21.06.2011

Mehriban Əliyeva haqda ərəb dilində yazıldı

M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşahəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçiriləcək. 

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 8 fəsildən ibarət kitabda M. Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur. Kitab Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə Azərbaycanın Suriyadakı Səfirliyinin təşkilati dəstəyi ilə Suriyada ərəb dilində nəşr olunub.
Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın inkişafında Mehriban xanımın fəaliyyəti öz əksini tapıb.
Bu kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaq. Hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər yer alıb.

Kitabların hazırlanmasında Prezident Kitabxanasının böyük əməyi olub və AzərTac-ın materiallarından geniş istifadə edilib.

Nigar Məmmədli

Комментариев нет:

Отправить комментарий