18.07.2012

OXUYUR - Nəzirəyə nəzirə

Laçın Məmişov


Sabira eyləmişidin ki ahu-zar oxumur
Baba Pünhan rədifi eylədi təkrar oxuyur


İttiham etməyə tapmırsa prokuror deməyə
Yeki şeş eyləyər hakim, ona həmkar oxuyur


Kimə lazım ki, elm, yurdu cəhalət bürüyüb
İmtahan menyusunu müəllimi aşkar oxuyur


Polisə rüşvəti səs ilə demək qorxuludu
Kağıza qeyd eləyir, sanki sağır-kar oxuyur


Mahayana deyərək əmdi ləbindən Leonid
Hinayana elədi indi gəlib dar oxuyur

Evini sökdü, didərgin olanı əhli şəhər
Mərkəzində Bakının gül qurudu, xar oxuyur


Gündə dərman dilədik, yazdı zəhər fərman ilə
Səsi yox xarici-segahı bizə çar oxuyur


Bircə kəs röyada gördüm ki, ziyarət edirəm
Yasini molla susub, şeytana cindar oxuyur


Ehyami-Şirvanı qanmazları hiss etsə Laçın
Çalacaq marşı səninçin necə ki, tar oxuyur


Şamaxı şəhərinin Bakı əyaləti 19 iyul 2012-ci il

Комментариев нет:

Отправить комментарий