13.06.2011

Bəzi ökələrdə fahişəlik leqallaşdırılmışdır


Dünyanin bir çox yerində fahişəliklə əlaqədar seks turizmi fəaliyyət göstərir. Bəzi ökələrdə fahişəlik leqallaşdırılıb. Məsələn, Hollandiya və Macarıstanda, bəzi ölkələrdə isə qadağan olunmuş və hətta ölüm cəzası ilə cəzalandırılır - İran və Sudanda. Bir sıra sahələrdə isə fahişəlik leqal olaraq ciddi surətdə ABŞ-da fahişəliyin leqallaşdırıldığı yeganə ştat Nevadadır. Türkiyədə küçə fahişəliyi qeyri-leqaldır, lakin pritonlar leqal fəaliyyət göstərir. Bəzi hallarda fahişə fəaliyyəti və fahişəxanalar qırmızı fənərlər rayonları ilə məhdudlaşdırılır.

Amsterdamda qırmızı fənərlər rayonu

Qeyri-rəsmi məlumatlara görə İspaniyada 300 minə qədər fahişəliklə məşğul olur. Orada fahişələrə xüsusi gödəkçələr paylanılır. Belə ki, gecə saatlarında fahişələr yaxınlaşan avtomobillərin qarşısına qaçır ki, bu zaman da çoxlu qəzalar baş verir. Dövlət də həmin qadınların və sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün onlara fosforlu gödəkcələr paylayır. Gödəkcəni geyinməyən fahişələr 50 avro cərimə olunur.

İtaliyanın şimalındakı Trevizio vilayətindəki yollarda isə üzərində mini yubkalı qadın fiquru olan lövhələr - yol hərəkət nişanları quraşdırılıb. Bu vasitə ilə dövlət idarələri sürücüləri ehtiyatlı olmağa və yol kənarında fahişəliklə məşğul olan qadının ola biləcəyinə işarə edir. Lövhənin üstündə belə yazılıb: \"Attenzione prostitute\". Yəni, \"Diqqət fahişə\". Son illər İtaliyada yol qəzalarında ölən şəxslər arasında fahişələrin sayı xeyli artıb.

Almaniyada fahişəlik

2010-cu ilin sonlarında Almaniyanın Dortmund şəhərinin rəhbərliyi şəhər büdcəsindəki kəsiri aradan qaldırmaq üçün qeyri-adi vasitəyə əl atıb. Bundan sonra şəhərdə fahişəliyə görə vergi ödənəcək. İndi \"qədim peşə sahibləri\" \"işləmək\" üçün sutkalıq bilet almalı, əks halda cərimə ödəməlidir. Şəhər rəhbərliyi bu yolla 750 000 avro qazanacağına ümid edir. Almaniyada fahişəlik leqal fəaliyyət sahəsidir.

2010-cu ildə Meksikada vaxtilə fahişə olmuş qarılar üçün qocalar evi açılıb. \"Qədim peşə sahibləri\" qocalıb özlərinə \"iş\" tapmayan zaman adətən küçədə kimsəsiz qaldığı üçün hökumət onlara bu cür yardım göstərmək qərarına gəlib.

Vüqar QURDQANLI                                           kulis.az

Комментариев нет:

Отправить комментарий