27.10.2012

Mən qayıdacam!


Mən qayıdacam! Dəmir əzələlərim, qaralmış dərim və parlaq gözlərimlə: Üzümə baxıb ali irqdən sanacaqlar. Çoxlu pulum olacaq, xəsis və kobud olacağam. Qadınlar tropik ölkədən qayıtmış bu qəddar topalın qeydinə qalacaq. Mən siyasi fırıldaqlara qarışacam. Xilas olacam.
İndi mən lənətlənmişəm, vətənimdən iyrənirəm. Ən yaxşısı dənizin sahilində sərxoş yuxudur.

Artur Rembo

Комментариев нет:

Отправить комментарий