Vüqarlı qoca və qatar sərnişinləri haqda hekayəni eşitmisinizmi?
Elə isə, son dərəcə maraqlı, ibrətli, xüsusi ilə bizlərə aid olan bu hekayəni oxuyun. Bizlər demək olar ki, hər an hekayədə oxuyacağınız hadisələrlə qarşılaşırıq. Bu, bir ölkədən digər ölkəyə gedən bir qatarda baş verib.
Qatarın yola düşəcəyini bildirən fit səsi eşidildi. Vüqarlı, nurani bir qocadan başqa hamı qatarda yerini tutmuşdu. Qoca qatara geciksə də, xoşbəxtlikdən o da, minməyə macal tapır. Qatara qalxan qoca bütün kupelərin sərnişinlər tərəfindən tutulduğunu görür. Yer tapmaq ümudilə birinci kupeyə doğur irəliləyir. Ora yaxınlaşanda bir-birləri ilə oynayan, şənlənib-gülən uşaqlara rast gəlir. Onlara salam verir. Uşaqlar üzü nur saçan, həmin qocanı gördüklərində qəlblərinə bir heybət və həyacan düşür. Onlar qocanın salamını alıb, onu gördüklərinə şad olduqlarını ərz edirlər. Qoca onlardan oturmaq üçün icazə istəyir. Uşaqlar isə vüqarlı qocaya belə deyirlər: “Sənin kimi bir insanı başımızın üstündə belə daşıyarıq. Ancaq biz, uşağıq. Bir-birimizə oynayıb, zarafatlaşırıq. Qorxuruq ki, bizim hərəkətlərimiz sənin rahatlığını pozar. Sənə əziyyət etmiş olarıq. Həm də sənin bizim yanımızda olmağın, azdlığımızı da əlimizdən ala bilər. Yaxşısı budur ki, sən, digər kupelərə get. İnanırıq ki, digərləri də səni gorməyə şad olacaqlar”.
Bu minvalla qoca digər kupeyə keçir. Orada üç gənc görür. Onların universitetin son kursunda oxuduqları bəlli idi. Qarşılarında komputer və gidər iş alətləri var idi. Çox məşğul görünürdülər. Riyazi tənliklər və fiziki nəzəriyyələrin həlli ilə bağlı müzakirələr aparırdılar. Qoca onlara salam verdi. Kaş ki, siz, bu qocanı gördkləri zaman onların onların fərəhlə dolu üzlərini görərdiniz. Onun salamını alıb və onu görməyə şad olduqlarını deyirlər. Qoca onlardan da qalmaq üçün bir yer xahiş edir. Gənclər qocaya belə cavab verirlər: “Sənə öz kupemizdə qarşılamaq və yer vermək bizim üçün şərəfdir. Ancaq gördüyün kimi biz, çox məşğuluq. Bəzən müzakirələr zamanı səsimizi yüksəldib, möhkəm danışırıq. Qorxuruq ki, bu davranışlarımız səni narahat edib, rahatlığını pozar. Həm də ki, bu müddət bizim imtahanlara hazırlaşmağımız üçün gözəl bir fürsətdir. Sənin bizim yanımızda olmağın bizim də rahatlığımızı əlimizdən ala bilər. Sənin başqa bir kupeyə getməyin yaxşı olar. Əminik ki, sənin bu nur saçan simanı görən hər kəs yanında sənə yer verməyə canla-başla razı olar”.
Qoca Allaha təvəkkül edib üçüncü kupeyə yaxınlaşır. Orada bir gənc ailəyə rast gəlir. Onların “Bal ayı” ilə bağlı harasa getdikləri sezilirdi. Bir-birlərinə xoş və romantik sözlər deyir, sevgi və şəfqətlə söhbət edirdilər. Qoca onlara da salam verdi. Həmin cütlük qocanın vüqarını, nur üzünü görüb şad oldular. Qoca onlardan da oturmaq üçün icazə istədi. Cütlüyün qocaya cavabı isə belə oldu: “Səninlə bir yerdə oturmaq və yol yolçusu olmaq bizim üçün fəxrdir. Ancaq, görürsən ki, biz, bal ayını keçirmək üçün uzaq səfərə gedirk. Bizimlə rahat olacağını zənn etmirik. Habelə sənin yanında da çox sıxılarıq. Qatarda olan hər kəs səni görməyə şad olacaq. Onların yanına getsən, daha yaxşı olar”.
Qoca davam edir. Növbəti kupeyə yaxınlaşanda, otuz yaşlarında iki şəxs görür. Onların qarşısında yol xəritələri və plan çəkilmiş kağızlar var idi. Onlar layihə ilə bağlı bir-birilərinin fikirlərini öyrənirdilər. Qoca onlara da salam verdi. Onlar hörmətlə qocanın salamını alıb, gəlişindən xoşhal olduqlarını bildirdilər. Qoca onlardan gələn hörməti görüb, oturmaq üçün icazə istədi. Onlar isə qocaya belə dedilər: “Sənə nə qədər hörmət etdiyimizi bilirsən. Səninlə yol boyu həmsöhbət olmaq qürur vericidir. Ancaq biz, iş adamıyıq. Ticarət, biznes, böyük işlərlə məşğuluq. Söhbətlərimiz demək olar ki, ancaq bu mövzudadır. İnanmırıq ki, bu cür ab-havada bizimlə rahat olasan. Ən yaxşısı sən bizim qonşu kupeyə get. Səni orada yaxşı qarşılayacaqlarından əminik”.
Qoca onların dediyi kimi etdi. Yaxın kupeyə tərəfə istiqamətləndi. Kupeyə yaxınlaşanda orada kiçik bir ailənin olduğunu gördü. Kupelərdə demək olar ki, boş yer yox idi. Qoca onlara salam verdi. Onlar da onun salamını aldılar. Qoca onlardan oturmaq üçün icazə istəməzdən əvvəl onlar qocaya əyləşməsi üçün yer ayırıb, onlara yol-yoldaşı olmasını xahiş etdilər. Ailənin başçısı qocanın rahat olması üçün əlindən gələni etdi. Vüqarlı qoca yorğunluğu çıxarmaq üçün ona ayrılan yerdə əyləşdi.
Nəhayət qatar dayandı. Bu müddət ərzində qatara yemək və su satan satıcılar daxil oldu. Qoca həmin satıcıları çağırıb oturduğu kupedəki ailə üzvlərinin hər biri üçün istədikləri yeməyi alır, onlara əlindən gələn bütün xidmətləri edirdi. Fasilədən sonra hərəkət edən qatar, bir şəhərə çatdı. Qatarda oturan hər kəs dayanacağa düzlmüş hərbi qarovulu, gül-çiçəklə bəzədilmiş yerləri görüb heyrətə gəldilər. Heç şübhəsiz ki, bu cür ehtişam və hörmət qatardakı sərnişinlərdən birinin şanına idi. Ancaq digər sərnişinlər bunun kim olduğunu bilmirdilər. Birdən yüksək rütbəli bir zabit önə çıxıb hamının yerində qalxmasını əmr etdi. Çünki bir neçə dəqiqəyə kralın çox hörmətli qonağı qatardan enəcəkdi. Kralın özünün belə bu qonağı qarşılamağa gəlməsi, sərnişinlərin marağını daha da artırırdı. Bu zaman həmin sərnişindən enməsini xahiş etdikdə, o, enməkdən imtina etdi. Həmin hörmətli qonaq kupedə bir çoxlarının qonaq etməkdən imtina etdikləri qoca idi. Qoca qatarda ona hörmət edən, ona qucaq açan ailənin də özü ilə birgə enməsini və kralın onları sarayında qarşılamasını tələb edir. Kral qonağının bu xahişini ürəkdən qəbul edir. Üç gün ərzində onlara istənilən hörməti edir.
Digər sərnişinlər isə həyatlarında ən acı peşmançılığı çəkirlər. Bu peşmanşlıq isə, sonradan heç kimə faydası olmayan bir peşmançılıq idi.
Əziz oxucu! Heç şübhəsiz ki, bu hekayəni tam şəkildə oxudun. Sənin qəlbində bu qocanın kim olduğu haqda bir sual doğmadımı?
Görəsən bu qoca kimdir?
Nəyə görə məqaləni yazan, yazının əvvəlində “Xüsusi ilə bizlərə aid olan bu hekayə”, “Bizlər demək olar ki, hər an hekayədə oxuyacağınız hadisələrlə qarşılaşırıq” kimi cümlələr işlətmişdir?
Əminəm ki, siz, hamınız onu tanıyırsınız. Bu hekayənin arxasında nəyin olduğunu gözəl bilirsiniz.
Bəli, bu vüqarlı qoca İslam dinidir.
Allahın lənətinə gələn Şeytan qiyamət gününə qədər bizi yolumuzdan azdıracağına vəd edib. O, gözəl bilir ki, bizə dinin pis olduğunu vəsvəsə edərsə, heç bir zaman bu dinidən ayrılmağımıza, uzaq düşməyimizə nail ola bilməyəcək. Uğursuzluğa düçar olacaq.
Bu səbəbdən də o bizi “Sonra edərəm” adlı bir bəlanın içinə atdı. “Ax bu din nə gözəldir. Ancaq onlar hələ uşaqdırlar. Qoy hələ uşaqlıqlarını keçirsinlər. Böyüyəndə onlara dinin nə olduğunu başa salar, ona bağlanmaları üçün hər şey edərik."
İslam gözəl dindir. "Ancaq onlar hələ tələbədirlər. Oxumaqla məşğuldurlar. Namaza başlasalar, dərslərini oxuya bilməyəcəklər. İmtahanlardan kəsiləcəklər. Təhsillərini başa vurandan sonra, dinlərinə gözəl şəkildə bağlı olacaqlar."
Biz, hələ “Bal ayındayıq”. Din gözəl şeydir, onun əmirlərinə sabahdan riayət etməyə başlayarıq.
Biznes aləmində öz ayaqlarım üzərində durmağı bacarandan sonra, dinimlə yaxından maraqlanacağam”. Bu sözlər sizə tanış gəlirmi?
Sabaha çıxıb – çıxmayacağımızı bilmədiyimiz halda, bunları necə rahatlıqla deyə bilirik?
“Sonra edərəm” elə bir xəstəlikdir ki, bizlər, hər bir işimizdə bu qorxunc xəstəliyə düçar olmuşuq. Bizlər inandığımız şeyləri yerində tətbiq etməkdən çox acizik. Bu səbəbdən də dünyada gələcəyimizi, hətta, axirətimizi belə qurmaqda uğursuzluğa düçar oluruq.
Ömür keçir, biz isə tərəddüd içərisindəyik. “Bu işi bitirim, sonra onu edərəm”, “Hələ kiçiyəm, böyüyüm, sonra edərəm”, “Qoy, ailə qurum, sonra dinimə bağlanaram”, “Universiteti bitirim, sonra…”, “İş sahibi olum, sonra…”. Sonra…. Sonra… Sonra…

Tərcümə etdi: Məmmədov Dilavər /islamway/
Комментариев нет:
Отправить комментарий