17.05.2011

HƏBS OLUNAN DİNDARLARIN EVİNDƏ AXTARIŞ APARILIB

                 Həbs olunan dindarlardan bir neçəsinin evində axtarış aparılıb



FaktXeber.com-un verdiyi məlumata görə, 6 may tarixində Təhsil Nazirliyinin qarşısına aksiya keçirən dindarlardan 9 nəfər barəsində cinayət işi açılıb. Bu gün həbs olunan dindarlardan bir neçəsinin evində axtarış aparılıb. Bu barədə İslam-Azeri.az internet saytına məlumat verən dindarlar, bu gün iki inanclı şəxsin evində atarış aparıldığını bildiriblər.

Qeyd edək ki, barəsində 221.1.1 maddəsilə cinayət işi açılan Füzuli rayonundan məcbiri köçkün Şirxan Orucovun evinə daxil olan əməliyyat qrupu, bir neçə saat ərzində onun evində axtarış aparıb. Bundan əlavə Bakıxanov qəsəbəsinin digər sakini 6 may aksiyasında həbs edilən dindar Zaur İsgəndərovun da evində yoxalamalar olub.

Комментариев нет:

Отправить комментарий