09.07.2012

Avropa Birliyi Hilal Məmmədovun həbsindən narahat olduğunu bəyan edib

Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin katibi hüquqşünas Ataxan Əbilovun məktublarına cavabında Stefan Fülenin Hilal Məmmədovun həbs edilməsindən və onun ümdə hüquqlarının pozulmasından narahat olduğunu qeyd etmişdir. Stefan Fülenin məktubunda deyilir: “Mən Bakıdakı nümayəndə heyətimizdən xahiş etmişəm ki, Hilal Məmmədovun işinin gedişi barədə məlumatları bizə çatdırsın. Biz bu məlumatlardan istifadə edərək ikitərəfli təmaslarda Hilal Məmmədov məsələsini qaldırmaq niyyətindəyik”. Stefan Füle Avropa Birliyinin Bakıdakı nümayəndəliyinə Hilal Məmmədov məsələsini daim müşahidə etməyi tapşırmışdır.
Məktubda xüsusilə qeyd olunur ki, Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulması hallarından narahat olduğunu həmişə bəyan etmişdir və bundan sonra da edəcəkdir.


“Mirzə Xəzərin Səsi”

Комментариев нет:

Отправить комментарий