Türkiyənin “KanalTürk” telekanalında “Həyata gülərkən” proqramının aparıcısı Ece Erken canlı yayımda yıxılıb. Verilişdə aparıcı həmkarı, həm də sevgilisi Davud Güloğlu danışarkən ayaq üstdə dayanan Ece Erken yıxılıb. Onun təzyiqinin kəskin aşağı düşdüyü məlum olub.
Davud Güloğlu isə tamaşaçılara məlumat verib ki, Ece Erken səhər yeməyi yeməyib. Lakin Türkiyə KİV-inin iddiasına görə, Ece Erkenin huşunu itirməsinə sevgilisi Davud Güloğlu ilə aralarındakı gərginlik də səbəb ola bilər.
Комментариев нет:
Отправить комментарий