31.05.2011

Tural Qul


Yeni səslər

MƏNDƏN KƏNAR MƏN

İncə duyğulara yolum gödəlir,
Canıma birləşir, məndən kənar mən!
Xəyallar gözümün gərçəkləridir,
Gözümə görünür, məndən kənar mən!

Bu mənlik indi də pillələrimdə –
Eşqin pilləsində, eşqin izində.
Azad bir sevdaya üsyan edincə,
Əsirə alınır, məndən kənar mən!

Yoxdumu burda da, heç mənə inam?
Yoxdumu burda da, heç mənə vicdan?
Xəyallar içində dedim ki asan,
Xəyala verilir, məndən kənar mən!

Daşımaz bu yükü insanca ağlım,
Daşısa, gizlərmi ürəyi ağlım?
Gərək mənliyimi geriyə alım,
Rəbbin önündədir, məndən kənar mən!


MƏNDƏN AYRILIB

Gecənin içində gecələyirəm,
Yuxumun mənası məndən ayrılıb.
Zəlzələ içində silkələnirəm,
Sözümün mənası məndən ayrılıb.

Baxdığım hər şeydən baxılmış keçir,
Dediyim hər şeydən deyilmiş keçir.
Qırılmış, yıxılmış, vurulmuş keçir...
Gücümün mənası məndən ayrılıb.

Gecənin içində gecələyirəm,
Gündüzün mənası məndən ayrılıb.
Ayın çevrəsində çevrələnirəm,
Günəşin mənası məndən ayrılıb.

Səmada bir gəmi, yelkənli gəmi –
Gəzdirsin həm məni, həm də ki, səni.
Bax burda gözəldir sevginin qəmi,
Sevgimin mənası məndən ayrılıb.

Комментариев нет:

Отправить комментарий