İbrahim Sel Professional Oxucu Liqası
YEŞİM AĞAOĞLU, “ÖZLƏM ŞƏHƏRLƏRİ”
AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİ, “DÜNYANIN SƏSİ”
SULTAN MƏMMƏDOV, “MASONLUQ: DÜNYANI İDARƏ EDƏN QÜVVƏ”
YEŞİM AĞAOĞLU, “ÖZLƏM ŞƏHƏRLƏRİ”. Çağdaş Türk şeirində nələr var, ən avanqard imzalar kimlərdir? Ədəbi yaradıcılıqla yaxından ilgisi olan insanları bu suallar hər zaman düşündürüb, həmin imzaların Azərbaycanda tanıtdırılması üçün müəyyən səylər göstərilib. “Azad Yazarlar Ocağının kitabxanası” seriyasından işıq üzü görən Türkiyəli gənc müəllif Yeşim Ağaoğlunun “Özləm Şəhərləri” adlı şeirlər kitabı modern Türk şeirinin müasir durumunu gözlər önündə canlandırmaqdan ötəri ən yaxşı nümunə sayıla bilər.
Yeşim Ağaoğlu tanınmış Azərbaycan düşünəri və siyasi xadimi Əhməd bəy Ağaoğlunun nəvəsidir. İstanbulda anadan olub, İstanbul Universiteti Ədəbiyyat Fakultəsi Arxeologiya bölümünü bitirib, İstanbul İletişim Fakultəsi Radio-TV-Sinema bölümündə yüksək ixtisas qazanıb. 18 yaşından bəri şeirləri çeşidli ədəbiyyat və sənət dərgilərində yayınlanır. Liman yayınlarında çıxan 5 şeir kitabının müəlifidir. Beynəlxalq PEN yazarlar Dərnəyinin və BESAM-ın (Biim və Ədəbi Əsər Sahibləri Məslək Birliyi) İdarə Heyətinin üzvüdür. 1996-cı ildən başlayaraq müxtəlif sənət cərəyanlarını birləşdirmək yoluyla sənət çalışmalarını sürdürür. Bu qəbildən olan sənət əsərləriylə Nyu-Yorkda, Polşada, Daşkənddə, Sofiyada, Bakıda və dünyanın bir çox başqa xarici ölkələrində düzənlənən sənət festivallarında iştirak edib.
2004-cü ilin noyabr ayında Bakıda Rəssamlar Birliyində açılan 1-ci Beynəlxalq Postmodern Sənət Sərgisində video, fotoqraf və enstalyasion çalışmalarıyla iştirak edib.
Yeşim Ağaoğlunun şeirlər ktabının Bakıda nəşr olunması təsadüfi olmayıb onun Azəbaycanla başlanan sənət ilişkilərinin davamı kimi qiymətləndirilməlidir. Bundan əvvəl Yeşimin şeirləri “Alatoran” dərgisində dərc olunmuş, onun yaradıclığı üzərinə geniş bir məqalə bu dərgidə yayınlanmışdı.
Qeyd edək ki, kitabın təqdimatı ilə bağlı Bakıda Yeni Galleri İncəsənət mərkəzində görüş də keçirilmişdir. Azad Yazarlar Ocağının keçirdiyi bu tədbirdə Yeşim Ağaoğlu Türkiyədən qonaq gəlmişdi və Ağaoğlu nəslinin Bakıdakı digər nümayəndələri də iştirak edirdiər.
AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİ, “DÜNYANIN SƏSİ”. Tərcümə dünyaya, başqa ədəbiyyatlara, mədəniyyətlərə açılan nəfəscikdir. Ayrıca götürülmüş əlahiddə mədəniyyət olmadığı kimi, əlahiddə ədəbiyyat da yoxdur: ədəbiyyatlar bir-birini qarşılıqlı surətdə zənginləşdirir, bütövlükdə söz sənətinin inkişafına təkan verirlər.
Azərbaycan tərcümə sənəti zaman-zaman pərakəndə də olsa, başqa ədəbiyyatlardan ustalıqla çevrilən əsərlərlə zənginləşib. Sözün əsl mənasında, klassik tərcümələr səviyyəsinə yüksəlmiş bü sür çevirmələr elə indi də sevə-sevə oxunmaqdadır. Orijinalın ruhunu, üslubunu, poetikasını əsl sənətkarlıqla saxlayaraq dilimizdə “səsləndirən” istedadlı qələm adamları bununla mübaligəsiz ədəbiyyatımıza böyük xidmət göstərirlər.
Azərbaycan Tərcümə Mərkəzi dünya xaqlarının əsərlərini bir topluda sizə təqdim edir. “Dünyanın səsi” adlanan bu topluda həm Qərb, həm də Şərq ədəbiyyatı verilib. Bu əsərləri milli dildə oxuduqca xoş ovqat yaranır, müxtəlif sivilizasiyalarlatanış olur, ayrı-ayrı insanların həyatını izləyirsən. Onların hisslərini, düşüncələrini sən də yaşayırsan.
Kitaba ABŞ ədəbiyyatı örnəklərindən Sitven Kinqin, Con Steynbekin, Trumen Kapotenin, Donald Bartelmin və Süzen Zontaqın kiçik həcmli hekayələri daxil edilmişdir. Bu ədəbiyyatlatanış olduqca Amerikanın hekayələrə hopmuş qaynar həyatını sezməmək mümkün deyil.
Verilmiş bədii nümunələr arasında Stiven Kinqin “Yük maşınları” hekayəsi öz dolğunluğu, hadisələrin sürətli inkişafı və bədii təsiri ilə digər nümunələrdən əsaslı fərqlənir. Trumen Kapotenin “Miriem” hekayəsində isə, əksinə dəniz susqunluğu, həzinlik və bir qədər də hüzn hökmfərmadır.
Kitabda ailə-məişət mövzusunda Brayne Qlenvill, Penelopa Cillit, Bill Nauton kimi ədiblərin hekayələri verilsə də, Ronald Dalın “Ailə Pansionu” və Qrem Qrinin “Son söz”ü öz işığı ilə digər əsərləri kölgədə qoyur. Hekayə oxucuda vəsiyyət, ömür haqqında yekun qənaəti doğurur.
Norveç ədəbiyyatından verilmiş bədii seçmələr o qədər də yüksək təəssürat oyatmasa da, Eyvin Bolstadın “Ekiztayı” hekayəsi maraqlıdır. “Ekiztayı” ilə yazar hər bir insanın içində olan ikinci “mən”i ustalıqla nəzərə çarpdıra bilmişdir. Zənnimcə, ümumən Norveç ədəbiyyatı qəlbə bir rahatlıq bəxş edir.
Kitabda Natiq Səfərovun gözəl tərcüməsində rus ədəbiyyatından dəyərli bədii nümunələr verilmişdir. XX əsr rus ədəbiyyatının görkəmlilərindən Andrey Platonov, Vasili Şukşin, A.Belov və başqalarının hekayələri düşünməyə çağırır və oxucuya böyük zövq verir. A.Platonovun “Üçüncü oğul” və “Dəmir qapı” hekayələrində rus məsumluğu, Şukşinin “Canavarlar” hekayəsində isə ibrətamizlik qabarıqdır.
Yapon ədəbiyyatı sanki insanın daxili aləmindən, düşüncələrindən, yaşadığı mühitdən səthi yazır, lakin diqqətli oxucu təqdim olunan yazıçıların mətnaltı mənalarını, demək istədiklərini aydın sezə bilər. Bu cəhətdən Fumio Nivanın “Yadlar” və Yasinari Kavabatanın “Gölməçədə əks olunan ay” hekayələri səciyyəvidir. Bu əsərlər insanın daxili aləmini çox da xırdalamır, lakin önəmli olan məqamlar daha düzgun çatdırılır.
Zunnun Əyyubun “Namus”, Əli Şalakın “Başqasına quyu qazan”, İsa ən-Nəurin “İzdivac” hekayələrində ərəb xalqının həyatı, yaşadığı mühit, qoyulan din və əxlaq münasibətləri, qanunlar bədii əksini tapmışdır.
Türk ədəbiyyatının nəhəngi Əziz Nesindən burada seçmələr var. Ümumiyyətlə, oxuyacağınız “Beş qollu çılçıraq”, “Xalis şotland parçası”, “Xoşbəxtliyimə görə sənə minnətdaram” hekayələri onun satirik qələminə vurğunluğunuzu bir daha artıracaq. Əziz Nesində sonluq gözləniməz olur; yazıçını başqalarından fərqləndirən cəhət də odur ki, hekayənin nə ilə bitəcəyni bilmirsən.
Türk ədəbiyyatının digər nümayəndələri Burhan Aypadın “Bəyanat”, Fəxri Erdincin “Havayı tabut”, Ömər Seyfəddinin “Hündür dabanlar”, “Rüşvət” kimi hekayələri mövzu baxımından başqalarından seçilməsələr də, oxucuda xoş ovqat oyadırlar.
Hər bir xalqın ədəbiyyatından az-çox həmin xaqın mədəni irsini, intellektual potensialını, ədəbiyyatının inkişaf səviyyəsini görmək olur. Maraqlı cəhətlərdən biri də budur ki, Şərq ədəbiyyatının nümunələri tamamilə bir-birindən fərqlənir. Bu da ondan irəli gəlir ki, ədəbiyyat fərdi və fərqli düşüncələrdən ibarətdir.
Son olaraq qeyd edim ki, oxucu “Dünyanın səsi”ni əlinə alıb bu kitab vasitəsilə dünya ədəbiyyatına ani də olsa ekskursiya edə bilər. Demək, kitabı oxumağa dəyər. Zənnimcə, “Dünyanın səsi” tərcümələr kitabı ədəbiyyat oxucularının hər birinin rəfində olmalılardan biridir.
“Dünyanın səsi” yaradıcııq və filologiya fakultələrimiz üçün müasir dərslik rolunu da oynayır və gənc yazarlarımız oradakı hekayələrdən müxtəlif dekonstruksiyalar hazırlaya bilərlər.
Bu gözəl kitaba görə, ürəyinin yağını əridərək oradakı hekayələri tərcümə edənlərin hamısına, o cümlədən Azərbaycan mədəniyyətinin inkişafı üçün böyük işlər görmüş Afaq xanım Məsuda “Çox sağ olun!” deyirik. “Əxlaq gözəlliklərini yerinə yetirməyə layiq görünən elçilərə, sərhədləri və var-dövləti qoruyanlara allahın köməyi olsun” (Abasqulu ağa Bakıxanov).
SULTAN MƏMMƏDOV, “MASONLUQ: DÜNYANI İDARƏ EDƏN QÜVVƏ”. İnsanlar tarix boyu dünyanı, baş verən ictimai, siyasi və mədəni prosesləri idarə edən gizli qüvvələr haqqında məlumat almağa böyük maraq göstəriblər. Neçə yüz illər ərzində üzə çıxan mistik ədəbiyyat nümunələri bu sonsuz insan marağının bariz nümunəsidir. İlk genişmiqyaslı gizli təşkilatların yaranmasını pifaqorçuluq, Solomon (Süleyman) peyğəmbərlə bağlasalar da, XVIII yüzilin əvvəllərində masonluğun meydana çıxması bu marağın daha da artmasına səbəb oldu. Təxminən iki yüz il ərzində beynəlxalq mason təşkilatlarının fəaliyyəti ilə bağlı yüzlərlə kitab yazılmış, dövri mətbuatda saysız-hesabsız məqalələr çap olunmuşdur.
Azərbaycan Tərcümə Mərkəzi dünya xaqlarının əsərlərini bir topluda sizə təqdim edir. “Dünyanın səsi” adlanan bu topluda həm Qərb, həm də Şərq ədəbiyyatı verilib. Bu əsərləri milli dildə oxuduqca xoş ovqat yaranır, müxtəlif sivilizasiyalarla
Kitaba ABŞ ədəbiyyatı örnəklərindən Sitven Kinqin, Con Steynbekin, Trumen Kapotenin, Donald Bartelmin və Süzen Zontaqın kiçik həcmli hekayələri daxil edilmişdir. Bu ədəbiyyatla

Mason barədə materiallar bütün KİV-lərdə çox böyük maraq kəsb edir. Qəzetdə publisist təxəyyülünə istinad edərək çox uzağa getməyə nə var ki! Burada canlı süjetə ehtiyac duyulmur. Publisistlər hissiyata qapılıb bəzən masonun elə bir obrazını yaradırlar ki, masonların özü də heyrət edər. Onun gücünün-qüdrətinin həddən artıq şişirdilməsi masonun işinə çox yarayır. Ona bağlılığı hiss edilən hər hansı bir məsələ qarşısında çoxlarının dizi əsir. Dünyanın ən qüdrətli bir beynəlxalq iqtisadi-siyasi təşkilatının həm də ən gizlin və tam məxfilik pərdəsi altında qorunması ilə onun barəsində bunca genişliklə materialların dərc edilməsi bəzən sanki heç də təkcə mətbuat orqanının öz maraqlarından irəli gəlmir. Məlum olur ki hər ölkədə masonun lojaları, bu lojaların dərəcələri və onların nəzarəti altında bir sıra mətbuat orqanları fəaliyyətdədir.
Masonun ali məqsədi dünya ağalığıdır. O, dünyanın hər yerinə əli çatmadan bunu edə bilməyəcəyini düşünür. İnsanlarda ona qarşı qorxu və nifrətlə yanaşı rəğbət doğuracaq bir sıra səbəblər də var. Bu birinci növbədə masonun iqtisadi və siyasi qüdrətindən irəli gəlir. Böyük qüdrətə inamı isə masonun ictimai şüurda öz mifini yarada bilməsi oyadır. Bəzən KİV-də ona aid olmayan və keçmişdə sahibsiz qalmış böyük hadisələrin, inqilabların, qiyamların, çevrilişlərin arxasında da guya ki masonun durduğu təbliğ edilir. Bu isə ona müqavimət göstərmək iddiasına düşən dövlətləri, masona bağlılığı güman edilən cinayətkarlara münasibətdə ən obyektiv müstəntiqləri və mason üzvü barədə hökm verməli olan prokuror və hakimləri çəkindirir. İctimai şüurda həmçinin ən böyük yaradıcı uğurlara məhz mason üzvlərinin və ya onların tapşırıqlarına boyun əyən müğənni, aktyor və ya yazıçıların nail olduğu çatdırılır. Masonu dünyanı qarışdıran, yəhudi xalqının ən üstün durumunu bərqərar etmək istəyən, dünyanın əhali sayını idarə edə bilmək üçün onu dərəcələrə bölən, 2-ci, 3-cü dərəcəli hesab etdiyi xalqların, millətlərin məhvinə çalışan, son iki yüz ilin bütün inqilab, çevriliş və müharibələrinin səbəbkarı olan, dünyanın əksər ölkələrini rəsmən və ya qeyri-rəsmi olaraq idarə edən, prezidentlərin seçiminə razılıq verən, istədiyi adamları ucaldan, istəmədiklərini vəzifəsindən asılı olmadan məhv edən və ya dünyada insanların qardaşlığını, barış və sülh içərisində yaşamasını nizamlamağa iddialı olan və bunu demokratiya adı altında düzənləyən bir təşkilat kimi tanıyırlar. Amma o əslində budurmu? Bəlkə bundan daha betər və çox fərqli bir təşkilatdır. Əldə etdiyimiz kitab, qəzet və elektron vasitələr arasında suallar və cavablar çoxdur. Bunun hansı mif, hansı həqiqətdir?
Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş Sultan Məmmədovun “Masonluq: Dünyanı idarə edən qüvvə” kitabı da məhz bu suallara cavab tapmaq cəhdi nəticəsində meydana çıxmışdır. Sultan Məmmədovun bu kitabında oxuduğu araşdırmalara, dövri mətbuatda və internet saytlarında yer alan materiallara əsaslanaraq Azərbaycan oxucusunun bu tarixi fenomenə marağını təmin etməyi qarşısına məqsəd qoymuşdur. Kitabda mason təşkilatının yaranmasından əvvəl mövcud olan gizli biliklər haqqında məlumat verilir, masonluğun tarixi, ayrı-ayrı ölkələrdə təşəkkül tapması, hiss olunmadan cəmiyyətin həyatına, şüuruna və mənəviyyatına təsir göstərməsi, bütövlükdə masonluğun mahiyyəti, ayrı-ayrı lojaların quruluşu və fəaliyyəti, görkəmli şəxsiyyətlərin masonluqla əlaqəsi haqqında söhbət açılır. C.Vaşinqton, C.Buş, Z.Bzejinski, M.Qorbaçov, E.Primakov, Y.Lujkov, E.Şevardnadze, B.Berezovski, A.Saxarov, B.Ecevit, Ə.Sadat kimi siyasi fiqurların əslində, mason ideyalarının daşıyıcıları olması oxucular üçün maraqlıdır.
Комментариев нет:
Отправить комментарий