29.05.2011

VƏTƏNDAŞ, NAZİRLƏ GÖRÜŞMƏK İSTƏYİRSƏN?


Simsar.az Azərbaycan nazirlərinin vətəndaşlarla qəbul günlərini və saatlarını oxucularının diqqətinə çatdırır. 

Daxili İşlər naziri Ramil Usubovla vətəndaşların görüş vaxtı:hər ayın ikinci həftəsinin şənbə günü, saat 11.00-da. Qəbula hər ayın birinci həftəsinin cümə günü saat 10.00-dan saat 17.00-dək yazılmaq olar.
Xarici İşlər Nazirliyinin rəsmi saytında nazirin vətəndaşlarlar görüş günləri barədə məlumat yoxdur. Saytda belə yazılıb: “Vətəndaşların qəbul günü çərşənbə axşamı, cümə günü, saat 14:00 - 17:00-dəkdir. Amma kiminlə qəbul günü? Bax bu suala cavab yoxdur.
Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovla vətəndaşların görüş vaxtı: Həftənin 2-ci günləri, saat 17.00-dan 18.00-dəkdir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi naziri Yavər Camalovla vətəndaşların görüş vaxtı: Hər ayın 2,16,23,30-cu günlərindəddir. Vətəndaşlar Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsində qəbula yazıla bilərlər. Qəbula yazılma vaxtı : saat 9.00-dan 12.00-dək Qəbul vaxtı : saat 17.00-dan başlayır.
Təhsil naziri Misir Mərdənovla vətəndaşların görüş vaxtı: Bazar ertəsi, saat 15-dən 18-dək .
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla vətəndaşların görüş vaxtı: Hər ayın 5-ci günləri, saat 16:00-18:00-dək.
Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədovla vətəndaşların görüş vaxtı: Hər ayın çərşənbə günləridir. Qəbula yazılma vaxtı hər gün saat 09:00 - 12:00- dəkdir. .
Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə vətəndaşların görüş vaxtı: Ayda bir dəfə, hər ayın birinci həftəsinin 1-ci günləri, saat 17:00-da.
Milli Təhlükəsizlik nazirinin vətəndaşlarla görüş vaxtı: Həftənin hər günü. Bu məlumatı Simsar.az saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev verib.
Fövqaladə Hallar naziri Kamaləddin Heydərovla vətəndaşların görüş vaxtı: Hər ayın sonuncu şənbə günü.
Kənd Təsərüfatı Nazirliyindən bildirdilər ki, nazir ilə vətəndaşların görüşü hər ayın müəyyən olunmuş qarfiki üzrə həyata keçirilir. Vətəndaşlar 2011-ci il, iyunun 6-sı, saat 17:00 da nazirlə görüşə bilərlər. Qəbula yazılma vaxtı saat 9:00-dan 13:00-ə qədərdir.
Azərbaycan Respublikası Vregilər naziri Fazil Məmmədovla vətəndaşların görüş vaxtı: Hər ayın sonuncu həftəsinin 5 ci günləri.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla vətəndaşların görüş vaxtı: Bir həftədən bir 1-ci günlər, saat 16:00 -18:00-dək.
İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytında vətəndaşlarla qəbul günləri adlı bölmə olsa da, nazirlə görüşün vaxtı və saatı göstərilməyib. Saytda bildirilir: “İqtisadi İnkişaf Nazirliyinin fəaliyyəti ilə bağlı suallarla nazirliyin rəsmin saytındakı email ünvanına müraciət edə bilərsiniz. Əgər öyrənmək istədiyiniz məlumat bu bölmədə yoxdursa, onda sualınızı bizə göndərin. Sualınızın cavabı e-mail ünvanınıza göndəriləcək”.
Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifov vətəndaşların görüş vaxtı: Ayın müxtəlif günlərində, saat 16:00-dan 18:00-dək.
Azərbaycan Respublikası Nəqliyyat və Sənaye və Energetika Nazirliklərinin rəsmi saytlarında hər iki nazirin vətəndaşlarla qəbul günləri barədə məlumat yoxdur. 


 Aynurə Həsənova

Комментариев нет:

Отправить комментарий