03.06.2011

Qlobal polis Şərqi çalxalayır

İbrahim Sel                    Professional Oxucu Liqası

 Amerika Liviya düyününə ilişənədək işləri o qədər də pis getmirdi. Amma bu müharibə ocağına hərbi müdaxiləsindən sonra ikinci İraq, Əfqanıstan cəbhəsinə çevrilməsi ən çox narahat edən məsələlərdən oldu. Amerikanın 44-cü prezidenti özünün Vaşinqton unversitetindəki çıxışında Liviya məsələsinə özünəməxsus bir açıqlama gətirdi. Bu cür önəmli məsələlələrə heç vaxt tutarlı aydınlıq gətirməyən prezident, bu çıxışında da qeyri-adi bir səbəb göstərmədi. “Amerika gələcəyin lider dövləti olması səbəbindən dünyada sülhün, əmin-amanlığın təminatında məsuliyyət daşıyır. Biz digər dövlətlərdən fərqli olaraq Müəmmar Qəddafinin cinayətlərinə göz yuma bilmərik”,- deyə Obama universitetdəki çıxışında qeyd edib. Maraqlıdır, görəsən Obama bilmir ki, dünyada ən böyük müharıbə ocaqlarını o özü yaradıb? Bəs görəsən niyə bu “sülhün təminatçısı” Qəzza, Bəhreyn, Yəmən cinayətlərinə göz yumur? Niyə bu məsələdə məsuliyyətini yada salmır? Bu məsələlərin heç birinə aydınlıq gətirməyən prezident qeyd edib ki, dünya yeni bir dönəmin başlanması astanasındadır. Bu məsələlərə başqa dövlətlər göz yuma bilər. Amma ABŞ- əsla! Təbii ki yeni bir yağlı tikə olan, münbit təbii sərvəti olan Liviyaya göz yummaqmı olar? Neçə illərdir əlindən çıxan bu ərazidə lövbər atmağın vaxtı gəlib çatıb. Bu cür əraziyə göz yummaq olmaz!
 Amerika haqqında danışıldıqda, Müəmmar Qəddafinin məktubu haqqında danışmamaq olmaz. Liviyanın tiranı Barak Obamaya yazdığı 3 səhifəlik məktubunda bəzi məsələlərə işarə vurub. “Mənim əziz oğlum, zati-aliləri Barak Hüseyn abu Obama”- deyə müraciət edən Liviyanın başçısı, sonra Amerikanın hərbi müdaxiləsini səhv addım adlandırıb. Müəmmar Qəddafi qeyd edib ki, ”siz bu yanlış qərarı ləğv edəcək qədər cəsarətli adamsınız”. Amerikanın öncəki hücumlarına işarə edilən məktubda Qəddafi Obamanın gələcəkdə də prezident olması barəsində dua edəcəyini deyib.
 Maraqlıdır: heç vaxt Amerika ilə düz gəlməyən Liviya höküməti doğrudanmı Obamanın fikrini dəyişəcəyini düşünürmüş? Amma əslində bunu Müəmmar tərəfindən bir cəsarət nümayişi kimi də qiymətləndirmək olar. Bunu məktubdakı “yalnış qərar” fikrindən də başa düşmək olar.
 “Siz Bəhreynə qoşun yeridirsiniz, biz isə Liviyadan Qəddafini uzaqlaşdırırıq”. Bu bir cümlə ilə Barak Obama administrasiyası ilə Səudiyyə krallığı arasındaki sövdələşmənin məğzini çatdırmaq olar. Yayılan məlumatlara görə, rəsmi Vaşinqton dövlət katibi Hillari Klinton vasitəsilə Səudiyyə üçün Bəhreynə qoşun yeritməyə ona görə yaşıl işıq yandırıb ki, bunun “əvəzi” olaraq, Ərəb Liqasından Liviya üzərində uçuşa qadağan zonasının yaradılmasına razılıq alsın.
 Bu məlumat iki müxtəlif diplomatik mənbə tərəfindən açıqlanıb. Diplomatlardan biri avropalı, o biri isə BRİKS (21-ci əsrdə iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər: Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika) üzvü idi.
Bundan əlavə, bu məlumat amerikalı ekspertə və Asia Times Online”-na da ötürülmüşdür. Diplomatik protokola əsasən, onların adları açıqlana bilməz. Diplomatlardan biri bu barədə belə deyib: Biz Liviya üzrə 1973 saylı qətnaməni dəstəkləyə bilmədik. Biz deyirdik ki, Bəhreyn, Yəmən və Liviya eyni qəbildən olan hadisələrdir. Və faktların araşdırılması üçün bir missiyanın göndərilməsinə çağırırdıq və rəsmi mövqeyimizə sadiqik. O baxımdan ki bu qətnamə aydın deyil. Qaranlıq məqamlarla bol olan qətnaməni aqressiv qayda ilə də şərh etmək olar”.
 “Asia Times Online”-nin verdiyi xəbərdə deyilirdi ki, Ərəb Dövlətləri Liqasının yekdilliklə qadağan zonasının yaradılmasının lehinə səs verməsi nağıldan başqa bir şey deyil. Bu səsvermədə liqanın 22 üzvündən yalnız 11-i iştirak etmişdir. Onlardan altısı Səudiyyə Ərəbistanının başçılıq etdiyi Fars körfəzi ölkələri ilə Əməkdaşlıq Şurasının üzvləri idilər. Bu krallıq və əmirliklər klubu ABŞ tərəfindən də dəstəklənir. Səudiyyəyə isə Şuranın qalan üç üzvünü də razı salmaq qalırdı. Bundan sonra səsvermədə lazımi səhnəni qurmaq mümkün olacaqdı.
 22 ölkədən yalnız 9-u qadağan zonası lehinə səs verdi. Əslində, bu səsvermə Səudiyyə krallığının bir oyunu idi. Bununla yanaşı, Ərəb Ölkələri Liqasının baş katibi Əmr Musa Misir prezidentliyinə namizəd kimi ABŞ-ın gözünə girmək marağındaydı və buna doğru ciddi-cəhdlə can atırdı. Bununla 2011-ci ildə böyük ərəb inqilablarına qarşı amerikan-səudiyyə əks-inqilabı hərəkətə gətirildi.
 
“Humanitar” imperialistlər hadisələri xalqa qarşı sui-qəsd kimi təqdim edirdi. Sən demə, Liviyanın bombardman edilməsi Benqazidə baş verə biləcək qətliamın qarşısının alınması üçün imiş! Fars körfəzində “İran təhlükəsi”nin qarşısını almaq adıyla, Səudiyyə krallığının müdafiəsinə qalxıldı. Əlbəttə ki “qoruma borcu” missiyası Bəhreyn xalqına şamil edilmədi.
 Qarşıda Qəddafi rejimindən sonra Amerika kəşfiyyatçıları, gizli əməlliyyatlar, muzdlu qatillər və xüsusi təyinatlılarla doldurulmuş Liviyanın insan haqlarının qibləsi kimi piarı aparılacaq. Onların nə deməyindən asılı olmayaraq, həqiqət həqiqət olaraq qalacaq ki, bütün bunlar ABŞ və Səudiyyə Ərəbistanının, ən əsası İsrailin çirkli oyunlarıdır. Dünya mətbuatı bu xarici müdaxilədən kimlərin daha karlı çıxacaqları barədə kifayət qədər məlumatlar işıqlandırmışdır. Bu oyunun əsas oyunçuları siyahısına (Afrika Ölkələri Şurası vasitəsilə) Pentaqon, NATO, Səudiyyə Ərəbistanı (kral ailəsi), Ərəb Ölkələri Liqasından Əmr Musa və Qətər hakimiyyətini salmaq olar. Bəhreynin Əl-Xəlifə sülaləsini, müxtəlif silah istehsal edən şirkətləri və bir də Liviyada mövcud olan hər şeyi (hətta suyu) özəlləşdirmək istəyi ilə alışıb-yanan acgözləri də bu siyahıya əlavə edin. Bir də Liviya neft yataqları üzərində pərvaz edən qərbli leşyeyənlərin də burada məxsusi payları var.
 Hər şeydən daha iyrənc isə, Obama administrasiyasının heyrətamiz ikiüzlülüyü, Afrika ölkələri və ərəb dövlətlərində baş verənləri “humanitar əməliyyatlar” adlandırmasıdır. Həqiqətdə isə bu daha bir müsəlman ölkəsinə qarşı Amerika-İsrail müharibəsi, yəni, dinamik hərbi əməliyyatlardır.
 ABŞ və Yaxın Şərqdə çoxları elə düşünürdülər ki, Vaşinqton, London və Paris Liviyanın şərqində neft yataqları ilə zəngin ərazilərinə nəzarəti ələ keçirməklə kifayətlənərək, Qəddafini Şimali Koreya üslubu ilə Tripolitaniyada aclıqda buraxacaqlar. Lakin Qəddafinin “qiymətli” tərəfdarlarının fərariliyini, üstəlik Obamanın arzular aləmini (“Qəddafi getməlidir” kimi) nəzərə alaraq, Vaşınqton, London, Paris və Ər-Riyad bütöv tikədən azına razılıq vermədilər. Üstəgəl Afrika Şurası və NATO üçün strateji bazalar…
 Amerika-Səudiyyə oyunlarının ən çirkin tərəflərindən biri də budur ki, Ağ Ev Bəhreyndə baş verən hadisələrin unudulması və yaxud kölgədə qalması üçün əlindən gələni əsirgəmir. Ən azı BBC telekanalının xəbərlər aparıcısı Kati Key “ədəb qaydalarına” uyğun olaraq qeyd etmişdir ki, onlar Bəhreyn hadisələrinin yox olmasını arzu edərdilər. Qətər əmiri şeyx Həmad bin Xəlifə də öz növbəsində Əl-Cazirə telekanalında bəyan etmişdi: “Qəzzafi Liviya xalqına qarşı hücuma keçib, hərəkət etmək vaxtıdır”.
 Hər zaman “operativliyi” ilə seçilən “Əl-Cazirə” telekanalının jurnalistləri ədəbli qaydada əmirə bir sual ünvanlaya bilərdilər: “Öz “Miraj” hərbi təyyarələrini İsrail rejiminin zülmü altında inləyən fələstinlilərin, həmçinin qonşu Bəhreyn xalqını Səudiyyə basqınından müdafiə etmək üçün necə, göndərərdimi?".
 Bəhreynin Əl-Xəlifə sülaləsi bir yığın mühacirlərdir ki, 230 il bundan əvvəl hakimiyyəti ələ ala bilmişlər. 20-ci əsri demək olar bütünlükdə ingilis taxtına qulluq etməklə keçirmişlər. Bəhreynə guya İranın “hücum etmə təhlükəsi”nin olması Əl-Xəlifənin və Səud sülaləsinin nağıllarından başqa bir şey deyil. Bəhreyndə hadisələr yetərincə inkişaf etməkdədir. Bu hərəkat məzhəblərarası problemdən çoxdan uzaqlaşmışdır. O baxımdan Əl-Xəlifə polislərinin qorxudan dağıtdıqları “Mirvari” meydanında toplananların şüarları “Nə sünni, nə şiə - bəhreynli” sözləri idi. Ümumilikdə aksiyaçılar 
“Azad və həqiqi seçki”, “Konstitusion monarxiya”, “Legitim parlament” və “Korrupsiyaya yox” tələbləri yürüdürdülər. Bunların əvəzinə isə bəhreynlilər Səud tayfasının hücümlarına və Bəhreyn gülləsinə tuş gəldilər. Hal-hazırda da Amerika mətbuatı üçün görünməz olan bəhreynlilərin repressiyası davam etməkdədir. Hər gün sosial şəbəkələr həbslərin davam etməsi haqda hayqırmaqdadır. Bəhreyn insan haqları mərkəzinin prezidenti Habil Rəcəbin sözlərinə görə, 400-dən çox insan itkin düşüb. Öldükləri və ya həbs olunduqları haqda məlumat yoxdur. Həbs edilənlərin əksəriyyəti Səudiyyə başkəsənlərinin nəzarət etdikləri keçid məntəqələrində tutulmuşlar. Ərəbistan və Asiyadan olan bu qatillər küçələrdə qara maskalarda gəzirlər. Hətta insanlar gecə saatlarında evlərindən həbs edilirdilər. Səbəb isə, hər hansı sosial şəbəkədə ölkədə dəyişikliklərə aid status qeyd etmək idi.
 “Odissey, Şəfəq” əməliyyatı başa çatdı. İndi isə kanadalı Çarlz Bauçardın komandanlığı altında “vahid müdafiə” vaxtıdır. NATO (başqa sözlə Afrikom) “dinamik hərbi fəaliyyəti” Pentaqona təhvil verdi. Afrika Şurası və NATO indi bütöv birlik təşkil edirdilər.
 NATO-nun şou menyusunda hava zərbələri və qanadlı raketlərlə Liviyanın dəniz müdafiəsini yarmaq, bir də qeyri-müəyyən və çox şübhəli görünən müxalifət qüvvələrinə köməklik üçün quru əməliyyatları daxil idi. Bunlarla yanaşı, Əfqanıstan və Pakistan ərazilərinə də sərt hərbi reydlərin olacağını gözləmək lazımdır. Necə deyərlər, “elə gəlmişkən bura da baş çəkək”.
 Hadisələrin gedişatı isə çox müəmmalı məcrada cərəyan edir. NATO Qəddafi qüvvələrinə Aralıq dənizi boyu irəliləməyə və müxalifət qüvvələrini sıxmağa bilərəkdən yol verir. Həm də çoxdan idi ki, dəqiq hava zərbələri də olmurdu. Deyəsən, məqsəd də tam başqa idi. Liviya müxalifətinin qaynayan Keçid Şurası qüvvələrindən siyasi və iqtisadi güzəştlər əldə etmək, özü də kimlər vasitəsi ilə...
 Hadislərdə şübhəli fiqurlardan keçmiş ədliyyə naziri Mustafa Əbdül Cəlil, ABŞ-da təhsil almış və Vircinyada xeyli müddət yaşamış keçmiş planlaşdırma katibi Mahmud Cibril, yeni “hərbi komandan” və MKİ-nin agenti Xəlif Hifter fəallaşmağa başladılar. Hamısı yəhudi agentləri! Diqqət yetirin, fevral ayında Benqazi qiyamının önündə yer alan, hər cür tərifə layiq yerli gənclər təşkilatı hadisələrdən tam surətdə kənarlaşdırıldı. Əfqanıstan NATO-nun Mərkəzi və Cənubi Asiyada birinci müharibəsi olduğu kimi, Liviya da NATO-nun birinci Afrika müharibəsidir. Qlobal polis rolunu oynayan NATO qüvvələri həqiqətən də BMT-nin hərbi qüvvəsinə çevrilib və çox rahatlıqla özünün strateji konsepsiyasını həyata keçirməyə başlamışlar. Qəddafinin Liviyası dağıdılmalıdır ki, Aralıq dənizini Qədim Roma dövründə olduğu kimi “mare nostrum”a- NATO-nun özəl gölünə çevirmək mümkün olsun. Liviya Afrikada o dövlətlərdəndir ki, Afrika Şurası və NATO tabeliyinə daxil deyil. Bu qəbildən Afrikada Saxara Ərəb Demokratik respublikası, Sudan və Zimbabve ölkələri də vardır. Hal-hazırda birinci dəfə olaraq Qətər və Birləşmiş Ərəb Əmirlikləri Afrikakom və NATO ilə birgə hərbi əməliyyatlarda iştirak edir. Belə demək olarsa, NATO və onun Körfəz ölkələri tərəfdaşları Afrikada birgə döyüşürlər. Bu fikir də çox sadəlövhlüklə deyilmiş sayıla bilər. Ona görə də bunun adına “Qlobal polis” demək daha dəqiq olar.
 Obama administrasiyasının rəsmi demoqogiyasına tam uyğun olaraq, ABŞ dünyagörüşünü paylaşan dünya diktatorları Bəhreyn və Yəməndə olduğu kimi, özlərini çox rahat hiss edə bilərlər. Çünki onların əməllərinin haqq-hesabını çəkən olmayacaq. Lakin Afrika və Yaxın Şərqdə “rejim dəyişikliyi” planına daxil olan hər kəs gözdə-qulaqda olmalıdır. Çünki “Qlobal polis” NATO onların da dalınca gələcək. Hiylə ilə və yaxud hiyləsiz.

                                     

Комментариев нет:

Отправить комментарий