12.07.2012

İspaniyada sol etiraz


Ötən gecə (11 iyun) İspaniyada 150 mindən çox insan, artıq 18 gün ərzində 400 km-dən çox məsafəni yürüş etmiş etirazçı şaxtaçıları qarşılamaq üçün küçələrdə idi. On minlərlə insan (bəz mənbələrdə bu rəqəm yarım milyon olaraq göstərilir) inqilabi şüarlarla həmrəylik birdirmək və qaldırılmış yumruqlara dəstək olmaq üçün "Ciudad Universitaria"-dan "Puerta del Sol" meydanına qədər şaxtaçıları müşayiət ediblər.
Artıq iki aydan artıqdır ki, 8000-dən çox şaxtaçı dövlətin bu sektora olan subsidiyalarının 63% azalmasına qarşı etiraz edirlər. Onların 30.000-ə yaxın cari və gələcək iş yerləri təhlükə altındadır.
İlk zamanlarda dövlət və kütləvi mətbuat etirazçılara qarşı etinasız yanaşır, sonralar isə onları vəhşi ekstremistlər, terroristlər kimi qələmə verməyə çalışırdı.
Yalnız dünən etiraz edən şaxtaçılar işçi sinfinin nəhəng dəstəyini hiss etdilər və mübarizələrində onlarla həmrəy olan insanlarla tanış oldular.


Solfront.org

Комментариев нет:

Отправить комментарий