30.05.2011

DÜNYANIN ƏN QƏDİM ZOOPARKI

 İngiltərənin paytaxtı Londonda yerləşən zoopark, dünyanın ən köhnə elmi zooparkıdır




FaktXeber.com-un verdiyi məlumata görə, elmi araşdırma üçün heyvan növlərinin toplanması məqsədiylə 1828-ci ildə yaradılan zoopark, 1847-ci ildə qapılarını əhalinin üzünə açıb. 755 heyvan növü və 15 mindən çox heyvan saxlayan zoopark, London şəhərindəki "Regents" parkının yanında yerləşir. Bu günə qədər ziyarətçilərin etdiyi ödəniş və yardımlarla fəaliyyət göstərən London zooparkında, qorillalar, zebralar, müxtəlif quş növləri, balıqlar, zürafələr, böcəklər, sürünənlər və meymunlara rast gəlmək olar. Zooparkda uşaqlara heyvanları tanıtdıran xüsusi şoular da təşkil olunur.
Qeyd edək ki, London zooparkında bəzi film və seriallar da çəkilib. "Harry Potter", İngiltərənin "ITV" kanalında nümayiş olunan "Primeval" serialı və bir çox filmlərdə zooparkın məkan və heyvanlarından istifadə olunub. Məsələn, 2001-ci ilin istehsalı "Harry Potter və Fəlsəfə Daşı" filmində iştirak edən nəhəng piton səhnəsi, zooparkın sürünənlər hissəsində çəkilib.

Xatırladaq ki, Londona gələn turistlərin marağını cəlb edən və qarşısında çox vaxt uzun növbələr yaranan zooparkın giriş qiyməti, böyüklər üçün 19 sterlinq, uşaqlar üçün 15 sterlinq, 3 yaşdan aşağı  uşaqlar üçün isə ödənişsizdir.

Комментариев нет:

Отправить комментарий