06.07.2012

Azərbaycan Yazıçılar Birliyində Güney günü

6 iyul 2012-ci il tarixində - bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda güneyli şairə Məlihə Əzizpurun "Mənə bir küçə bağışla" kitabının təqdimat mərasimi keçirildi...
Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığı, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilati dəstəyi ilə düzənlənən məclisi tanınmış güneyli şair, şöbənin rəhbəri Sayman Aruz açdı. Şairə və qurumu tərəfindən nəşr olunan kitab barədə geniş məlumat verən S.Aruz müəllifin bir neçə şeirini oxudu. Daha sonra söz alan millət vəkili Çingiz Qənizadə, tanınmış alim və şair Paşa Qəlbinur, YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), alimlərdən Firudin Ağasıoğlu, Sabir Nəbioğlu, şairlərdən Qəşəm Nəcəfzadə, DGTYB başqanı Əkbər Qoşalı, yazar Zümrüd Yağmur, İşığlı Atalı, Prezident təqaüdçüsü Zaur Qəriboğlu və başqa çıxışçılar Bbütöv Azərbaycan ədəbiyyatı məsələlərinə toxundu, Məlihə Əzizpurun yaradıcılığı barədə geniş danışdılar.

Natiqlər İranda həbs olunmuş iki gənc şairin taleyi ilə bağlı qayğılandıqlarını dilə gətirdilər. Məclis şairənin şeirlərinin oxunması ilə davam etdi, eləcə də sonda dünya şairlərinə, iranlı və güneyli qələm adamlarına müraciətlə öz işini yekunlaşdırdı...
İstedadlı şairəyə yeni yaradıcılıq uğurları arzulayırıq, Sayman Aruza təşəkkürlər!




























Комментариев нет:

Отправить комментарий