29.05.2011

YAZIÇILARIN ŞƏXSİYYƏT MƏSƏLƏSİ

 Ayxan                        Professional Oxucu Liqası

Sovet vaxtında belə bir əhvalat olubRusiyanın Ədəbiyyat Universitetində yazıçı Konstantin Paustovsi tələblərə müasir ədəbiyyatdan mühazirə oxuyurmuş.
Bu vaxt tələbələrdən biri əlini  qaldırıb bu sualı verir:
--Müəllim, Rusiyanın ən böyük yazıçısı kimdi?
Sual Paustovsini çaşdırır.
O qol saatına baxıb:
--Mən sizə on dəqiqədən sonra Rusiyanın ən böyük yazıçısını göstərərəmdeyir.
Vaxt tamam olanda Paustovski tələbələri pəncərənin qabağına gətirir.
Uşaqlar pəncərədən baxırlar.
Soyuq, qarlı bir havada kimsə əlində bellə buzları qırırmış.
Uşaqlar heç nə başa düşmürlər.
--Kimdi bu adam?—Onlardan biri soruşur.
Paustovsi həmin adamı işarə ilə göstərərək deyir:
--Baxın, Rusiyanın ən böyük yazıçısı odur: Platanov.
Bu pritça yəqin yadınıza düşür? Mənim yenidən sizin yadınıza saldığım bu əhvalat təkcə Platonovun böyük yazıçı olmasını göstərmək deyil, həm də onun böyük bir şəxsiyyət olduğunu göz önünə gətirməkdir.
Məhşur bir ifadə var: “Yazıçı hər şeydən əvvəl şəxsiyyət olmalıdır”. Mənə elə gəlir, bunu Sart demişdi. Bildiyiniz ki, o, Nobel Mükafatı larüatından imtina etmişdi və bir məktubla öz imtina səbələrini dilə gətirmişdi.
Burda bir xatırlatma edim ki, Sart tarlada fəhlə işləyirdi və arada da vaxt tapdıqca öz yazılarını yazırdı. Yazıları deyəndə o artıq şedevr əsərlərini işləyib ərsəyə gətirirdi. Bundan isə heç kimin xəbəri yox idi. Nə vaxt ki, Jan Pol Sart Nobel Mükafatına layiq görüldü artıq hər kəs onu yazıçı kimi tanıyırdı. Və Sartr yazıçının qarşısında hər hansı bir ad yazılmasına razı olmadı və Nobeldən imtina etdi.
Pritçadan da gördüyünüz kimi Platonov süpürgəçi, qapıçı işləmişdir (dvornik). O, yazılarını əlbəttə yazırdı, ancaq heç bir şöhrət onu öz şəxsiyyətindən, öz ədalətliliyindən döndərə bilmədi. Yaşadığı müddətdə Sovet hökümətinə boyun olmadı və elə buna görə də heç bir kitabı çap olunmadı. Yalnız vəfatından sonra onun kitabları çap edilməyə, oxucular tərəfindən alınmağa başlanıldı. Və insanlar Platonovun şəxsiyyət olmasından başqa, yazıçı olmasının da şahidi oldular – böyük yazıçı.
Bizim yazıçıların bəzilərində şəxsiyyət problemi var. Onların yazdıqları ilə şəxsiyyətləri üst-üstə düşmür. Boyun əymək isə çoxlarının yerinə yetirdiyi bir şeydir. Bu onlar üçün heç nədi. Əsas kitabları çıxsın, əsas şöhrət tapsınlar.
Ancaq soruşan lazımdı: bəs hanı sizin şəxsiyyətiniz? Siz hər hansı bir nailliyyətlə, şöhrətlə harasa gedə biləcəyinizi zənn edirsizsə, yanılırsız. Böyük insanlar, istər yaradıcı olsun, istər tarixi şəxsiyyətlər ən çox etdikləri yaxşılıqlarla yadda qalırlar.
Platonov, Sart nümunələrini elə-belə gətirmədim. Bizdə bu cür yazıçılar azdı, ya yoxdu, ya da ki, meydanda olanlar onlara fikir vermirlər.
Şəxsiyyət yazıçının ən böyük əsəridir. Unutmaq lazım deyil ki, şəxsiyyətsiz bir yazıçı yalnız ədəbiyyata deyil, insanlığa da xəyanət etmiş olur.

Комментариев нет:

Отправить комментарий