22.07.2011

Azərbaycan - yırtıcı Mossad-ın könüllü şikarı


haber
Yırtıcının kimliyini təsdiq edən vəsiqəyə qəti ehtiyacı yoxdur

İndiyə kimi canavardan, çaqqaldan, və ya tülküdən vəsiqə istəyən də olmayıb.
Zatən onların əməlləri göz önündə, məramları isə əvvəlcədən bəllidir. İllər, əsirlər bu yırtıcı xisləti üzərində hakim deyillər. Yırtıcı olaraq dünyaya gəlib, yırtıcıdır və yırtıcı da olacaq.
Sadəcə zaman-zaman bu yırtıcıların vəhşi xislətlərinin növbəti sübutunu görür, onların növbəti vəhşiliklərinə şahidlik edirik. Bilirik ki, canavara əl uzatmaq təhlükəli və şüurlu insana xas olmayan bir hərəkətdir. Amma buna baxmayaraq, İsrailə nəinki əl uzadılır, ona hətta ağuş da açılır.

Təəssüflər olsun ki, belə addım atanlar sırasında bu gün Azərbaycana da rast gəlmək mümkündür. Sionist qurumun qatil, qaniçən, cəllad və terrorçu bir rejim olması heç də boş söz yığnağı deyil. Bu iddianın arxasında İsrailin törətdiyi konkret əməllər, konkret cinayətlər dayanır. Elə bir sübut kimi sionistlərin törətdikləri son qətli göstərmək kifayətdir. Söhbət HƏMAS rəsmisi Mahmud əl-Məbhuhun Dubayda şəhid edilməsindən gedir. Bu qanlı cinayətin arxasında sionist kəşfiyyat idarəsi - MOSSAD-ın dayandığı artıq heç kimdə şübhə doğurmur. Əl-Məbhuhun öldürülməsinin tam detalları açıqlanmasa da, hadisələrin necə cərəyan etməsi geniş ictimaiyyətə bəlli olub. Müxtəlif Avropa ölkələrinin saxta pasportları ilə Dubay əmirliyinə gələn sionist agentləri HƏMAS üzvünü qətlə yetirdikdən sonra, dərhal ölkəni tərk ediblər. Artıq bu cinayətlə əlaqədar beynəlxalq aləmdə də müəyyən gərginlik yaranıb. Sionist rejimin İngiltərə və İrlandiyadakı səfirləri bu ölkələrin xarici işlər nazirliklərinə dəvət olunublar və onlara belə addımların yolverilməzliyi haqqında xəbərdarlıq edilib. Dubay polisinin şefi Daxi Xəlfan Tamim isə daha qətiyyətli bəyanatla çıxış etdi - «MOSSAD-ın başçısı Meyr Daqan həbs edilməlidir!». Polis rəsmisi bu sözləri heç də əsası olmadan demədi. Artıq sionist kəşfiyyatının əl-Məbhuhu başqa bir dövlətin ərazisində öldürdüyü sübuta yetirilib.

Başqa sözlə, İsrailə bir daha xatırlatdılar ki, terrorçuluq əməllərindən əl çəksin. Bu xəbərdarlıq əhəmiyyət kəsb edəcəkmi,cinayət sonuncu olacaqmı? Əgər dünyada kimsə bu suala müsbət cavab versə də, ona inanan olmayacaq. Çünki artıq qeyd etdiyimiz kimi, yırtıcı kimi yarananlar, yırtıcı kimi ömür sürürlər, yırtıcı kimi də ölürlər. Bəli, İsrail nəinki Yaxın Şərqdə, bütün dünyanın orqanizmində məhz belə bir «qara yara»dır. 61 il əvvəl digər xalqların torpaqlarını vəhşicəsinə, yırtıcı kimi qəsb edərək peyda olan sionist qurum, bu 61 il ərzində elə əsl yırtıcı kimi də davrandı: günahsız insanları qətlə yetirdi, qonşu dövlətlərin şəhər və kəndlərini xaraba qoydu, qonşu olmayan dövlətlərin ərazisində isə terrorçuluq və qətllərlə məşğul oldu. Yırtıcı kimi yarandı, yırtıcı kimi də yaşadı. Və yırtıcı kimi də tarixin yaddaşına gömüləcək. Çünki hər bir yaşamın sonu gəlir. Bu dünya gəlimli-gedimlidir, əbədi heç nə və heç kim yoxdur. Bu gün taxtda oturub fərraşlarına «vur, öldür!» hökmü verənlər, günahsız insanların qanını tökənlər bir gün heçə, torpağa çevriləcəklər. Taxtları da yıxılacaq. Onlar indi də lənətlənirlər, onda da lənətlənəcəklər. Və əfsuslar olsun ki, belə lənətə layiq, əbədi lənətlənən cinayətkar, anti-İslam bir qurumla Azərbaycan çox yaxın münasibətlərdədir, sıx əməkdaşlıq edir. Bu mövqeyimizə kənardan nəzər salan planetin sıravi, orta statistik sakini nə düşünə bilər? Yəqin ki, dərin coğrafi və tarixi biliklərə malik olmayanlar hələ də cəngəllik qanunları ilə yaşayan hansısa cırtdan Afrika dövlətinin sionistlərə dərin rəğbət bəslədiyini, onların cinayətlərinə çəpik çaldığını, müstəqil siyasət yeritmədiyini zənn edər. Və ən əsası - bu orta statistik həmplanetlimiz bu cırtdan ölkənin əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu ağlına belə gətirə bilməz. Axı harda görünüb ki, müsəlman, hətta özünü müsəlman kimi qələmə verən fasiq belə, müsəlman düşməninə əl uzatsın? Ancaq əl uzanıb. Əlimiz yırtıcının cəhəngindədir. Hələ ki, bu yırtıcının çənəsi biri-birinə sıxılmayıb. Amma hər an sıxıla bilər, bu ehtimal çox yüksəkdir. Bu çənələr minlərlə müsəlman qardaşımızın boğazında qapanıb. Bu çənələrdən məsum körpələrin qanı damcılamaqdadır. Bəzi vəhşilər var ki, onları əhliləşdirmək mümkünsüzdür. Onların mövcudluğuna son qoymaq imkanı olmayanlar, ən azından bu yırtıcılardan kənar qalmalıdırlar. Əli bu quduz çənələrin arasına salmaq isə ağılsızlığın son həddidir.



http://www.islamazeri.az/

Комментариев нет:

Отправить комментарий