17.05.2011

SİQARET - SİNƏYƏ SAPLANMIŞ XƏNCƏR

                                                Biz niyə siqaretə aludə oluruq?



Bildiyimiz kimi siqaret insan sağlamığı üçün  çox təhlükəlidir. Hətta siqaret barədə belə bİr deyim də var: “Sinəyə saplanmış xəncər”. Bu sözdən anlamaq olar ki, siqaret nə qədər zərərli və xeyirsiz bir aludəçilikdir. Əvvəldə bunu qeyd etmək istəyirəm ki, siqaret tütün bitkisinin qurudulmış yarpaqlarından hazırlanır. Tütün müxtəlif vasitələrlə yəni, burunotu və ya trubka ilə çəkilə bilər. Tütün istər trubka, istər müştukla çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin təsirsiz olanı çəkilməyənidir. Bir sözlə insan orqanizmi üçün ən zərərli olan şey heç şübhəsiz ki, siqaret  çəkməkdir.
Bundan əlavə, nikotindən tibbi məqsədlərlə istifadə olunmur və o zəhərli bir maddə olan sionitlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına vurularsa, bu həmin şəxsn ölümünə səbəb ola bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120 milliqram miqdarındakı nikotinin 2 qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə 2 qutu siqaret çəkən insanlar çoxdur. Bəs onlar niyə zəhərlənmirlər? – deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən – birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqareti yandırarkən siqaretdəki nikotin havaya yayılır və yalnız nikotinin müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1.2 – 2 milliqram miqdarında nikotin keçə bilir. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər görülə bilir. Belə xəstəliklərə aşağıdakılar aiddir: Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, Mədə yarasına səbəb olur, dodaq, dil və yemək borusu xərçənginə gətirib çıxarır, xroniki bronxitə və enfisemaya səbəb olur, qırtlaq və ağ ciyərləri siqaret çəkənlər arasında daha çox müşahidə edilir. Ağ ciyər və qırtlaq xərçənginin əmələ gəlməsinin 90 %-i siqaretdir. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur, iflic olma riskini artırır, ürək xəstəliklərinə, xüsusilə də ürək inkatını əmələ gətirir, hafizə zəifləyir, əhval-ruhiyyə pozulur, dəridə qırışıqlar yaranır. Siqaret çəkənlərin yanında oturanlar da siqaret çəkir. Evdə siqaret çəkən bir ata öz uşağını da zəhərləyir. Siqaret çəkməyin zərərləri şübhəsiz ki, burada göstərildiryindən daha çoxdur.
Amma bəzi siqaret çəkənlər də var ki, iddia edirlər ki, mən siqaret çəkirəm və heç bir ziyanın da görmürəm. Əksinə, siqaret çəkməsən  yemək yeyə bilmirəm. Və ya deyirlər ki, siqaret  çəkmək məni nəsə yeməyə vadar edir. Məsələn hər dəfə siqaret çəkməmişdən əvvəl sinəmi şirəlləmək üçün mütləq bir konfet ilə çay içirəm. Boş sözdür siqaret zərərlidir deyənlər bekardırlar. Mənim baba “Astra” siqareti çəkirdi. Özü də 90 yaşında öldü. Can verən də də damağında siqaret var idi.
Yuxarıda qeyd etdiyim kimi bu siqaret çəkənlərin nəzəri idi. Əlbəttə bu deyilənlər həqiqəti əks etdirmir. Təbii ki istisna hallar ola bilər. Məsələn, birinin vücudu çox qüvvətli olar və siqaret ona bir o qədərdə təsir etməz. Amma siqaret barədə danışanda ümumi fərdləri nəzərdə tuturuq. Bu səbəbdən siqaretin zərələri bütün fərdlər üçün geçərlidir. İstisna şəxsləri çıxmaqla. Bəzən isə siqaret insanı daxildən parçalyır və birdə onda ayılırsan ki, iş-işdən keçib.
Ən dəhşətlisi isə budur ki, son zamanlar Azərbaycanda məktəblilər arasında tütündən istifadə artıb. Bu vəziyyətin araşdırılması gələcəyimizin sağlam böyüməsi üçün gözəl haldır. Amma bu tədbirlər təəssüf ki, çox az keçirilir. Demək olar ki, hal-hazırda bütün məktəblərin önündə siqaret çəkən tələbə görmək mümkündür. Bunun qarşısını almaq üçün müəllimlərin, məktəb direktorlarının və valideynlərin üzərinə ox mühüm vəzifələr düşür. Onlar şagirdləri siqaret bataqlığından xilas etmək üçün forumlar, iclas təşkil etməlidirlər. Bu yolla qisməndə olsa böyük fəlakətin qarşısını almaq olar. Həmçinin bu məsələdə Təhsil Nazirliyidə çox böyük və faydalı işlər görə bilər. Məsələn məktəblərdə siqaret fəsadlarını əks etdirən reklam lövhələri yerləşdirmək, seminarlar keçirməklə şagirdləri maarifləndirə bilərlər.
Azərbaycanda aparılan araşdımaların nəticəsi olaraq demək olar ki, siqaretçəkmənin Azərbaycan üçün problem olması və yaxşı sağlamlıq üçün ciddi maneə olması fikri ilə ictimaiyyətimiz tamamilə razıdır.  Bəzi gənc siqaretçəkənlər (20-34 yaş) siqaretin müsbət cəhətlərini “rahatlıq gətirir” və “siqaret mənim əsəblərimi sakit edir” kimi qeyd edirlər. Siqaretçəkən və çəkməyənlər ümumilikdə siqaretin fiziki vəziyyətə və sağlamlığa zərərli olması ilə razıdırlar.  Bakı sakinləri siqaretçəkənlər barədə deyirlər ki, onlarda rəngin solğunluğu, gözlər ətrafında şişkinlik və öskürmə kimi ciddi narahtlıqlar həmişə müşahidə olunur.
Siqaretçəkənlərin 90%-i ağciyər xərçənginə tutulur. Dostlarımdan biri deyir ki, “həddən artıq çox siqaret çəkəndə mənim başım ağrıyır və ürəyim bulanır”. Başqa bir qadın dostum isə deyir ki, “siqaret dişlərimi qaraldır, siqaret çəkəndə mənim başım ağrıyır, iştahasız  yeyirəm və boğazımla, tənəffüsümlə, orqanizmlə bağlı problemlərim olur”.
Başqa bir həkim dostum isə siqaret barədə belə deyir:  “Siqaret qadın orqanizminin reproduktiv sağlamlığına və sağlam nəsil yaratmaq qabiliyyətinə təsir edir. Siqaret hamilə qadının uşağını zəhərləyir.  Siqaret çəkən qadının uşağında müxtəlif xəstəliklərə səbəb olur və onların ömrünü qısaldır.”
Bəzi rəfiqələrim isə ərlərinin evdə siqaret çəkməsindən şikayət edərək bildiridilər ki, “ərimiz evdə siqaret çəkir. O bilir ki, bu mənim üçün zərərlidir. Mən ondan xahiş edirəm ki, evdə siqaret çəkməsin. Bəzən xahişimi icra olunur. Bəzən isə...” 


Bəs gənclərimiz niyə siqaret çəkirlər?

Gənclərin siqaretə aludə olmalarına əsas səbəb yaşıdlarının və mühitin təsiridir. Yeni mühitə uyğunlaşma, boş vaxtın keçirilməsi arzusu və s kimi səbəblər gəncləri siqaretə sürükləyir. Bəzi gənclərimiz isə daha müasir və dəbə uyğun görünmək arzusu ilə siqaret çəkirlər. Gənclərimiz öz “kişi”liyini göstərmək üçün çoxlu siqaret çəkirlər. Çoxları  isə siqareti dəbə görə çəkirlər.
Və son olaraq gəlin cəmiyyətimizi, özümüzü və övladlarımızı siqaret bəlasından xilas etməkdə birgə addımlayaq!


Rübab Allahverdiyeva

Комментариев нет:

Отправить комментарий