30.05.2011

AVROPA ORTA ASİYANIN AQİBƏTİNƏ DOĞRU GEDİR

İspaniyanın Madrid və Barselona kimi əhəmiyyətli şəhərlərində meydanları düşərgə halına salan gənclərin etiraz aksiyaları davam edir



FaktXeber.com-un verdiyi məlumata görə, etiraz aksiyaları keçirən gənclər “biz meydanlardan getməyəcəyik. Nümayişlərimizi dava etdirəcəyik” - deyə şüarlar səsləndiriblər.

Tunis, Misir, Liviya, Yəməndə başlayan xalq nümayişlərindən sonra indi də növbə İspaniyaya çatıb. Nümayişçilər qadağaların qoyulmasına baxmayaraq küçələrə axışıblar. İspaniya siyasətinə və iqtisadiyyatına etiraz edən nümayişçilər, may ayının 15-dən başlayaraq sosial internet şəbəkələri vasitəsilə xalqı etiraz aksiyası üçün küçələrə çıxmağa çağırıblar.


Madrid və Barselona kimi böyük şəhərlərin ən əhəmiyyətli meydanlarına yığışan etirazçı gənclər, bazar günü keçirdikləri yığıncaqdan sonra meydanlarda yatacaqları haqqında qərar veriblər.

"Biz meydanlardan getmirik. Nümayişlərimizə davam edəcəyik. Burada olan düşərgə mühitini yenidən düzəldəcəyik. Çünki bizlər məsul şəxslərik.” - deyən nümayişçilər ara vermədən meydanlarda qalacaqlarını bildiriblər.

"15 May Hərakatı" olaraq adlandırılan nümayişlər, İspaniyanın ən böyük meydanlarından olan Sol meydanından başlayarq ölkənin bütün ərazilərinə yayılmaqda davam edir. Şənbə günü Madridin 121 məhəlləsində yığıncaqlar təşkil edən nümayişçilər, mövcud siyasi və iqtisadi sistemi qarşı çıxmalarının səbəblərini xalqa izah ediblər. Verilən məlumata görə, görüşlərdə 20 min insan iştirak edib. 

Digər tərəfdən İspaniyanın Barselona, Valensiya və Seviliya kimi iri şəhərlərində də etirazlar davam edir. Keçən həftə ərzində keçirilən etiraz aksiyaları zamanı, polis müdaxiləsi nəticəsində 100-dən çox adam yaralanıb. Barselona, Valensiya və Seviliya şəhərlərində aksiyalar təşkil edən gənclər, gecələri meydanlarda keçirmək haqqında hələ ki, heç bir qərara verməyiblər.

Qeyd edək ki, İspaniyada baş verən etiraz aksiyalarında sonra Avropanın digər iri şəhərləri olan Afinada, Lionda və Parisdə  gənclər “dərhal həqiqi demokratiyaya dəstək” adı altında kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar.


fx

Комментариев нет:

Отправить комментарий