09.07.2012

Kəramət nə deməkdir?

 Aydın Xan Əbilov


Haqqımda lətifə: fəqət, necə də həqiqətin kulturoloji şifrəsidir...


Dostum Qəşəm Nəcəfzadə Kəramətin və onun əsərlərinin atasıdır - bunu bilməyən yox, Kəramət də əsl BDU-çu kimi guya həqiqətsevər, pulahəris olmayan və liberaldır... 3 gündür ismarıcların əlində əsirəm ki, bəs Kəramətin profilində sizin haqqınızda belə bir lətifə var. Bu duzsuz lətifəni ilk dəfə AqŞİN (güya təkərəsalmaqda ustadır da) Yeniseyin profilində, yanılmıramsa, Əsəd QARAqalpan (adlara-təxəllüslərə bax e!) getmiş, cavabını da almışdı - onda qızmışdım, amma bu kərə diqqət kəsiləndə bu lətifədəki həqiqətin şifrəsinə heyrət etdim: doğrudan da İctimai TV-nin "Ovqat" verilişinə görə yanımda deputata minnət edən, tədbirlərdə özünü savadlı göstərmək üçün şahə qalxan AT şairlərə rəğmən, mən ağır zəhmətlərin altında az qala can verən EŞŞƏKəm. Elə ki, hansısa layihəyə başlayıram, it-qurd başlayır mənə hürməyə - öyrəşgiləm artıq: zaman karvanı olaraq uğurlarıma doğru tələsməkdəyəm, cılızlarasa sadəcə vaxtım yoxdur...

P.S. Eşşək müqəddəs heyvan sayılır, balası, onun çoşqasını sizlərdə seksual subyektə çevirmisiz, biz sivillər isə onun üstündə Zərdüşt, İsa kimi müqəddəs peyğəmbərləri, Molla Nəsrəddini gəzdirmişik...
P.P.S. O uşaqa zuy tutanlara da deyin ki, həddini bilsinlər, haqlarındakı faktları və həqiqətləri rtaya qoysam, gərək Azərbaycanı tərk edib Avropaya qaçsınlar... )))


Lətifə!


Bir gün eşşəklə Aydın Xan meşəyə gedirlər. Xeyli söhbətdən sonra Aydın Xan eşşəkdən soruşur:
- Sən kimsən?
Eşşək o tərəf-bu tərəfə baxır, görür ki, heç kim yoxdur, yavaşca səslə deyir:
- Mən atam, bəs sən kimsən?
Aydın Xan da ətrafa xeyli nəzər salır, dəqiqləşdirir ki, meşədə heç kəs yoxdur.
- Mən yazıçı-kulturoloqam - Aydın Xan eşşəyə deyir. :)))

Комментариев нет:

Отправить комментарий