19.07.2012

İblis ilə balaca mələyin hekayəti

Aydın Xan Əbilov


Düzü, heç gözləməzdim, yaxın dostumun qiyafəsində gözümə göründü:
- Sənə hər şey boyun oluram, nə istəsən o an arzun reallaşacaq, əla iş yeri, bahalı mənzil və lyüks maşın, mərkəzdə ofisin, yaraşıqlı məşuqən,
qızıl-pul, var-dövlət də öz yerində... Hörmətin-izzətin heç vaxt azalmayacaq, əksinə elə hey artacaq. Hamı səndən danışacaq, sosial şəbəkələrlə telekanalların ulduzu olacaqsan...
- ...Hmmm!
- Səndən təkcə bir şey tələb olunur: mənə tabe olmalısan...
- İstəmirəm, dediklərinin heç biri mənə lazım deyil...

Birdən dostum tən ortadan parçalandı, sözlə ifadə edilməsi mümkün olmayan bir varlıq - İblis dediyimiz dəhşətli qüvvənin bulanıq baxışları ruhuma tuşlandı...
Əlimi sinəmə apardım, ani olaraq heç özüm də bilmədim ki, nə vaxt sinəmi yardım iki yerə. Ürəyimin başında balaca bir mələk xısın-xısın
mürgüləyirdi...
- Mənim artıq yetərincə var-dövlətim var...
Mələk gözlərini açdı, baxışları nur şüasına çevrilib İblisin üstünə işıq saldı: başşeytan o dəqiqə əriyib buluda çevrildi, göyün qaranlığında əriyib getdi...
Ürəyimi mələyin beşiyinə çevirib laylaya başladım...


Bakı, 17.07.2012. Saat 18 42 


P.S. Pritça Feysbuka yerləşdirilən zaman Yasamal qəbristanlığı ilə üzbəüzdə tikilən hansısa şadlıq sarayında toy gedirdi ve qəfildən göyə fişənglər buraxıldı - heç çəkinmədilər ki, ölülərin ruhunu diksindirə bilərlər... ((

Комментариев нет:

Отправить комментарий