Şirinxanım Kərimbəyli Şadiman
Küçə uşaqları - gözləri qəmli,
Baxışları doğar kədər yaşları.
Bütün ömürləri keçər ələmli,
Dərdləri onlarla can sirdaşları...
Kirli üst-başları gendən görünər,
Bir ana qucağın həsrətlə anar.
Dallarıyca acı tale sürünər,
Dözməyən ürəklər bu dərdə yanar.
Dilləri böyüktək danışar, amma
yorğun üzlərində inciklik gəzər.
Onlar dilənçidi arzuya, kama,
Arzu, kam onlara salmaz bir nəzər.
Parkda dolaşarlar gündüzlər, gecə
soyuq zirzəmilər evləri olar.
Yatırar qoynunda qaranlıq küçə,
Körpə baxışları yollarda solar.
Küçə uşaqları sahibsiz tifil,
Ana nəvazişi onlara yaddı.
Miskin həyat sürər künclərdə səfil,
Bəs kimlər onları küçəyə atdı?
Bir-birin döyərlər, vuruşarlar da,
Köhnə üst-başları cırılıb çıxar.
Yolçuluq etməkdə yarışarlar da,
Darda bir-birinə doğmatək baxar.
Bir qarın çörəyin dərdin çəkərlər,
Onlar böyüklərtək vurnuxar gündüz.
Bütün ağrıları qəlbə tökərlər,
Baxışlar dilənçi, heç vaxt gülməz üz.
Küçə uşaqları dünya yarası,
Fərqi yox hansı bir ölkə bitirib.
Onlar vicdanlara bir üz qarası,
Onları cəmiyyət özü yetirib.
Küçə uşaqları - gözləri qəmli,
Baxışları doğar kədər yaşları.
Bütün ömürləri keçər ələmli,
Dərdləri onlarla can sirdaşları...
Kirli üst-başları gendən görünər,
Bir ana qucağın həsrətlə anar.
Dallarıyca acı tale sürünər,
Dözməyən ürəklər bu dərdə yanar.
Dilləri böyüktək danışar, amma
yorğun üzlərində inciklik gəzər.
Onlar dilənçidi arzuya, kama,
Arzu, kam onlara salmaz bir nəzər.
Parkda dolaşarlar gündüzlər, gecə
soyuq zirzəmilər evləri olar.
Yatırar qoynunda qaranlıq küçə,
Körpə baxışları yollarda solar.
Küçə uşaqları sahibsiz tifil,
Ana nəvazişi onlara yaddı.
Miskin həyat sürər künclərdə səfil,
Bəs kimlər onları küçəyə atdı?
Bir-birin döyərlər, vuruşarlar da,
Köhnə üst-başları cırılıb çıxar.
Yolçuluq etməkdə yarışarlar da,
Darda bir-birinə doğmatək baxar.
Bir qarın çörəyin dərdin çəkərlər,
Onlar böyüklərtək vurnuxar gündüz.
Bütün ağrıları qəlbə tökərlər,
Baxışlar dilənçi, heç vaxt gülməz üz.
Küçə uşaqları dünya yarası,
Fərqi yox hansı bir ölkə bitirib.
Onlar vicdanlara bir üz qarası,
Onları cəmiyyət özü yetirib.
Комментариев нет:
Отправить комментарий