Cənab baş katib Torbyorn Yaqland!
Cənab Kristofer Ştrasser!
Möhtərəm AŞPA nümayəndələri! Cənablar və xanımlar!
İlk öncə, hamınızı Azərbaycan zindanlarının birindən (Baki İstintaq Təcridxanası (BİT)) salamlayır, siyasi məhbuslar barədə son dərəcə vacib və dəyərli tarixi sənədin qəbul edilməsi münasibətiylə hamınızı təbrik edir və Azərbaycanın bütün siyasi məhbusları adından Sizə dərin minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.
Qətiyyən şübhəmiz yoxdur ki, alman xalqının böyük oğlu cənab Kristofer Ştrasserin adı yaxın gələcəkdəki azad, demokratik, hüquqi Azərbaycan dövlətinin yeni tarixinə qızıl hərflərlə daxil olacaqdır. Yalnız ona görə yox ki, o, bizim – öz ölkəsinin azad və xoşbəxt gələcəyi naminə zindanlara atılmış siyasi məhbusların hüquqlarının müdafiəsinə qalxmışdır. Həm də ona görə ki, o, öz şəxsi mənafellərini ümumbəşəri dəyərlərdən və insan haqlarından xeyli üstün tutan o bəzi riyakar Avropa “demokratlar”ının da çirkab mövqelərini ifşa etməkdən çəkinmədi:
cənab Kristofer Ştrasser lobbiçilərin hədsiz təqib və təzyiqlərinə qəhrəmancasına sinə gələrək şərəf və ləyaqətlə onlar üzərində qələbə qazandı. Bu qələbə - haqqın qələbəsi; Xeyrin Şər üzərində qələbəsi demək idi!
AŞPA-nın baş katibi cənab Torbyorn Yaqlandın səsləndirdiyi – “Azərbaycanın AŞPA-da nümayəndə heyyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbul edilməzdir” kimi fikri ölkəmizin imicinə nə qədər utanc gətirici bir hal olsa da, bunun reallıq olması da danılmazdır. Bununla belə, cənab baş katib həm də AŞPA-daki hüquqi və əxlaqi durumun nə qədər xoşa gəlməz olduğunu da ortaya qoymuşdur...
Cənab K. Ştrasser tamamilə haqlı olaraq bildirir ki, siyasi məhbusların öz talelərini Avropa məhkəməsinin ədalətli qərar çıxarıb-çıxarmayacağına da zəmanət yoxdur. Yeri gəlmişkən bu sətirlətin müəllifi kimi mənim 2005-ci ildə Azərbaycan Parlamentinə seçkilərlə bağlı Avropa Məhkəməsinə göndərdiyimiz şikayət ərizəmizə 4 ildən sonra formal olaraq baxılaraq Azərbaycan hökümətinin lehinə qərar çıxardılmışdır. Halbuki, mən Milli Məclisə seçkilərin əvvəlcədən hazırlanmış siyasi üzrə və saxtakarcasına aparılmasına dair kifayət qədər dəlillər gətirərək, bu seçiləcək yeni Məclisin qeyri-leqitim kimi tanınmasını xahiş etmişdim. Məhz bu gün Azərbaycan Beynəlxalq Universitetinin rektoru E. Abdullayevin yayımladığı video-görüntülər bir daha yeddi il öncəki fikirlərimizi təsdiq edərək, həmin parlamentin necə çirkab və saxta yollarla qurulduğunu sübut edir.
Cənab AŞPA nümayəndələri!
Mən – doktor Hilal Məmmədov həbsimə qədər Baki Universitetlərində yüzlərlə tələbə və gənclərə riyaziyyat, informatika, kibernetika və d.fənlərdən dərs deyir, həm də ictimai fəaliyyətlə məşğul idim. Ölkəmizdəki siyasi məhbusların, o cümlədən 10 il azadlıqdan məhrum edilərək zindanda vəfat etmiş “Tolışi Sədo” qəzetinin baş redaktoru, görkəmli lingvist- dilşünans professor Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi və reabilitasiyası komitəsinə rəhbərlik edirdim. Onun vəfatından sonra, həm də bu qəzetə baş redaktorluq etmişəm, Rusiyada və digər MDB məkanında “bum” yaradan “Ti kto takoy, davay do svidaniya” video-rolikinin müəllifiyəm. Bu rolikin yayımında heç bir siyasi məqsədim də olmayıb. Amma ölkəmizin hakimiyyət orqanları, - “bizim 1 qəpik belə sərf etmədən yayımladığımız video-rolikin hakimiyyətin Evrovisiona sərf etdiyi, yüz milyonlarla pulun təsir gücündən xeyli üstün olması” kimi səsləndirdiyimiz mesajımızdan qəzəblənərək, cibimə narkotika ataraq məni həbs etdirməkdən belə çəkinmədi...
Bununla belə, bu haqsız həbsimə qarşı çıxan on minlərlə ölkədaxili və xarici ölkələrdəki müdafiəçilərimizi görüb daha da qəzəblənən hakim qüvvələr, həbsimdən 12 gün sonra daha iki ağır – “dövlətə xəyanət” və “milli-dini ayrıseçkilik salma” kimi cəfəng ittihamları da ünvanıma yükləməkdən çəkinmədilər.
Cənab AŞPA nümayəndələri!
Mən alim-müəlliməm, “narkobaron” deyiləm! Mənim “narkotikam” – minlərlə tələbə və gənclərə riyaziyyat elmini öyrətmək, fürsət ikən isə, onlara öz haqlarına sahib çıxmağı, azadfikirli və ədalətli olmağı tövsiyyə etmək olmuşdur! Mən – “İran casusu” deyiləm, əksinə, arzum ölkəmi dünyəvi Avropa timsallı demokratik məmləkət kimi görməkdir! İranda yaşayan talış əsilli soydaşlarımla milli-mədəni əlaqələrin də məhz bu demokratik prinsipdən irəli gəlmişdir. Mən – separatçı deyiləm, əksinə, bu gün öz siyasi baxışlarıma görə “SƏRHƏDSİZ DÜNYANIN” qətiyyətli tərəfdarlarındanam! Bununla belə, bütün xalqların, o cümlədən, məxsus olduğum talışların azad və demokratik formada milli-mədəni tərəqqisinin tərəfdarıyam!
Üzümü “siyasi məhbuslar” üzrə sənədin qəbuluna qarşı çıxan “lobbiçi” kürüsevərlərə tutub bildirirəm: Mən artıq 5-ci aydır ki, tamamilə haqsız olaraq zindan əzablarını çəkirəm. Sizcə, 5 il də oturub Avropa Məhkəməsinin qərarını gözləməliyəm? Axı, hüquqlarını müdafiə etdiyimiz professor N.Məmmədov zindanda cəmi 2 il 6 ay yaşaya bildi və 5 ildən artıqdır ki, hələ də Avropa Məhkəməsi onun işinə baxmamışdır. Bu yaxınlarda zindanda vəfat etmiş siyasi məhbus, dindar Vaqif Abdullayev isə heç 1 il də həbsdə yaşamadı...
Möhtərəm AŞPA nümayəndələri! Möhtərəm “kürüsevər”lər! Hər birimizi öz VİCDANınızın qarşısında hesabat verməyə çağırıram: əgər doğrudan da, ölkəmizi Avropanın azad, hüquqi və demokratik nümayəndələrindən biri kimi görmək və bununla da azad və xoşbəxt AVROPA Birliyini arzulayırsınızsa, onda bizim – Azərbaycanın cəmi haqsevər, demokratik qüvvələrinə, o cümlədən, siyasi məhbuslarına mənəvi dəstək olun. Bundan ötrü isə, ilk öncə, “siyasi məhbuslar” üzrə məruzəçi cənab Kristofer Ştrasserin AŞPA-nın yanvar sessiyasına hazırlayaraq hesabatında yardımçı olun...
Hamınıza dərin hörmətlə,
dr.Hilal Məmmədov,
Bakı, “Kürdəxanı” həbsxanası,
15.10.2012

Комментариев нет:
Отправить комментарий