30.05.2011

KƏRZAİDƏN ABŞ-a: "CİNAYƏTLƏRİNİZİ DAYANDIRIN!"

Həmid Kərazi: "Təşkil olunan silahlı hücum böyük bir səhv və cinayətdir. Amerikalı əsgərlərə bu son xəbərdarlığımız olacaq"



FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstanın dövlət başçısı Həmid Kərzai, NATO hərbi təyyarələrinin dünən ölkənin cənub-qərbinə endirdiyi avia zərbələrə münasibət bildirib. NATO təyyarələrinin hücumu zamanı 14 sivil şəxsin həlak olmasını sərt tənqid edən Əfqanıstan prezidenti, bu hücumu ciddi səhv və cinayət adlandırıb. Həmid Kərazi NATO-nun təşkil etdiyi hücumla bağlı bildirib ki: "ABŞ və NATO-nun təşkil etdiyi bir tərəfli və lazımsız əməliyyatlar günahsız insanların ölümünə səbəb olur. Bu cür əməliyyatların insani və əxlaqi dəyərlərə ziyan vurduğunu bir neçə dəfə xatırlatmışıq, ancaq ABŞ və NATO buna əhəmiyyət vermir. Təşkil olunan silahlı hücum böyük bir səhv və cinayətdir. Amerikalı əsgərlərə bu son xəbərdarlığımız olacaq".

Qeyd edək ki, Əfqanıstanın Helmand vilayətinin rəmisi Davud Əhmədi, dünən gecə saatlarında Nevzad qəsəbəsinə endirilən avia zərbələr zamanı, ölən 14 nəfərin hamısının qadın və uşaqlar olduğunu açıqlayıb. NATO təyyarələrinin bombardmanı zamanı 2 qadın, 5 qız və 7 oğlan dünyasını dəyişib.

Комментариев нет:

Отправить комментарий