03.07.2012

Salam, Mən Kapitalizməm!

Axıra qədər oxu, anlayacaqsan ki, onların tək Tanrısı mənəm !!!!


Mən Kapitalizməm və qızlarınızı Barbie'lərlə böyütdüm və indi həmin qızlarınız sizdən estetik əməliyyat üçün pul istəyirlərsə bu çaşılacaq bir vəziyyət deyil.
Mən Kapitalizməm və mənfəətlərim uğruna üstünüzə moda sənayesini saldım! Nəticə: 17 yaşındakı qızların 78%-i xarici görünüşlərindən narahat oldu.
Mən Kapitalizməm və qadınları nə qədər "kök" olduqlarına elə bir inandırdım ki, hələ təkcə ABŞ-da 10 milyon qadın blumia xəstəsi oldu!

Mən Kapitalizməm və bir qadının bir moda jurnalını 15 dəqiqə qarışdırması öz bədəninə duyduğu məmnuniyyətsizliyi 50% artırmağa çatır!
Mən Kapitalizməm və iş yerlərində etiraz nümayişlərinə qatılan insanlar məni dəli edirlər!
Dünya səviyyəsində yüksələn anarxiya, bu inadçı etirazlar da nəyin nəsidir?
Yeni Apple məhsullarını bəyənmədinizmi?
Mən Kapitalizməm və baxış bucağınızı elə bir dəyişdirdim ki, oğru və elitist bir CEO-nun həyat hekayəsi sizin üçün "əzm və müvəffəqiyyət hekayəsi" oldu.
Mən Kapitalizməm və orta hesabla bir insanın gündə 5.5 saat TV izlədiyi bir cəmiyyətdə alçalmaq kimi bir qayğım yoxdur!
Mən Kapitalizməm və "insanlığı" sevib, amma qonşunuzdan nifrət etmənizin səbəbi mənəm!
Mən Kapitalizməm və siz məndən qaça biləcəyinizimi sanırsınız?
Gördüyünüz reklamların 46%-i prospektlərdə, küçələrdə, ictimai hər yerdə mən varam!
Mən Kapitalizməm və Steve Jobs təbii ki çox əhəmiyyətli biriydi, ancaq 1%-inizin ehtiyacı olan maşınları ucuz işçilərlə çıxarmaqda çox mahir idi.
Əlbəttə bütün kapitalistlər bir "müqəddəs" kimi danışacaqlar, eynilə Bill Gates kimi, 150 milyon dollarlıq 66.000 kv.m. bir evdə yaşayan bir möhtərəm.
İnsan haqqlarını filan unudub kapitalizmə yaxşıca bağlanın!
Fred Shuttlesworth da Steve Jobs kimi dünən öldü, amma hansınız onu tanıyırsınız ki?
Mən Kapitalizməm və dünən ən xoşbəxt günlərimdən birini yaşadım, eqoist bir kapitalistə, qəddar bir müdirə ehtiramlı rəftar etməniz müdhiş idi!
Mən Kapitalizməm və mənə görə hər yer miras davalarına görə qanlı-bıçaqlı olmuş qohumlarla doldudur.
Əxlaqınızı o qədər pozdum ki atanız ölüm döşəyindəykən ağılınızdan keçən şey qardaşlarınızla mirası necə bölüşəcəyiniz!
Mən Kapitalizməm və pul hər şeydir!
Sizi belə dəli bir şeyə inandıra bilmiş olmam nə müdhiş bir müvəffəqiyyətdir.
Hamınız bir yalançısınız, çünki özünüzə istədiyiniz şeyi əldə edincə xoşbəxt olacağınızı söyləyib dayanırsınız.
Hər il 20 milyon uşaq aclıqdan ölərkən siz bir qaçış bantının üstündə çox yediklərinizi əritmək üçün tər tökürsünüz!
Mən Kapitalizməm və mənə görə dünyada 600 milyon xəstə və 1.4 milyard ac insan var!
Mən Kapitalizməm və siz ildə orta hesabla 100.000 reklamın qarşınıza çıxdığının fərqindəsinizmi?
Mən Kapitalizməm və Starbucks üçün qəhvə təmin edən bir kəndlinin oradan bir stəkan qəhvə satın ala bilməsi üçün 3 gün işləməsi lazımdır!
Mən Kapitalizməm və sizin bir şeyləri anlamaq üçün çalışmanız lazımsızdır, müdirin nə deyirsə onu et, sonra da televiziya izlə!
"Mən Kapitalizməm və Qərb dünyasından hər il 3.5 milyon adamı Uzaq şərqə seks turizminə göndərib yoxsul uşaqlarla əlaqəyə həvəsləndirirəm!
Mən Kapitalizməm və Uzaq şərqdə 6-12 yaş arası qızlar 200$ kimi gülünc bir miqdarla seks köləsi olaraq satılırlar.
Mən Kapitalizməm və "azad bazar iqtisadiyyatı" adlı böyük yalanı sizə qəbul etdirirəm.
Mən Kapitalizməm və mən belə özümdən iyrənirəm.
Mən Kapitalizməm və gözəlliyin tərifini də dəyişdirdim: Ən gözəl qadın ən yaxşı sinə vücuduna sahib olan qadındır.
Mən Kapitalizməm və Amerikalıların 24%-i əgər milyarder olmaları üçün lazım olan bu olsaydı, bütün ailələrini rədd edə biləcəklərini söyləyir.
Mən Kapitalizməm və sizə təqaüdə çıxmağa ancaq bir inqilab etmək üçün çox yaşlı və çox yorğun olduğunuz zaman icazə verərəm.
Mən Kapitalizməm və sizlər bir az düşünsəniz bir televiziya ilə bir əmzik arasında heç bir fərq olmadığını anlarsınız.
Mən Kapitalizməm və qadınlara səslənirəm: Heç nə düşünmədən Victoria's Secretə və başqa parfümeriyalara qaçışın!
Mən Kapitalizməm və qadın cinsəlliyini çox yüksək qiymətli bir satış məhsulu halına çevirməyi də əlbəttə bacardım.
Mən Kapitalizməm və bütün yazıq kölələrim sabah axşam Vogue Fashion's Night Osuidin dadını çıxaracaqlarmı?
Mən Kapitalizməm və ən böyük müvəffəqiyyətlərimdən biri, insanları "çox düşünmə" deyə bir anlayışa inandırmaqdır. Çox düşünmə, fikir etmə!
Mən Kapitalizməm və pul hər zaman mənim pulumdur. Sən elə bilirsən ki, sənin də pulun var, amma əlindəkilər hamısı mənimdir.
Sizin bunu anlamaq üçün yalnız bir az zamana ehtiyacınız var.
Mən Kapitalizməm və 15 yaşındakı bir uşağın iPad ala bilmək üçün böyrəyini satdığını eşitdikdə əkdiyimi biçməyə başladım.
Mən Kapitalizməm və Madonnanın yalnız Londonda 8 evi var, orta hesabla 600 evsizə sığınacaq ola biləcək böyüklükdə.
Mən Kapitalizməm və Taylandda Disney fabriki üçün işləyən bir uşağın Disneylanda girəcək pulu toplamasıı üçün 55 gün işləməsi gərəkdir.
Mən Kapitalizməm və Qərb dünyasında kredit kartı borcuna görə intihar edənlərin sayı ildə orta hesabla 22.000 nəfdir! Bu mənim uğurumdur!
Mən Kapitalizməm və Qərbi avropalılar, afrikalılardan 650 % daha çox ət istehlak edir.
Mən Kapitalizməm və 25.000 nəfər Səudiyyə ailəsinin mənsubları yalnız Səud nəslindən olduqlarına görə ayda 35.000 $ maaş alarkən, 250 000 fələstinli uşaq hər gün ac yatır.
Afrika qitəsi dünyanın qızıl ehtiyatlarının 90%-inə sahibdir, amma dünyada yalnız 4 nəfər Afrikalı milyarder var.
Mən Kapitalizməm və Afrika qitəsindən hər il 8.5 milyon $ dəyərində brilyant çıxır, qitənin aclıq problemini həll etməyə çatacaq miqdar...
Mən Kapitalizməm və siz brilyantlara huşunu itirərsiniz, Hindistanda 1 milyon adam gündə yalnız 1.2 dollar qazanaraq o brilyantları çıxarmaq üçün çətin şəraitdə mədənlərdə işləyir.
Dünyanı sarışın qadınların gözəl olduğuna inandırdım, buna görə Asiya qitəsində 300 milyon qadın nizamlı olaraq ağardıcı sabun istifadə edir, saçlarını sarıya boyayır.
Mən Kapitalizməm və sizin həyatlarına qibtə etdiyiniz Hollywood ulduzlarının 64%-ni kokain asılısı etdim, çoxları da öldü.
Mən Kapitalizməm və ildə 20 milyon uşaq aclıqdan ölərkən siz eyni koftanı həftədə iki dəfə geyməyə utanırsınız.
Mən Kapitalizməm və ildə 20 milyon uşaq aclıqdan ölərkən siz evinizi hər il dəyişik dekorasiya ilə bəzəmək üçün milyonlar xərcləyirsiniz.
Hansı eşqdən, hansı sevgidən bəhs edirsiniz? Mnəim tələmə düşərək sevgilinizə sevginizi yalnız hədiyyələrlə, lüks məkanlarla, avtomobillərlə sübut edə bilirsiniz...
Mən Kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Artıq fərqinə varın, inandığınız tək tanrı mənəm!!!!
Mən Kapitalizməm və siz hansı tanrıdan danışırsınız? Müsəlmanları 5 ulduzlu Kəbə mənzərəli otellərində, "ibadət" etdirən Tanrı mənəm!!!
Mən Kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Müsəlmanları müqəddəs torpaqlarına getdiklərində belə alverə aparıram.
Mən Kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Bütün dünyanı istehlak etmək, əylənmək, dəlilik etmək üçün yarışdırıram.
Mən Kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Bütün dünyada Xristian bayramı Miladı sırf alver edib əylənmək üçün "qeyd etdirirəm".
ABŞda 7 milyon evsiz insanın olduğundan kimsənin xəbəri yoxdur, çünki TV-də gördüyünüz Amerikalıların hamısı hovuzlu villalarda yaşayırlar.
Mən Kapitalizməm və sən bir dilənçi səndən pul istədiyi zaman, sənə deyirəm: ən kiçik xırda pulıu ver".
Mən Kapitalizməm və sizə həmişə bir şeyinizin əskik olduğu hissini hiss etdirirəm ki, daha çox alver edəsiniz.
Təbii ki üsyan etmə azadlığınız var, amma edirsinizmi? Xeyr. Sizi elə süstləşdirmişəm ki, yerinizdə oturub TV izləyərək mənasız həyatınızı davam etdirməyi seçirsiniz.
Mən Kapitalizməm və sən fərqində olmaya bilərsən, amma 6 yaşındakı bir uşaq, həyatının orta hesabla 1 ilini TV izləyərək keçirmişdir.
Otağında TV ilə böyüyən bir uşağın cinayətkar olması ehtimalı, TV ilə böyüməyən bir uşağa görə 40% daha çoxdur.
TV enerjini istehlak edirmiş kimi hiss edirsənsə əgər, doğru hiss edirsən çünki TV izləmək fiziki fəaliyyət etmə istəyini 57% azaldar.
Mənim işim insanları, obyektləri, hətta duyğuları bir istehlak vəsaitinə çevirməkdir.
Mən Kapitalizməm və yenə bacardım!
Bütün qadınları şkafları, dolabları basabas olduğu halda geyəcək heç bir şeyləri olmadığına inandırdım.
Mən Kapitalizməm və uşaqlarınız üçün bayramların tək bir mənası var artıq: Cibxərcliyi!
Dünya əhalisinin 50%-i dünya qaynaqlarının və nemətlərinin 1%-inə sahibdir.
Dünya əhalisinin 1%-i dünya qaynaqlarının və nemətlərinin 50%-inə sahibdir.
Mən Kapitalizməm və bəli, Qəddafi ailəsinin super lüks həyatının ifşa edilişi məni narahat etdi.
Mən Kapitalizməm və neftlərini ucuz əldə edə bilmək üçün son 40 ilimi ərəbləri "fanatik İslamçı" deyə damğalamaqla keçirdim.
Visa Application: Sizi yalnız ucuz işçiykən sevirəm, üçüncü dünya ölkələrinin yazıq insancıqları.
Əsla gəlib mədəniyyətimi çirklətməyin!
"Visa Application"un Tərcüməsi: "Mən sənin neftini oğurlayır olsam belə, sənin həddin deyil mənim ölkəmə gəlmək!
""Visa Application"un Tərcüməsi: Mən sənin ölkənə girib səni hər şəkildə istismar edə bilərəm, amma sən mənim ölkəmə tətilə belə gələ bilməzsən, ey primitiv məxluq!
Şöhrət dünyasından biri səhnədə Tanrıya şükr etdiyi zaman, əslində mənə şükr edir, mənə, şöhrət və pul Tanrısına!
Hamınız qəbul edin artıq, televiziya sizin tək gerçək yoldaşınız.
Mən Kapitalizməm və yuxumda "daha ucuz işçi..." deyə sayıqlayaram.
Mən Kapitalizməm və bankçılar mənim övladlarımdır.
Hər il 20 milyon uşaq aclıqdan ölümlə boğuşmaqdaykən, sizin "necə daha zəngin ola bilərəm" deyə düşünməniz mənə böyük zövq verir!
Anlamırsınızmı, cəmiyyətdə kasıblığa ehtiyacımız var, kasıbları daha da yoxsullaşdırmadan sən bu qədər zəngin ola bilərsənmi?
Sizi niyə işləməklə bu qədər məşğul edirəm bilirsinizmi? Çünki gərək çox düşünməyə vaxtınız olmasın, ağılınıza "qəribə" fikirlər girməsin.
Cəmiyyəti elə bir hala saldım ki, on minlərlə adam əyləncə üçün asanlıqla stadionlarda toplana bilər, amma etiraz nümayişlərinə yox!
Bacardım!
Hamınız köləsiniz, hər gün evinizə gedib ruhunuzu televiziya ekranınızla istilədən, ancaq hədiyyələrlə sevdiklərinizi xoşbəxt edə bilən kölələr.
Televiziya qarşısında yatmanın içinizdəki istehlak istəyini 20% artırdığını bilirsinizmi?
Amerikalıların 85%-i iqtisadi vəziyyətlərini yaxşılaşdıra biləcəksə, faşist bir hökuməti seçə biləcəklərini söyləyir.
Budur kapitalın gücü!
İnsanları "borc bataqlığı" ilə qorxutduqdan sonra, onlara etdirə bilməyəcəyim bir şey yoxdur! Ona görə də övladıarımla, yəni bankirlərlə yeni iqtisadi böhranlar "düzəltməliyəm"!
Pul mənim pulumdur, nizam mənim nizamımdır, dövran mənim dövranımdır.
Cəmiyyəti elə bir hala gətirdim ki, özünüzə insanlar içərisində yer etmək üçün hansısa komandanın fanatik tərəfdarı oolmaısınız, hansısa müğənninin mahnılarını bilməlisiniz, məşhurları tanımalısınız, deyib-gülməyi, süni təbəssümləri, dedi-qodunu bacarmalısınız.
Mən Kapitalizməm və pul mənim pulumdur, sizin bunu anlamaq üçün yalnız bir az zamana ehtiyacınız var.
Amy Winehouse kimi narkotik aludəçilərinə ağlatdıraram sizi, amma Fələstində öldürülmüş uşağa baxa bilməyəcək qədər də "ürəyi zəif" edərəm sizi.
Əslində hamınızın bir aludəçi olduğunuzu unutmanız nə qədər gülüncdür, yazıq istehlak aludəçiləri!
Mən qadınları əldə edərəm, bir az qızıl, bir az brilyant, bir az şan şöhrət, bir neçə gözəl vəd,. Kişiləri də əldə edərəm, bunun üçün şəhvət bəs edər.
Sizlərə TV verdim ki, beyninizi daha dəqiq yuya bilim.
Niyə hələ inad edirsən, sən də gəl keç mənim qanadımın altına.
Qanadımın altındakılar artıq qəbul edir ki, onların tək Tanrısı mənəm !!!!


Tural Quliyev

Комментариев нет:

Отправить комментарий