Əfsanə Laçın
Hər gün ölənlərin qəbri olmur.
Hər gün ölənlərdən kimsə xəbər tutmur.
Heç kim ağlamır təkrar-təkrar ölənləri.
Türkan, bəlkə biz ölməyi məşq edirik?
Türkan, biz payızı gözləmədik
Çiçəkləri əzdik keçdik...
Türkan, bu məşqlərin sayı azdı
Payız gəlib
Mən hələ öyrənə bilməmişəm ölməyi...
Türkan, kim öyrətdi ona belə tez ölməyi?
əzmə daha xəzəlləri, Türkan...
Hər gün ölənlərin qəbri olmur.
Hər gün ölənlərdən kimsə xəbər tutmur.
Heç kim ağlamır təkrar-təkrar ölənləri.
Türkan, bəlkə biz ölməyi məşq edirik?
Türkan, biz payızı gözləmədik
Çiçəkləri əzdik keçdik...
Türkan, bu məşqlərin sayı azdı
Payız gəlib
Mən hələ öyrənə bilməmişəm ölməyi...
Türkan, kim öyrətdi ona belə tez ölməyi?
əzmə daha xəzəlləri, Türkan...
Комментариев нет:
Отправить комментарий