Atmosferə atılan istixana qazlarının miqdarı əvvəlki illərə nisbətən maksimum həddə çatıb
FaktXeber.com-un verdiyi məlumata görə, bu haqqda Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumat yayıb. Ekologiya elm adamları qlobal istiləşməsinin təhlükəli səviyyəyə çatmaması üçün ortalama temperaturun iki dərəcədən çox artmamasının zəruri olduğun bildiriblər. İEA-nin baş mühəndisi Fateh Birol “atmosferdəki orta temperaturun 2 dərəcə artmasının qarşısını almaq artıq bir xəyala çevrilib.”-deyə bildirib.Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə son 80 il ərzində atmosfer ən çox zəhərli qazların tullantılarına məruz qalıb. İqtisadi böhranın ən çox hiss edildiyi 2008-2009-cu illər ərzində, illik karbonun miqdarı 0.3 qeqaton azalaraq, 29.3 qeqa tondan, 29 qeqa tona düşüb. Beynəlxalq Enerji Agentliyininverdiyi məlumata görə, 2010-cu ildə atmosferə 30,6 qeqa ton karbon 4 oksid tullantıları atılıb. Bu göstərici 2009-cu il ilə müqayisədə 1,6 qeqa ton artıqdır. Fatih Birol “Bu rəqəmlər ən pis göstəricilərdir. İstilik artımını 2 dərəcə artmasının qarşısını almaq çox çətin olacaq. Bu göstəricilər gələcəyin qaranlıq olmasından xəbər verir.” - deyə əlavə edib. İngiltərənin “London School of Economics Lord Stern” mərkəzindən verilən məlumata görə, mövcud vəziyyətin davam edəcəyi halda, atmosferin vəziyyəti daha da dəhşətli olacaq. Mərkəzin apardığı tədqiqartlar nəticəsində məlum olub ki, 2100-cü ilə qədər atmosferin ortalama temperauturu 4 dərəcəyə qədər artması ehtimalı 50%-dir. "Bu cür bir inkişaf dünya səviyyəsində yüz milyonlarla insanın dolanışığını mənfi təsir edəcək, bu da böyük köçlərə və qarşıdurmalara gətirib çıxaracaq. Buna gördə hökümətlərin dərhal hərəkət keçməsi lazımdır.”-deyə araşdırma mərkəzi həyəcan təbili çalıb. |
Комментариев нет:
Отправить комментарий