29.05.2011

Telekanalların ziyanı


Telekanallarda ailə-məişət zorakılığı ilə bağlı verilişlər bəzən bu problemin həllinin ziyanına olur


Avropa otelində «Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu» mövzusunda konfrans keçirildi. Milli Məclisin deputatlarının, komitə sədrlərinin və müxtəlif yerli və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məişət zorakılığının qarşısının adınması üçün KİV-in üzərinə düşən vəzifədən danışıldı.

Ailə,  Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, məişət zorakılığı cəmiyyətin ən akutual problemlərindən biridir. Onun sözlərinə görə, bununla bağlı KİV-də aparılan kampaniya da bəzi hallarda ürəkaçan olmur.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiiyət Aslanova da öz növbəsində Azərbaycanda Gender əsaslı zorakılıqla mübarizənin KİV də necə əks olunması barədə danışdı: «Bəli mən çox təəssüflə qeyd edirəm ki, bu gün bu problemlər televiziyalarda, mətbuatda nə dərəcədə işıqlandırılır, bu bizi qane edirmi? Mən bir statistik məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, bu problemə 7 televiziya kanalı 110 proqram, 18 gündəlik qəzet isə 142 məqalə həsr edib. Siz deyin, indi bu qane edicidirmi? Təəssüf ki, bu gün belə zorakılıq halları sırf xəbər məzmunu kimi efirə verirlər və sonra bu hadisə haqda ətraflı məlumat vermilər. Siz deyin səhər televizoru açan bir insan bu cür zorakılıq halını sırf xəbər kimi izləyirsə, ərin arvadı öldürməsini manşet məzmunlu, emosional kriminal xəbər kimi izləyirsə, bu onun psixologiyasına çox böyük təsir edir. Azərbaycanda bu yöndə qanun var, amma həyata keçirilməsində qarşımıza bir sıra problemlər çıxır. Bu barədə qanun olsa da, zorakalığa məruz qalan insanlar təəssüf ki, bunu müvafiq icra hakimiyyətinə bildirmirlər, bu da bizə müəyyən problemlər yaradır. Gün ərzində insan 270 cinayət hadisəsini emosional şəkildə qəbul etsə, onun beyni zombiləşər. Bizim narazılığımız odur ki, KİV bunları çox reytinq yığmaq naminə deyil, problemin həllində yardımçı olmaq üçün işıqlandırsınlar\”.
Daha sonra ABŞ-ı tənqid edən R.Aslanova bildirdi ki, bizə demokratiyadan dərs keçməyə çalışan ABŞ-da hələ də məişət zorakılığı ilə bağlı qanun yoxdu: «ABŞ yeganə ölkələrdəndir ki, bu yöndə 1993-cü ildə ortaya qoyulan konvensiyanı bu günədək imzalamayıb. Bu ölkədə daha çox məişət zorakılığı ilə bağlı problemlər mövcuddur».
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva qeyd etdi ki, bu gün ideal qadın və ideal kişi obrazını xarici aktyor və aktrisalara istinadən deyil, yüz yaşlı nənə babalarımıza, qırx il bir yerdə ömür sürən ailələrə görə formalaşdırmalıyıq: « Biz bu qanunu icra edərkən öz köklərimizə də sadiq qalmalıyıq».
Millət vəkili Qənirə Paşayeva isə televiziyalarda bu problemi qabartmaq, bu yöndə mətbuatın problemin həllinə sırf yardımçı ola bilmək baxımından yanaşmasını təklif edib: «Birincisi budur ki, həm televiziyalarda, həm mətbu orqanlarında bu sahəylə bağlı treninqlər keçirilsin. İkincisi, bu mövzu ilə əlaqədar tok-şoularda bu sahəylə bağlı ekspertlər iştirak etsin. Bəzi hallarda qeyri-peşəkar ekspertlər çağırılır. Üçüncüsü, Teleradio Şurası bu yöndə kanalların işi ilə bağlı monitorinq aparsın və bu yöndə kanallara tövsiyyələrini versin. Telekanallarda ailə-məişət zorakılığı ilə bağlı verilişlər bəzən bu problemin həllinin xeyrinə yox, ziyanına olur».
Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək mətbuatın bu məsələdə rolundan danışıb.



Bizim yol

Комментариев нет:

Отправить комментарий