20.07.2012

Rəşid Əsgərov haqqında kitab hazırlanır

Unudulmaz şəxsiyyət, tanınmış ziyalı, maarifçi-pedaqoq, tarixçi alim Rəşid Əsgərov haqqında yeni kitab nəşrə hazırlanır. Kitabın müəllifi yazıçı-publisist, Qızıl Qələm mükafatı laureatı Asif Həsənlidir. Kitabın avqust ayında işıq üzü görməsi planlaşdırılır. Kitabda Rəşid Əsgərovun həyat və fəaliyyəti, yaradıcılığı haqqında məlumatlar, tarixi abidələr haqqında yazdığı məqalələr, kitablar və elmi monoqrafiyalar, dostlarının, həmkarlarının, yaxınlarının və tanınmış ziyalıların bu gözəl insan haqqında xoş xatirələri və digər məlumatlar yer almışdır. Rəşid müəllimin haqqında sözü və hər hansı xatirəsi olanlar redaksiyamıza məlumat verə bilərlər.   

Комментариев нет:

Отправить комментарий