Seyfəddin Altaylı
Ankara
Izzәddin Hәsәnoğlu klassik әdәbiyyatımızın önәmli şәxsiyyәtlәrindәn biridir. Birinci yazımda işarә etmişdim ki, onun cәmisi bir neçә şeiri bilinirdi, ancaq tәzә tapılan 370 vәrәqlik “Sirәtin Nәbi” adlı әlyazma әsәri hәddәn artıq maraqlıdır vә әdәbiyyatımız üçün qızıl qiymәtindәdir. Әsәrin tapılması vә xüsusiyyәti ilә bağlı mәlumatları xülasә olaraq çatdırmışdım. Bu yazımda onun göyә olan münasibәti üstündә dayanmaq istәyirәm.
Hәsәnoğlu, Sirәtin Nәbi adlı әsәrindә bunları yazıb:
Göy atamuz, yir anamuzdur yәqin
Ol ikünün oğlıyuz biz uş hәmin.
Bu ata-ana ki yerdür göy adı
Bunları haqq әmri diri eylәdi.
İnam, Tanrı ilә insan arasında bir әlaqә qaynağıdır. Onun yayılmasına amil olan vasitә isә dildir. Hәsәnoğlunun bu iki beytindә Türk millәtinin mifoloji inamından bәhrәlәnәn dövlәt gәlәnәyinin özülü dә öz әksini tapıb. Türk dövlәt gәlәnәyinin zirvәsindә Tanrıya inam dayanır. Türk mifologiyasının ilham qaynağı Tanrıdır. Tanrını tәcәssüm etdirәnlәr isә göy, yer, dağlar, su, atәş kimi vasitәlәrdir. Әlbәtdә bunların әn önәmlisi yerlә göydür. Orxun-Yenisey sahillәrindә tapılan Kültigin abidәsinin şәrq üzündә belә bir ifadә vardır; “Üstdә mavi göy, altda qara yer yaradıldıqa, ikisinin arasında insan oğulları yaradılıb. Insan oğullarının üstündә dә dәdәlәrim, babalarım, Bumın Xaqan ilә İstәmi Xaqan hökmdar kimi taxta oturublar. Türk xalqının dövlәtini vә qanunlarını idarә ediblәr, tәnzimlәyiblәr”.
Әski Türk anlayışına vә inancına görә göy hәddәn artıq önәmli bir ünsürdür. Çünki o Tanrını tәmsil edir vә türklәr Tanrının göydә qәrar tuttuğuna inanıbdır. Ancaq göy Tanrını tәmsil etsә dә Tanrının özü deyildir. Bu anlayış Orxun-Yenisey abidәlәrindә, Kültigin abidәsinin güney üzündә öz әksini “Tengri tәg tengridә bolmış türük Bilgә xaqan” sözlәriylә tapıb. Kaşqarlı Mahmud, Divanı Lüğәtit Türk adlı әsәrini yazmaq mәqsәdiylә oğuzların yaşadığı yerә getdikdә onların göyә “tengri” dediyini görüb vә “Yerә batasıca kafirlәr göyә Tanrı deyir” şәklindә yazıb, buna öz reaksiyasını bildirib. Kaşqarlı, әn qәdim Tanrıçılıq adlı sәmavi dinә inanan oğuzların göyә niyә “tengri” dediyini o vaxtkı müsәlman mәntiqi ilә qarşılayıb vә onları tәhqir edib. Göytürk abidәlәrindә göyün nәhayәtsizliyinin tanrını tәmsil etdiyinә işarә edilib. Bu anlayış bugün dә yaşayır. Tovuz bölgәsindә yaşayanlar “tanrın yerә tökülsün” şәklindә qarqış edirlәr. Bu qarqış, “göy başına uçsun” mәnasındadır. Bütün qәdim mәnbәlәrdә türklәrin göyә xüsusi bir inamla yanaşdığı, onu sakral bir güc kimi qәbul etdiyi vurğulanır.
Hun İmperiyasının xaqanları Çin imperatoruna mәktub yazdıqları vaxt “Göyün qürurlu oğlu Hun Tanrıqutu” ifadәsiylә sözә başlayırdılar. Sözün burasında bir mәqamı xüsusilә vurğulamaq istәyirәm. Deyirlәr ki, türklәr köçәri olub, çox sonralar, yәni qәrblilәrdәn sonra oturaq hәyata keçiblәr, mәktәb-mәdrәsәlәri, bir әlifbaları olmayıb. Mal-qara dalınca o yan bu yana getdiklәrindәn çox sonralar, göytürklәr vaxtında runik әlifbadan istifadә ediblәr.
Tarix kitablarında Hun hökmdarı kimi tәqdim edilәn Mәtә Xan, dastanlarda da Oğuz xaqan kimi yad edilәn şәxsiyyәt bizim ulu babamızdır. Mәtә Xaqan, eradan әvvәl 176-cı ildә Çin imperatoruna mәktub yazarkәn bu cümlәlәrlә başlayırdı; “Göy tәrәfindәn taxta çıxarılmış böyük Hun İmperatoru”… Oğuz Xaqanın bu mәktubu çinlilәrin әn qәdim salnamәsi Şi-cidә sәbt olunmuşdur. Almanyalı şәrqşünas vә sinoloq (çinşünas) Prof. Dr. Johann Jacob Maria De Groot ömrünü Şi-ci salnamәsinә hәsr edib. Hәtta onun oxuduğu vә qәdim Çin dilindә yazılmış Şi-cini müasir çinlilәrin ancaq mütәxәssislәri oxuya bilir. Maraqlıdır ki, De Groot biz türklәrlә bağlı Şi-cidә nә varsa hamısını yığıb bir kitabda cәmlәşdirәrәk çap etdirib. Çox qәribәdir ki, hәlә dә Şi-cini tәdqiq edәn vә orda bizimlә bağlı olan hissәlәr üstündә işlәyәn bir alimimiz mәrhum Prof. Dr. Bahaәddin Ögәli çıxmaqla yoxdur. O da çin dilini De Groot vә digәr qәrbli sinoloqlar sәviyәsindә bilmirdi, bunu şәxsәn mәnә özü demişdi. Görәsәn bundan sonra De Groot, Otto Franke, Sima Qian, Parker, Paul Pelliot vә digәrlәri kimi sinoloq alimlәrimiz yetişәcәkdir? İnanmaq istәyirәm, ancaq inana bilmirәm. Kaş alimlәrimiz yetişә vә mәn mәyus olam.
Mәsәlәnin ayrı bir yönünә toxunmadan keçmәk istәmirәm. Bir әlifbası olmayan, oxu-yazı bilmәyәn bir millәt nә cür olur ki, eradan qabaqkı illәrdә üç yüz il davam edәn möhtәşәm bir Hun İmperiyası yaradırdı. O imperiyanın xaqanı Mәtә, Çin xaqanına yazdığı mәktubu hansı әlifbayla yazıbdı bәs? Mәtә dә Çin dilini vә әlifbasını bilirdi vә mәktubunu o dildә yazıbmış??? Nә cür olurdu ki, hunlar ildә iki qurultay keçirir, qurultaylarda qadınlar da tәmsil edilir vә hәr bir qurultay iştirakçısı heç bir qorxu-hürkü duymadan ayağa durub xaqanı tәnqid atәşinә tuta bilirdi..!? O qәdәr xalqı öz hakimiyyәtә altında saxlayan millәt, dövlәtinin qanunlarını hansı әlifba ilә yazmışdı görәn?! Bir әlifbası olmayan millәtin say sistemi ola bilәrdimi vә o millәt әhalisini, heyvanlarını ildә iki dәfә necә sayırdı? Bütün bu vә buna oxşar suallar indiyә kimi cavabsız qalıbdır. Cavabsız qalan ayrı bir sual da var. Qәdim tariximizlә bağlı araşdırma aparan, kәrpic boyda kitablarla çoxcildli tarixi әsәrlәr yazan alimlәrimiz, qәrblilәrin vә şәrqlilәrin yazdığı әsәrlәri bir yana qoyub özlәri birbaşa әsas mәnbәlәrdәn, mәsәlәn Şi-cidәn, Yapon salnamәlәrindәn istifadә edәrәk hәrhansı әsәri әrsәyә gәtiribdirmi? Mәn eşitmәmişәm, eşidәn-bilәn vardırsa xahiş edirәm mәnә öyrәtsin.
Gәlәk Hәsәnoğlunun göylә bağlı anlayışına. Hәsәnoğlu, “göy atamuz, yir anamuzdur” deyәrkәn o anlayışı öz-özünә tapmışdı?! Yoxsa onun boya-başa çatdığı el, әn qәdim vaxtlardan bәri hәmin anlayışı davam etdirirdi..!
Әn qәdim mifoloji mәtinlәrdә göy kişi, yer isә qadın kimi tәsәvvür edilmişdir. İzzәddin Hәsәnoğlu da әsәrindә bu anlayışı, bu inamı davam etdirmişdir. Artıq şükür Allaha millәtimiz ayılıbdır, dövlәtlәrimiz varlanıbdır, güclәnibdir. Bundan sonrakı nәsillәr öz dәyәrlәrimizi bütün yönlәriylә bilәrәk yetişmәlidilәr. Mәdәniyyәtimizin әvәzsiz dәyәrlәri imperialistlәr tәrәfindәn zor gücü ilә mәnimsәnib yurdlarımızdan didәrgin salındılar. Artıq әlimizdәkilәri qorumalı vә әlimizdәn alınanların da öz yerlәrinә qaytarılmasının çarәlәrinә baxmalıyıq. Orxun-Yenisey abidәlәrindә nahaq yerә deyilmәyib, “Ey Türk sәn özünә qayıdanda güclü olursan”.
altayli_s@yahoo.com

Комментариев нет:
Отправить комментарий