Narıngül
(Bir toy məclisindən qısa reportaj)
Əhvalat vaqe olur bir gənc yazar dostumun toy məclisində...
Əvvəldən düşündüyüm kimi toyun əsas hissəsini yazarlar ordusu təşkil edirdi. Məclisdə xeyli adam vardı. və şübhəsiz ki, burda məmləkət yazarlarının yalnız bir qismi iştirak edirdi. Kənarda neçə belə böyük hissə də mövcuddu. Zala daxil olan dəbə uyğun “mini” və “dekolte” geyinmiş xanımlarla ənənəvi klassik üslubda ağ köynək və qara kostyumlu bəylər maraqlı harmoniya yaradırdı. Bir qədər iddialı görünən yazarların üzündə ritorik əhval, müəmma və tələskənlik hopmuş bir aura da hiss olunurdu. Qonaqların çoxunun yazar olması məntiqə uyğundu. Onsuz da oxucusu az olan ədəbi meydanda da yalnız yazarlardı. O da məlumdur ki, indiki zamanda yazarın yazar dostları var, oxucu dostları yox.
Əvvəlcə, hər şey öz qaydasında idi, hərə bacardığı kimi öz əhatə dairəsində əylənirdi.. Məclisə daxil olan bir neçə dövlət məmurundan sonra isə dəstələr qarışqa süfrəsi kimi qaynamağa başladı.
Fotoaparatlar işə düşdü. Məmurlarla şəkilçəkdirmə mərasimi başlandı. Sonra başqa bir məmur zala daxil oldu. Qeyd edim ki, məmurların içərisində sabiq deputatlardan da vardı. Fotoaparatlar şıqqıldayır, müxtəlif pozalarda şəkillər şəkilir, səhər internet səhifələrinə qoyulacaq fotoların fundamenti qoyulurdu. Şəkillərdə həmin məmura daha yaxın olduğunu hiss etdirmək duyğusu da önə çəkilirdi. Müxtəlif pozalarla şəkil çəkdirən yazarların üzündə elə məmnun ifadə vardı ki, elə bil hansısa keçilməz dağı fəth etmişdilər. Adam onlarla bərabər sevinməkdən, fərəhlənməkdən özünü saxlaya bilmirdi.
Məclisdə başqa bir yazar da vardı. Yaradıcılığı təsdiq olunmuş müəllifdi. Heç kim şəkil çəkdirmədi onunla, heç görüşməyə də həvəs göstərmədilər. Adam sakitcə bir kənarda əyləşdi və gözə görünmədən çıxıb getdi. Şəkilçəkdirmə mərasimindən sonra əhvalı düzəlmiş yazarlar oynamağa, şənlənməyə başladılar.
Ortada bayağı bir rəqs havasına rəqs edən məmur da məmnun idi, onun ətrafında dövrə vuran yazarlar da. Bu ölkənin yazarı məmura bənzəyirdi. Bu ölkənin məmuru həm də yazara bənzəyirdi.
Onsuz da şəkil çəkdirməyə heç vaxt meylim olmayıb. Bu mərasimdən sonra olan istəyim də əridi, suya döndü. Mənimlə bir masada əyləşmiş yazar dostum da şəkilçəkdirənləri görüb həvəsə gəldi: “bəlkə, biz də bir şəkil çəkdirək” təklifində bulundu.
Sonra yanımda əyləşmiş yazarlardan biri oynayanlardan gözünü ayırmadan bəyan etdi ki, deyəsən hamı yazır. Adamın sifətinə ironiya qarışıq, şeytani bir təbəssüm qonmuşdu.Bir qədərdən sonra isə müdrikcəsinə :” Yenə yazdıqları bir şey olsa cəhənnəm, forslarına bax” – deyə əlavə etdi. Yazar – yazarı qıcıqlandırırdı, əsəblərinə toxunurdu. Çünki bu məmləkətdə yazar daha çox cismani şəkildə müəllifin özünü görməyə alışmışdı, əsərini yox.
Baxdım ki, adamda günah yoxdur, əslində. Mətn olan yerdə “müəllifin ölümü” arzuolunandır. Müəllif hər yerdə mətndən irəlidədirsə, ondan “böyük “dürsə, mətnin öləziyib gözdən itməsi də labüddür.
Məclisdə hamı eyni havanı oynayırdı, hamının jestləri, geyimi bir- birinə bənzəyirrdi. Bəlkə də, bu an hamının ürəyindən də eyni hisslər keçirdi.
Özünü sərbəst aparmağa cəhd edən, “orijinallıq” edərək içki içən və nümayişkaranə şəkildə siqaret çəkən gənc xanım yazarın da “azadlıq” mücadiləsi havaya getdi. Hiss olunurdu ki, hər şeyi görüntü xatirinə edir və deyəsən onu anlamadılar. Məclisi tərk etdikdən sonra arxasınca xeyli qiybət də aparmalı oldu.
Məclisin ortasında, tamada demiş ən gözəl yerində, istedadlı bir müğənni çox gözəl klassik bir mahnı oxudu. Amma qulaq asan olmadı.
Heç kəsə maraqlı deyildi müğənninin əsrarəngiz zəngulələri. Bulaq kimi qaynayan şaqraq səs də hay - küyün içərisində ucuzlaşdı, boşuna əriyib getdi. Eynən, bank işçisi olan bir qonşumun toyundakı kimi.Orda da bu müğənni oxumuşdu, bu zəngulələri etmişdi. Və heç kimin vecinə olmamışdı. Amma fərq ondaydı ki, o toyda qonaqların əksəriyyəti biznesmenlər, ticarət işçiləri idi , burdakı kimi özünü hər mətləbdən hali hesab edən yazarlar deyildi...
Bir sözlə, maraqlı və ənənəvi toy idi. Masaların üstü yemək - içməklə dolu, adamlar şən, musiqinin hay küyü... Dünyanın hər yerində olduğu kimi. Amma bu yerdə tam başqa formada. Elə dünyanın hər yerində yazı adamları da bir - biriylə mübahisə edirlər, bir –birinə qarşı iddialar qaldırır, dalaşır sonra barışırlar. Amma yenə də tam başqa formada və başqa təfsilatlarla. Bu təfsilatları sadalamaq da uzun çəkər...
Belə... Bu gənc yazar dostumun toyunda hər gün getdiyim toylarda fərqli, spesifik bir çalar tapa bilmədim və odur ki, yazımı sadə və bəsit bir mətnlə yekunlaşdırmalı oldum . Sonda isə təzə evlənənlərə xoşbəxtlik arzulayıram. Məncə, ən əsası budur.

Комментариев нет:
Отправить комментарий