09.06.2011

Oruellin “Heyvanıstan” povesti Bakıda! – FOTO


Qanun” nəşriyyatı Corc Oruellin məşhur “Heyvanıstan” povestini dərc edib. Kultaz.Com-un nəşriyyata istinadən verdiyi xəbərə görə, əsəri ingilis dilindən Vilayət Quliyev tərcümə edib.
Qapaqda gedən rəsm isə Molla Nəsrəddin jurnalından götürülüb.
Qeyd edək ki, görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar.
Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” povesti Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunub. Kitab geniş oxucu kütlələri, bədii ədəbiyyat həvəskarları üçün nəzərdə tutulur.

kultaz.com

Комментариев нет:

Отправить комментарий