30.05.2011

NAZİRİN MAŞININDA GƏLİN APARDILAR


Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu, seçki kampaniyası çərçivəsində getdiyi Konyanın Akşehir mahalında piyada olaraq gedən yeni evli bəylə gəlini iş avtomobilinə mindirib


FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu, seçki kampaniyası çərçivəsində getdiyi Konyanın Akşehir mahalında piyada olaraq gedən yeni evli bəylə gəlini iş avtomobilinə mindirib

Davutoğlu, yolda qarşılaşdığı yeni gənc ailəni öz iş avtomobilinə mindirib. Nazirin iş avtomobilinə minən Dudu və Osman Bağçı ailəsi, onlara ən gözəl toy sürprizini hədiyyə edən nazir Davutoğluna təşəkkür ediblər. Onlar bu anı heç vaxt unutmayacaqlarını söyləyiblər.
"Biz gəzmək üçün çıxmışdıq. Davudoğlunun maşınını görəndə ona sevgimizi nümayiş etdirmək üçün əl etdik. O da avtomobili saxlayıb bizimlə söhbət etdi, sonra isə bizi avtomobilinə mindirdi. Hətta yeməyə belə dəvət etdi".

Xarici işlər naziri cütlüklə zarafat etməyi də unutmayıb. Belə ki, bir km-ə yaxın nazir maşınında yol gedən gəlinin "indi biz nə olduq?" sualına o belə cavab verib: "Siz nazir, mən də sizin cangüdəniniz oldum".

Комментариев нет:

Отправить комментарий