarını da ələ aldı. 4-Canon "Precision Optical Unstruments Laboratory" şirkətinin markası olan "Canon", həyatına 1993-cü ildə kamera istehsalıyla başlayıb. "Kwanon" adı altında çıxarılan bu ilk kameralar 1995-ci ildən sonra yerini "Canon"a təhvil verib. Oxşar mənaları olan "Kwanon" və "Canon", İngilis dilində "criterion" olan "meyar" sözündən götürülüb. 5-LG "Touchphone"ləri və televizorları ilə tanınan "LG", iki şirkətin birləşməsi nəticəsində "LG" adını almışdır. Ev avadanlıqları istehsal edən "Lucky" firmasıyla ucuz elektronik cihazlar çıxaran "GoldStar"ın birləşməsiylə yaradılan LG, 1995-ci ildən sonra "GoldStar"ın ləğv edilməsiylə yerini "LG Electronic"sə verdi. 6-Apple 1976-cı ildə Steve Jobs və Steve Wozniak tərəfindən yaradılan "Apple Computer"in adı isə, o illərdə Jobsun fanatı olduğu "Beatles" qrupunun "Apple Records" val şirkəti ilə əlaqələndirilir. Ancaq o illərdə Jobsun bu cəhdi "Beatles" cəbhəsində də geniş əks-səda tapıb və "Beatles" işi "Apple"ni məhkəməyə verməyə qədər uzanıb. 30 ilə qədər davam edən məhkəmə isə "Apple Computer"in "Apple" adını qrupdan almasıyla nəticələnib. 7-Sony Koreyalı rəqibi "Samsung"a görə nisbətən daha gənc olan "Sony", ilk dəfə 1946-cı ildə "Tokio Tshushin Kokyo" adıyla tanınıb. İlk dəfə düyü ocağı istehsalıyla satışlarını reallaşdıran "Sony", 1955-ci ildən etibarən Latıncada "gənc cavan" mənasını verən "Sonny"dən ilhamlanaraq "Sony" adını aldı və yoluna davam etdi. Portativ TV-lərdən Walkmana, PS-dən, CD -DVD-lərə qədər geniş məhsulları olan şirkət, bu gün dünyanın ən böyük şirkətləri arasındadır. 8-Samsung İstehlakçı elektronika bazarında əslində, olduqca yeni olan koreyalı şirkət, həyatına 1969-cu ildə "samsung-Sanyo Electric Company" adı ilə başlayıb. Əslində kökləri 1939-cu ilə qədər uzanan və "Byung-Chull" tərəfindən qurulan "samsung-Sanyo Electric Company", o illərdə tərəvəz, meyvə və balıq ixracatıyla məşğul olurmuş. 1970-ci illərin sonuna doğru tekstil və inşaat sənayesiylə daha yaxından maraqlanan şirkət, bununla yanaşı istehlakçılarına rəngli TV-lər də təqdim edib. Sonrakı 10 ilində təyyarə istehsalına fokuslanan "samsung-Sanyo Electronic Company", o illərdə dünyanın ən kiçik video yazıcılarını çıxarırdı. Bu gün isə "Sony" kimi nəhəng markalarla rəqabət aparan Samsung, milyard dollarlıq satış rəqəmiylə dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. faktxeber.com |
Комментариев нет:
Отправить комментарий