15.01.2012

“Sevinirəm ki, ümumiyyətlə məni oxuyurlar”

Azərbaycanın dünyaca məşhur yazıçılarından biri, detektiv janrında xüsusi dəsti xətti olan müəllif Çingiz Abdullayev ana dilində yeni kitablarının təqdimat mərasimini keçirib. Yeni kitabı əldə edənlər müəlliflə görüşüblər, onun imzasını alıblar. 

Təqdimat mərasimdə çoxlu sayda Çingiz Abdullayev pərəstişkarı iştirak edib. Mərasimdə baş verən maraqlı bir hadisə isə müəllifin görüşə gələnlərin əldə etdiyi pirat kitablara imza atmaması olub. Ç. Abdullayev bu addımı atmaqla piratçılığa qarşı mübarizə apardığını açıqlayıb. O, kitabsevərləri də pirat nüsxələrdən uzaq durmağa səsləyib.

Müəllif ANS-ə də bununla bağlı münasibətini açıqlayıb: “Bir çox kitabları piratlar istehsal edir. Bunların çoxunda da tərcüməçi olmur. Bu pirat kitablar kompyuter proqramları vasitəsilə tərcümə edilir. Bu səbəbdən də bu tərcümələrin səviyyəsi çox aşağı olur”.

Yazıçı pirat kitabların əsldən necə ayırmağı da izah edib: “Pirat kitablarda nəşriyyatın adı olmur. Bu tip kitablar kseroks aparatı ilə çap olunur. Onlarınb keyfiyyəti olduqca aşağı səviyyədə olur”.

Ancaq buna baxmayaraq, dünyaca tanınmış yazıcı sevincini gizlətməyib: “Düzdür, sevinirəm ki, ümumiyyətlə məni oxuyurlar. Belə səviyyəsiz kitablar buraxılanda mən özüm də təhqir olunuram. Belə kitabları oxucular da oxumurlar. Çünki onlar bu cür pirat kitabları oxuya bilmirlər”.

Комментариев нет:

Отправить комментарий