Namiq Hüseynlinin tərcümələri
Maks Brod, 1966-cı ildə deyirdi: “Necə oldusa bu eybəcər “kafkasayağı”lığı dəbə mindirdilər. Fəqət, Kafka özü məhz bu “kafkasayağı” lığa hər şeydən çox nifrət edir və silib atmağa çalışırdı. Kafkasağılıq – Kafkanın özünə də yad idi. Kafka təbiini, toxunulmazı, böyüklüyü, xeyirxahlığı, yaradıcılığı sevirdi. Çarəsizliyi deyil, dəli tutmaları deyil, qəribəliyi deyil, lakin o təkrar-təkrar bunların hamısını gerçəklikdə mövcud olduğunu görürdü, yazırdı, təsnif edirdi, acı istehzası ilə sistemləşdirirdi ancaq heç bir halda gətirib baş uca çıxartmırdı. Onun həm zərif, həm də polad kimi möhkəm təbiəti dağıtmağa deyil, yaratmağa, çiçəkləndirməyə meyl edirdi.
Bir tərəfdən də, çiçəklənmənin ən yüksək nöqtəsi ilə Kafkanın yaradıcılığı heç vaxt uyuşmadı. Ancaq bu qüsur deyil! Belə də olmalıydı. İnsan nə qədər səmimi olsa zəruriliyi bir o qədər artar”.
Frans Kafka sovet rejiminin dəhşətlərini “Prosess” də öncədən görmüş, “İslah düşərgəsində” əsərində isə gələcək nasist həbs düşərgələrini təsvir etmişdir. Onun peyğəmbər kimliyi, markisistlərin, ekzisentialistlərin, psixoanalitiklərin və s. diqqətini çəkmişdir. Frans mətnlərində insan varlığının “qaranlıq” tərəflərini araşdırmasaydı indi o kimə maraqlı gələrdi ki? Onun ədalətsizliklik, yaramazlıq, şər kimi əbədi əhəmiyyətli dəyərlərə qarşı dərin ehtirası sayəsində əsərləri heç vaxt aktuallığını itirməmişdir.
Kafka ölməzdən əvvəl ən yaxın dostu Maks Broda əsərlərini məhv etməyi tapşırmış, Maks isə öz növbəsində onun arzusunu yerinə yetirəcəyinə söz vermişdi. Xəyanəti gerçəkləşdirib, Kafkanı bizə bağışlayan Maks əmini hörmətlə anırıq.
***
“Müdrükləşməyə başlamanın ilk nişanəsi ölmək istəyidir. Bu həyat dözülməz, o birisi isə əlçatmaz gəlir insana. İnsan ölmək istəyinə görə artıq utanmır, nifrət etdiyin bu köhnə hücrəsindən, indidən nifrət etməyə başladığın yeni hücrəsinə köçürülmək üçün yalvarıb-yaxarır”.
***
“Məncə biz ancaq bizi dalayan və canımızı acıdan kitabları oxumalıyıq. Əgər oxuduğumuz kitab, bizi beynimizin ortasından zərbə kimi sarsıtmırsa, onu ümumiyyətlə niyə oxuyasan ki? Deyirsən, bu bizi xoşbəxt edəcəkmi? Tanrım, əgər kitablar olmasaydı biz daha xoşbəxt ola bilərdik. Bizi xoşbəxt edəcək kitabları özümüz çox asanlıqla yaza bilərdik. Əslində isə bizə, bizi ən pis bədbəxtçlilk kimi sındıran, özümüzdən çox sevdiyimiz birinin itkisi, ya da uzaq meşəyə, insanlardan uzağa qovulan kəsin düşüncə durumu, intihar duyğusunu andıran kitablar lazımdır. Kitab içimizdə don vurmuş gölün səthini parçalaya bilən balta olmalıdır. Mən buna inanıram”.
***
“İnsan ancaq mənfi yöndə dəyişə bilər... Elə bir müəyyən nöqtə var ki, o nöqtədən sonra artıq geriyə dönüş mümkünsüzdür. Bax həmin nöqtəyə çatmaq lazımdır”.
***
“İndilərdə ölmək Heçliyin Heçliyə qərq olmasından başqa bir şey deyil, ancaq hisslər bununla barışa bilməzlər, çünki hətta özünü Heçlik kimi hiss edib, bilərəkdən özünü Heçliyə qapdırsan belə, bu sadəcə bir Heçlik olmayacaq, bu coşğun bir Heçlik olacaq, elə Heçlik ki, onun heçliyi ancaq dərkedilməzliyindən ibarətdir”.
***
“İnsan mahiyyətcə yüngülçəkili, uçuşan toz kimidir, o heç bir bağlılığa dözə bilmir. Əgər özü özünü nəyəsə bağlayırsa belə, çox tezliklə qəzəb içində buxovlarını dartışdırmağa və özünü divarla zəncirlər arasında parçalamağa başlayır”.
***
“Daxildə sən həmişə acınacaqlı bir şəkildə nəzəriyyələr aləmində əzilib gedirsən, elə onlarla birlikdə də zibil quyusuna atılırsan. Təkcə zahirdə dünyaya və özünə qarşı dincliyini, barışıqlılığını qoruya bilirsən”.
***
“Gələcək nəsillərin insan haqqında öz dövründəkilərdən daha doğru mühakimə yürütməsinin səbəbi dünyadan köçmüşlərin özləri ilə bağlıdır. İnsan özünəməxsusluğunun üstünü ancaq ölümündən sonra tamamilə tək qalanda açır. İnsan üçün ölmək, boru təmizlikçisi üçün şənbə axşamı kimidir, bədəndən bütün his təmizlənib gedir. Dövrün insanlarınınmı ona, yoxsa onunmu insanlara daha çox yamanlıq etdiyi müəyyənləşir, əgər ikincisi doğrudursa, deməli o böyük insan olub”.
***
“Adilik artıq – özü-özlüyündə möcüzədir! Mən ancaq onu qeydə alıram. Bəlkə qaranlıq səhnə döşəməsini işıqlandıran işıqçı kimi onun üzərinə bir qədər işıq salıram. Ancaq bu doğru deyil. Gerçəklikdə, səhnə heç də tam qaranlıq deyil. O gün işığı ilə zəngindir. Sadəcə insanlar gözlərini qıyırlar və nə qədər az olduğunu sezirlər”.
***
“Tanrı insanı özünə bənzər yaradıb. İnsan da eyni şeylə ona əvəzini ödəyib”
***
“Məlum səviyyədə özünüdərketmə və müvafiq yollarla özünü müşahidə halında zaman-zaman özün üçün iyrənc görünməyin qaçılmaz şərtdir”.
***
“Nə qədər dördnala çapsan, araban o qədər sürətlə irəliləyər, daha doğrusu tam olanı kökündən çıxarmaq mümkün deyil, amma qayışların qoparılmasıyla, asudə və əhlikef şəkildə getmək imkanı ortaya çıxar”.
***
“Özümün özümü tərk etməyə haqqım yoxdur, mən tamamilə təkəm”
***
“Günahkar üçün hərəkətdə olmaq sakitlikdən yaxşıdır, çünki sakit olanda, o özü də bilmədən tərəzinin bir gözündə günahları ilə birlikdə tarazlaşıb çəkilə bilər”.
***
“Şərin əlində ən şirnikləndirici silah, mübarizəyə çağırışdır. Eynilə qadınla mübarizədəki kimi, onun da sonu yataqda bitir”.
***
“Bütün insan qüsurlarının mənbəyi səbirsizlik, görülən işdə ardıcıllığa vaxtından əvvəl son vermək, xəyali problemləri xəyali bir diqqət mərkəzində saxlamaqdır...”
***
“Ölümün mövcud olduğu yerdə heç nə ciddi ola bilməz”.
***
“İnsanın iki əsas qüsuru var, yerdə qalanları bunlardan törəmədir, səbirsizlik və tənbəllikdir. Səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün oraya qayıda bilmirlər. Amma bəlkə də əsas bir qüsurları var, o da səbirsizlik. Səbisizliyə görə qovulmuşdular, səbirsizliyə görə də geri qayıda bilmirlər”.
***
“Onun yorğunluğu, eynilə bir qladiatorun döyüşdən sonrakı yorğunluğuna bəznəyirdi, işi isə məmur otağının divarlarının qarasını təmizləməkdi”.
***
“Məqsəd var, amma yol yoxdur, bizim yol adlandırdığımız isə sadəcə yubanmadır”.
***
“Sən məsələsən, amma ətrafda səni həll edəcək heç bir şagird yoxdur”.
***
“Qəfəsin biri quş axtarmağa çıxdı”.
***
“Həyat daim diqqətimizi yayındırır və bizi heç, nədən yayındırdığının fərqinə belə varmağa macal tapmırıq”.
***
“Doğru yol, yerdən elə də hündürlükdən deyil, düz torpağın üstündən keçən gərilmiş bir ipə bənzəyir. Sanki, o üzəriylə yerimək üçün deyil, büdrəmək üçün nəzərdə tutulub”.
***
“Axı mənim yəhudilərlə nə ortaq cəhətim ola bilər? Bir halda ki, heç özümlə elə bir ortaq cəhətim yoxdur”.
***
“Eyni bir almanın bir-birindən fərqli görünüşləri ola bilər. Masanın üstündəki almanı bir anlıq da olsun görə bilmək üçün boynunu uzadan uşağın görüşü və bir də almanı götürüb yanındakı dostuna verən ev sahibinin görüşü”
***
“Bəbirlər məbədə hücum edib müqəddəs şərabları içirdilər, bu mütəmadi təkrarlanırdı və axırda, öncədən gözlənilən bir hadisə kimi qəbul olunub ayinin bir parçasına çevrildi”.
***
“Payızda bir yola bənzəyirdi, tər-təmiz süpürürsən, sonra yenə də qurumuş yarpaqlarla örtülür”.
***
“Durduğun yerin iki ayağınla, tutduğundan daha böyük ola bilməyəcəyini anlamaq nə böyük bir xoşbəxtlikdir”
***
“Tələm-tələsik qaçıb ona sığınmadıqdan sonra, insan həyatından necə zövq ala bilər”.
***
“Şərə bir dəfə qapılarını aç, sonra gör gəlib daxilini ələ keçirmək üçün heç ona inanmağını gözləyəcəkmi”.
***
“Ov itləri hələ həyətdə oynaşırlar, amma ovlara elə indidən meşədə nə qədər sürətlə qaçırlarlsa qaçsından, onların əllərindən qurtula bilməyəcəklər”.
***
“Sein” sözü almanca iki mənada işlənir: “olmaq” və “onun olmaq” mənalarında”.
***
“Onlara kral və kralın xəbərçiləri olmaq seçimləri verilmişdi. Bütün uşaqlar kimi onların da hamısı xəbərçi olmağı seçdilər. Geridə təkcə xəbərçilərin qalmasının səbəbi budur. Onlar dünyayı gəzib-dolaşır, artıq kral qalmadığı üçün, mənasını itirmiş xəbərləri bir-birlərinə çatdırırlar. Bu səfil həyatlarına məmnuniyyətlə son vermək istərdilər, lakin sadiqlik andı içdikləri üçün buna cəhd edə bilmirlər”.
***
“Təkcə təbiətimizindən doğan bir məcburiyyətlə onlardan uzaqlaşdırıldığımız üçün qarşımıza çıxmayan, lakin heç bir zaman öhdəsindən gələ bilməyəcəyimiz suallar mövcuddur”.
***
“Ucadan deyilmiş fikir dərhal və əbədi olaraq mənasını itirir, yazılanda da onu eyni tale gözləyir, bu dəfə isə yeni mənalar qazandığı üçün bu baş verir”.
***
“Niyə daim İlk Günaha görə özümüzü peşman hiss edirik? Axı cənnətdən İlk Günaha görə deyil, Həyat Ağacına görə qovulduq. Daha heç vaxt onun meyvələrindən yeməyək deyə.
***
“Dünyayla arandakı mübarizədə, dünyanın tərəfində ol”.
Tərcümə etdi: Namiq Hüseynli

Комментариев нет:
Отправить комментарий