31.05.2011

Cənubun ilk romançı qızı

         O həm də jurnalistikada təsdiq olunmuş imzadır

Bəzən zamanın diqtə etdiyi şərtlərini ən üzdə olanlarla ən uzaqda olanlar eynilə qəbul etməli olur. Bəlkə də demokratik rejim olmasaydı, nəinki onda, elə indinin özündə də biz yalnız bir Cavidan, əslində isə təkcə Gülüş Xəlilova adında bir şairə tanıyardıq. Uzağı-uzağı, bir rus dili müəlliməsinin də əyalət məktəbində dərs deməyinə şagirdləri sevinəcəkdi. Fəqət... Gülüş Xəlilovanın – Cavidanın haçansa özünün yazdığı yazandan sonra başına gəlib. Həyat üçün planlarını tale dəftərində özü üçün sıralasa da, zamanın və taleyin hakimi İlahinin dəftərində bir ayrı cür yazılıbmış!
Əvvəl-əvvəl şairə kimi tanınıb, sevilib. Bir müddət belə davam edib. Və günlərin birində yazdıqlarını toplayıb ona da, oxuculara . “Bu şeir deyil” adlı.
Sonra... daha doğrusu, bir ara forumların ulduzu olub – bədahətən yazdığı misralar çoxları üçün poema, roman yazmağa bəs edib – day orasın demirik ki, bu bulaqdan su içən nə qədər misralar, cümlələr var ayrı-ayrı müəlliflərin şeirlərində, hekayələrində, hətta bədii-fəlsəfi esselərdə təcəlla edən fikirlərə də rast gəlmək olur.
Tükənməz enerji və istedadıyla qəvvas olan Cavidan həm də jurnalistikada zühur edəndə artıq illərlə külüng vuran “müxalifətçi” və ya da “iqtidaryönlü” imzaları heyrətləndirə bilib.
Bircə informasiyaya, xəbərə, oçerkə imza atmayan Cavidanın zamanın diqtəsindən talantı və istedadıyla yararlandığı hələ ki, ilk və son uğurudur publisistlik etirafı. Bugünkü mətbuatda Cavidan imzası ictmai-siyasi publisistikanın öncüllərindən sayılır, istər ölkə daxilində, istərsə də qürbətdə yaşayan soydaşların hüsn-rəğbəti yetərincədir. Diqqət cəkən məqam odur ki, Cavidanın yazılarında aqressiya yox, şəxsi fikirlərin təlqini yox, amma bəşəri və qlobal olan düşüncələr hakimdir.
Diqqəti yönəltmək istədiyimiz fikir isə ondan ibarətdir ki, Cavidan – Gülüş Xəlilova cənub bölgəsində roman yazan ilk qadın yazarımızdır. Sevindirici olan həm də odur ki, “ilk qələm təcrübəsi” statusunda yanaşmaq olmur – rəy bildirən ziyalıların, elm, sənət və ədəbiyyat adamlarının qənaətincə, Rafiq Tağının “El içində” verilişində dediyi kimi: “Cavidan Lənkərandan heç hara çıxmasa da, çox ünvanları fəth edə biləcək yaxşı bir roman yazıb – “Namə””
Adı Gülüş olsa da... yazdıqlarında həyatın göz yaşları süzülür, sıralanır. Arzulayaq ki, yazdıqları bundan sonra başına gəlməsin!


Məlahət

Комментариев нет:

Отправить комментарий