Ramilə Qardaşxanqızı
Deyirlər virtual həyat yoxdur,
Varlığıyla yalandır.
İnternet, sosial şəbəkə,
Üzünü görmədiyin dostlar,
Manitordan sənə baxan tanış,
Doğmalaşan simalar
Və seçilən bir nəfər...
Yalan olsun amma
Bütün yalanlar
Min doğsan beş gün yaşayır?
Səninlə ilk tanışlığ,
Saatlarca yazışmalar,
Virtual dostluq,
İlk telefon zəngi,
Qəlbini isidən nəfəs,
Həyatımı dəyişən səs
Və ilk görüşdən doğulan sevgimiz.
Sonra ilk addımlar,
Yola düşən qoşa izlər,
Həyata bərabər baxan gözlər,
Bir-birinə dəlicə aşiq olan biz,
Bizdən vaz keçməyən qəlblərimiz...
Biz yalan deyildik,
Virtual duyğuların ən gerçək simasıydıq.
Sevirik bir-birimizi,
Həm də, çoxlarının yaşamadığı,
Heç yaşamayacağı həyacanla sevirik.
Bəlkə də həmişəlik,
Bütün ömrümüz boyu həsrətlə,
Nisgillə anaraq sevəcəyik.
Yenə sevişəcəyik çılğınca,
Od tutacaq qəlblərimiz.
Yenə gözündə mən bitəcəm,
Qəlbimdə sən itəcəksən
Yenə...
Virtual səssizliyə geri dönərək...
Sənə yalan danışmadım,
Heç vaxt da düşünmədim.
Mən səni yalansız sevdim,
Ölümünə məhəbbətlə bağlandım.
Elə ilk görüşdə də bildin,
Duydun sənə olan hisslərimi.
Dəli düşüncələrimi,
Çılğın ehtirasımı...
O an sənin oldu butun varlığım,
Səninlə unuduldu geridə qalanlar.
Nəfəs almağa,
Yaşamağa başladı gələcəyim,
Səninlə...
Sən soruşmadığın ana qədər
Keçmişimdən heç nə danışmadım.
Qəlbinİ sındırmadım,
Ürəyin rahatlığını almadım.
Həyatın çətinləşməsin deyə
Gizlədim içimdəki sevi nağılını,
İllərcə arzuladığım sevdanı.
Gizlədim xəyal etdiyim gələcəyi,
Gizlədim içimdə
Səndən də heç nə soruşmadım.
Çün ki,
Sən kamına yetmədiyim,
Mənim ən böyük sirrimsən...
Ötən anlar,
Yaşanan İllər,
Ardından boynunu bükən,
Mənə səndən danışan,
Həsrət çəkdirən,
Min doğsan beş gün...
Gözlərinə baxaraq yaşadım,
Sevdim səni səssiz.
Səndən keçmişini,
Arxada qoyduğun mənsiz illəri,
Yaşadığın həyatı soruşmadım.
Bircə sual;
Bir gün gələcəyimi bilirdin?
Cavabımda;
Hə, bilirdim amma...
Mən də sənin həyatına belə gec,
Zamansız girəcəyimi bilmirdim.
İnan mənə ki, məm də...
Bilirdim ki,
Bütün varlığımla,
Həyatımı verə biləcəyim,
Sevəcəyim insan sənsən.
Sevdim də, itirdim də
Amma bilmirdim,
Bilmirdim itirəcəyimi də...
Nəfəsinlə dalğalanan saçlarım,
Baxışınla xoşbəxt olan gözlərim,
Öpüşünlə pöhrələnən dodağlarım,
Əllərində əsən əllərim,
Bir də mən...
Həsrətdən solan yanağlarımı,
Göz yaşlarım yuyur indi.
Əlinə həsrət əllərim,
Səni deyil dizlərimi qucaqlayır.
Hicrandan çatlayan dodaqlarım,
Səni deyil rəsmini öpür.
Sənə sevgi bəxş edən ürəyim,
Səsizlikdən partlayır.
Məhəbbətlə baxan gözlərim,
Sənə deyil,
İndi məzarına tamaşa edib,
Qan ağlayır...
İçimdə nə qədər göz yaşı var,
Nalə var bir bilsən.
Gecələri sənsiz sabah edərkən,
Sabahları sənsiz açarkən,
İçimə axıtdım göz yaşlarımı.
Bir gün sənə gələcəyim an,
Göylər ağlayacaq ardımdan,
Kimsəsiz məzarımıza tökəcək göz yaşlarımı.
Bizim üçün nəğmə deyəcək,
Təkrardan, davamlı,
Bir deyil milyon kərə oxuyacag Kayahan
Üç yüz altmış beş gün...
Böyüyüb min doğsan beş gün yaşayan,
Bir ömürə bərabər olan sevgimiz.
Bir cüt məzar,
Biz...
Deyirlər virtual həyat yoxdur,
Varlığıyla yalandır.
İnternet, sosial şəbəkə,
Üzünü görmədiyin dostlar,
Manitordan sənə baxan tanış,
Doğmalaşan simalar
Və seçilən bir nəfər...
Yalan olsun amma
Bütün yalanlar
Min doğsan beş gün yaşayır?
Səninlə ilk tanışlığ,
Saatlarca yazışmalar,
Virtual dostluq,
İlk telefon zəngi,
Qəlbini isidən nəfəs,
Həyatımı dəyişən səs
Və ilk görüşdən doğulan sevgimiz.
Sonra ilk addımlar,
Yola düşən qoşa izlər,
Həyata bərabər baxan gözlər,
Bir-birinə dəlicə aşiq olan biz,
Bizdən vaz keçməyən qəlblərimiz...
Biz yalan deyildik,
Virtual duyğuların ən gerçək simasıydıq.
Sevirik bir-birimizi,
Həm də, çoxlarının yaşamadığı,
Heç yaşamayacağı həyacanla sevirik.
Bəlkə də həmişəlik,
Bütün ömrümüz boyu həsrətlə,
Nisgillə anaraq sevəcəyik.
Yenə sevişəcəyik çılğınca,
Od tutacaq qəlblərimiz.
Yenə gözündə mən bitəcəm,
Qəlbimdə sən itəcəksən
Yenə...
Virtual səssizliyə geri dönərək...
Sənə yalan danışmadım,
Heç vaxt da düşünmədim.
Mən səni yalansız sevdim,
Ölümünə məhəbbətlə bağlandım.
Elə ilk görüşdə də bildin,
Duydun sənə olan hisslərimi.
Dəli düşüncələrimi,
Çılğın ehtirasımı...
O an sənin oldu butun varlığım,
Səninlə unuduldu geridə qalanlar.
Nəfəs almağa,
Yaşamağa başladı gələcəyim,
Səninlə...
Sən soruşmadığın ana qədər
Keçmişimdən heç nə danışmadım.
Qəlbinİ sındırmadım,
Ürəyin rahatlığını almadım.
Həyatın çətinləşməsin deyə
Gizlədim içimdəki sevi nağılını,
İllərcə arzuladığım sevdanı.
Gizlədim xəyal etdiyim gələcəyi,
Gizlədim içimdə
Səndən də heç nə soruşmadım.
Çün ki,
Sən kamına yetmədiyim,
Mənim ən böyük sirrimsən...
Ötən anlar,
Yaşanan İllər,
Ardından boynunu bükən,
Mənə səndən danışan,
Həsrət çəkdirən,
Min doğsan beş gün...
Gözlərinə baxaraq yaşadım,
Sevdim səni səssiz.
Səndən keçmişini,
Arxada qoyduğun mənsiz illəri,
Yaşadığın həyatı soruşmadım.
Bircə sual;
Bir gün gələcəyimi bilirdin?
Cavabımda;
Hə, bilirdim amma...
Mən də sənin həyatına belə gec,
Zamansız girəcəyimi bilmirdim.
İnan mənə ki, məm də...
Bilirdim ki,
Bütün varlığımla,
Həyatımı verə biləcəyim,
Sevəcəyim insan sənsən.
Sevdim də, itirdim də
Amma bilmirdim,
Bilmirdim itirəcəyimi də...
Nəfəsinlə dalğalanan saçlarım,
Baxışınla xoşbəxt olan gözlərim,
Öpüşünlə pöhrələnən dodağlarım,
Əllərində əsən əllərim,
Bir də mən...
Həsrətdən solan yanağlarımı,
Göz yaşlarım yuyur indi.
Əlinə həsrət əllərim,
Səni deyil dizlərimi qucaqlayır.
Hicrandan çatlayan dodaqlarım,
Səni deyil rəsmini öpür.
Sənə sevgi bəxş edən ürəyim,
Səsizlikdən partlayır.
Məhəbbətlə baxan gözlərim,
Sənə deyil,
İndi məzarına tamaşa edib,
Qan ağlayır...
İçimdə nə qədər göz yaşı var,
Nalə var bir bilsən.
Gecələri sənsiz sabah edərkən,
Sabahları sənsiz açarkən,
İçimə axıtdım göz yaşlarımı.
Bir gün sənə gələcəyim an,
Göylər ağlayacaq ardımdan,
Kimsəsiz məzarımıza tökəcək göz yaşlarımı.
Bizim üçün nəğmə deyəcək,
Təkrardan, davamlı,
Bir deyil milyon kərə oxuyacag Kayahan
Üç yüz altmış beş gün...
Böyüyüb min doğsan beş gün yaşayan,
Bir ömürə bərabər olan sevgimiz.
Bir cüt məzar,
Biz...
Комментариев нет:
Отправить комментарий