26.10.2012

Səudiyyə Ərəbistanı 2-ci OPEK-in yaranacağından ehtiyatlanır

Rövşən Novruzoğlu

Ər-Riyad vəhabizminin Azərbaycana soxulması dünya bazarına çıxan Bakı neftilə bağlı olub. Azərbaycan neft strategiyasının şaxələnməsi, genişlənməsi, dünya bazarında möhkəmlənməsi, OPEK-ə üzv olan neft ölkələrinin lideri Səudiyyə Ərəbistanmı sarsıdır və qorxudur. Çünki ekspertlərin rəyincə, Səudiyyə Ərəbistanı ərazisindən çıxarılan neft XXI əsrin birinci on illiyində getdikcə tükənəcək, yanacaq dəyərini və keyfıyyətini itirəcək. ABŞ Səudiyyə Ərəbistanından neft idxalını birinci mərhələdə azaldacaq. RF-nin və Azərbaycanın neft şirkətlərilə bahalı kontraktlar imzalayacaq.
Çünki Ər-Riyad ABŞ Dövlət Departamentinin sənədlərində «Əl-Qaida»çıları dəstəkləyən, onlara maliyyə dəstəyi verən region kimi qeyd olunur (Ola bilsin ABŞ İraqdan sonrakı mərhələdə terror düşərgəsi kimi Səudiyyə Ərəbistanını bombalasın. Bu labüd faktdır). Belə olduqda Ər-Riyad heç vaxt istəməz ki, dünya bazarında yeri çat versin, laxlasın və nəticədə bu yeri Azərbaycan tutsun. Digər bir məlumatda isə ölkənin keçmiş neft naziri Əhməd Zəki əl-Yəmani açıqlama verir ki, Azərbaycanda bağlanılan neft kontraktlarından sonra Ər-Riyad ildə mənfəətinin 25 milyard dollarını itirir. Nazir Ümumdünya Enerji Araşdırmaları Mərkəzinə məlumat verir ki, (ABŞ, oktyabr 2002-ci il) Səudiyyə Ərəbistanı 2001-ci ildə neftdən cəmi 102 milyard dollar gəlir götürüb. Bu rəqəm 2000-ciidə 127,2 milyard dollar idi. Ər-Riyad Bakıdan ehtiyat edir. Fransada nəşr olunan «L.Expess» həftəlik mətbu orqanında qeyd edilir:
a) ABŞ Dövlət Departamentinin məlumatına görə, Xəzər dənizində 70 milyard bareldən 250 milyard barelədək neft var.
b) İngiltərənin ekspertlərinin fikrincə, Xəzərdə 163 milyard barel neft var. Əlavə 15,6 milyard barel də ola bilər.
c) Almaniyanın ekspertlərinin rəyincə, Xəzərdə 28 milyard barel neft, 243 trilyon kub metr qaz var.
ç) Rusiya ekspertlərinin fikrincə, Xəzərdə 19 milyard barel neft, 2300 milyard kubmetr qaz var.
Ər-Riyad kəşfiyyat idarəsinin məlumatında isə Xəzərdə Səudiyyə Ərəbistanından 1,5 dəfə artıq neft ehtiyatı olduğu bildirilir. Dünya neftinin 10 faizi Azərbaycan ərazisinə aiddir. Nəticədə Bakıda səfərdə olan Ər-Riyadın neft şeyxləri baş nazir İlham Əliyevə məsləhətləşdilər ki, Azərbaycan OPEK-ə qoşulsun. İ.Əliyev isə təklifi rədd etdi. Çünki o, bildirdi ki, Xəzərin neft regionları yaxın gələcəkdə özünün yanacaq resurslarına görə OPEK-2 ola bilər. Bu isə ehtimaldan çox zərurətdir.
Səudiyyə Ərəbistanına isə sabit, hərtərəfli tənzim olunmuş neft Bakısı, OPEK-2 gərək deyil. Bu faktor Ər-Riyad vəhabiləri üçün təhlükə olaraq qalır.
OPEK-ə üzv olan ölkələrdə baş verən hər çaxnaşmadan və qarşıdurmadan Ər-Riyad 2 milyard dollardan 6 milyard dollaradək gəlir əldə edir.
Şübhəsiz, dünyada ən çox neft ixrac edən Ər-Riyad üçün neft Bakısının parçalanması, dağıdılması, insanların dini azlıq və etnik qrupların qarşı-qarşıya dayanması maraqlı məsələdir. «Bakı nefti Ər-Riyad üçün problem olacaq…» (ABŞ, N.Kissincer). Məsələn, bu gün axtarışda olan vəhabizm ideologiyasının Müsavatda təmsilçisi «Cümə məscid»inin liderini ərəb diplomatlarının kirayələdikləri Mərdəkan bağlarının birində axtarmaq maraqlı olardı (Mən bunu ehtimal edirəm). Iki ideoloqun biri Səudiyyə Ərəbistanına sığınıb, digəri isə Norveçə…
Əbu-Bəkr məscidindən (vəhabizm mərkəzindən) belə bir məlumat da aldıq ki, 15-16 oktyabr iğtişaşları Heydər Əliyev komandasına qarşı olmayıb və ya ona qarşı hazırlanmayıb. Sonu çevrilişlə bitəcəyi ehtimal olunan 15-16 oktyabr iğtişaşı bilavasitə yeni seçilən, xalqın etimadını qazanan İlham Əliyevə qarşı yönəlmiş bir ssenari olub. Azərbaycan parçalanmalı və bu parçalanmada iğtişaşda iştirak edən maraqlı dövlətlərin hər birinin payı olmalı idi.
Azərbaycandakı sabitlikdən bərk narahatçılıq keçirən diplomatik korpuslara gəlincə, Norveç səfırliyi daha aktivdir. Norveç Səudiyyə Ərəbistanından sonra dünyada neft ixrac edən ikinci ölkədir. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına görə (2003-cü il), yaxın 15 ildə Norveç ərazisində neft tükənəcək. Faktiki olaraq, Bakı nefti dünyanın neft bazarına daxil olduqdan sonra Norveç öz investorlarının 23 faizini itirməli olub. İlkin araşdırmalara görə, onun 9 faizi Azərbaycana gəlib. Neft ixracına görə dünyanın enerji balansını Ər-Riyadla Oslo tarazlayır. Bakı-Tbilisi-Ceyhan bağlaşmaları isə bu tarazlığı pozur və hər iki ölkənin neft sərhədləri daralır. Bu isə yaxın on il ərzində həm Norveçdə, həm də Səudiyyə Ərəbistanında iqtisadiyyatın dağılması, həyat səviyyəsinin enınəsi, yoxsulluğun və işsizliyin artması ilə müşahidə edi-ləcək. Artıq ilk rüşeymlər var. Məsələn, Səudiyyə Ərəbistanında 2001-ci ilə nisbətən 2002-ci ildə işsizlik 7,5 dəfə artıb. Norveçdə isə 2002-ci ildə üst-üstə altı zavod bağlanılıb. 2003-cü ilin sonunadək bu hədd Səudiyyə Ərəbistanında 11, Norveçdə isə 9 dəfə artmalıdır. Bunun müqabilində maraqlı bir paradoks yaranır. Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin fikrincə, ölkədə yaxın 5 il ərzində 600 min yeni iş yeri açılacaq. Şübhəsiz, bütün bunlar Azərbaycanın digər ölkələrə inteqrasiyası, yanacaq resursları ilə bağlıdır.
Norveçin Azərbaycandakı səfıri Steynar Gilin qəzəblənməsinə səbəb heç də Azərbaycanda «demokratik prinsiplərin» boğulması deyil. Fakt budur ki, S.Gil özünün Müsavat Partiyasındakı rezidentura şəbəkəsinin dağılması ilə heç cür razılaşa bilmir. Məlumata görə, Müsavat Partiyası həm de strateji mərkəzlərdən biridir. Bina 1980-90-cı ill
ərdə Sərhəd Komandanlığının Baş Qərargahı olub. Qərargahı da öz yerindən məhz müxalifət hakimiyyəti qovub uzaqlaşdırmışdı. Yəni binanın həm çardağından, həm də zirzəmisindən bir ucu Prezident Aparatında, bir ucu MTN-də bənd olan güclü telekommunikasiya xətləri keçir. Sərhəd qərargahı ləğv olunsa da, o xətlər, telekommunikasiya keçidləri qapanmayıb. Yəni oradakı telekommunikasiya və telefon şəbəkəsinə qoşulub istənilən məxfı dinləməni eşitmək mümkündür. Ola bilsin, Norveç rezidenturası da bundan strateji mərkəz kimi istifadə edib.
Beynəlxalq sazişə və ölkələrarası diplomatik münasibətlərə görə, Norveç səfıri, Bakı radikallarının dostu Steynar Gil mənəvi, psixoloji, fiziki terrora dəstək ücün qanlı iğtişaşdan sonra 24 saat müddətində Azərbaycanı tərk etməli idi. Yəni hadisələrin bilvasitə iştirakçısı və iğtişaşların himayəçisi kimi Steynar Gil PERSONA-NON-QRAT elan olunmalı, ölkəmizdən qovulmalı idi. Günün birində ola bilsin, Azərbaycan dövlətçiliyin qorunması naminə belə bir addım da atılsın.

Bu ciddi iş baş verərsə, Bakını heç kəs qınamaz. Əksinə, belə bir addımın atılması, əlaltından dövlətçiliyimizə və bütövlüyümüzə zərbə vurmaqda davam edən diplomatik korpuslara ciddi xəbərdarlıq olar. Bu isə baş vermədi. Məlumata görə, bu istiqamətdə istintaq orqanlarında sorğu-sual da yoxdur. Daha dəqiq desək, Bergen (Norveçdə şəhər) kəşfıyyat mərkəzinin əməkdaşlarının seçkiqabağı Azərbaycan müxalifətçilərilə birgə Londona təşrif gətirmələri və görüşdə iştirak etmələri hələlik qapalıdır. Fikrimizcə, London görüşünün qaranlıq məqamları, Səudiyyə Ərəbistanı və Norveç rezidenturalarının kəşfiyyat əməlləri açılmalı, ölkə parlamentində buna aydınlıq gətirilməlidir. Oktyabrın 23-də Norveç səfiri (həm də rezident) Steynar Gil cəzasızlığını gördükdə bir az da irəli getdi. Azərbaycan parlamenti haqqında «Zerkalo» qəzetinə belə bir açıqlama verdi: «Belə bir məsuliyyətli orqan olan parlament bir sıra partiyaların bağlanması kimi son dərəcə qeyri-konstruktiv təkliflə çıxış edib».
Norveç səfiri haqda əldə etdiyimiz məlumat daha maraqlıdır. Steynar Gil Azərbaycana səfir təyin edilərkən, Bakını Cənubi Afrika regionlarında axtarıb. Azərbaycanı Afrikanın kiçik bir bölgəsi kimi anlayıb. Digər tərəfdən, diplomatik korpusdan bunu da bildirdilər ki, səfir Avropadakı və Orta Asiyadakı azsaylı xalqların taleyilə bağlı bir neçə məqalənin və kitabın da müəllifıdir. Millət vəkili, məşhur yazıçı Maqsud İbrahimbəyov «Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfıri Steynar Gilin bəyanatına bir neçə iradlar» yazısında deyir:
…Уважаемый господин Гил!.. Сегодняшняя журналистика в Азербайджане – это наше несчастье и наш позор. Примитивные, бесчестные клеветники в взяточники, они прочно засели в нескольких желтых газетах и журналах. Как избавиться от этого уродливого наследия правления псевдодемократов, никто не знает. Разумеется, говоря о бесчестных клеветниках и шантажистах, я имею в виду не три-четире десятка честных журналистов, которые на фоне этих прошелых выглядят робкими туристами среди страдающих клептоманией коварных людоедов…».
Təəssüflər olsun ki, Steynar Gil Azərbaycanı tanımadı, tanımadığı üçün də Norveçin Bakıdakı diplomatik korpusu Azərbaycan dövlətçiliyinin təhlükə mənbəyi kimi qalır. Tanısaydı Azərbaycandakı geniş bir məsəli, hikməti unutmazdı: «…Dostunu göstər, deyim kimsən…» Araşdırdığımız materiallardan bu da aydın olub ki, hələ 2003-cü il oktaybrın 2-də Müsavat Partiyasının ideoloqlarından üçü Osloda keçirilən «MDB çərçivəsində demokratik anlayışlar» seminarına dəvət də alıb. Seminar ölkənin Tərəqqi Partiyası tərəfindən təşkil olunmuşdu (rəhbəri Kari B.Hagea). Məlumata görə, səfir Steynar Gil də elə bu partiyanın «şineli»ndən çıxıb. Sonra əqidəsini dəyişərək ölkənin aparıcı qurumu olan, parlamentdə 65 səsə malik Fəhlə Partiyasına keçib.
Əldə etdiyimiz məlumata görə, Musavat Partiyasının Prezident Aparatında 6, DİN-də 4, MN-də 8, MTN-də 6, Təhlükəsizlik Şurasında 1, Səhiyyə Nazirliyində 2, İqtisadi İnkişaf Nazirliyində 7, Dini qurumlarla iş üzrə Dövlət Komitəsində 3, keçmiş Xüsusi İdarədə 12, MM-də 26, Dövlət Teleradio şirkətndə l0, Sərhəd Qoşunlannda 8, Rabitə Nazirliyində 14, Xarici İşlər Nazirliyində 5 məlumat və informasiya mənbəyi var.
Sual olunur: istintaq materiallarında, sorğularda bütün bunlar açılacaqmı? Yeni seçilən prezident ikili mövqe tutan, Heydər Əliyevin çörəyinə xəyanət edib, süfrəsini onun üstünə çırpanları… tanıyacaqmı? Yoxsa bütün bu yalan və şantaj mənbələri, eləcə köz olub qalacaqmı? Məlumata görə, Norveç səfıri Steynar Gil də Musavat Partiyasının bu məxfi mənbələrindən geniş istifadə edib. Nədənsə Bakı iğtişaşları barədə Norveç kütləvi informasiya vasitələləri hələləik susur… Halubki, 2003-cü ilin sentyabr nömrələrində (17,21) Osloda nəşr olunan gündəlik «Axşam poçtu» («Aftenrosten») qəzeti ölkə başçısı H.Əliyevin ölüm xəbərini «Yeni Musavat» qəzetinə istinadən geniş izah edirdi. Məlumata görə, Musavat Partiyasına məxsus maşınların 2002-ci ildə yeniləri ilə əvəz olunmasında, təzə və bahalı «Cip»lərin, «Mersedes»lərin, «BMV»lərin verilməsində Norveçin «Bavril Uniersal» nəqliyyat kompaniyası yaxından iştirak edib (ünvan… Azadlıq, 1). Nə üçün və əgər məlumat təsdiqlənərsə, hansı səbəbə görə?
Fikrimizcə, 15-16 oktyabr iğtişaşlarında bilavasitə əli olan, proqram irəli sürən xarici diplomatların fəaliyyət dairələrinə nəzər salınmalıdır. Azərbaycan müstəqil dövlətdir. Görünür çoxumuz belə bir dövlətin – Azərbaycanın taleyinə hələlik biganəyik…


newspaper.az

Комментариев нет:

Отправить комментарий