Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin professoru Ali Baki verdiyi açıqlama ilə diqqət çəkib. O, apardığı araşdırmanın nəticəsindən danışarkən bildirib: “Uzun müddət antibiotik istifadə edənlər bilməlidirlər ki, bu sonda orqanizimdə antibiotikin bakteriyaları öldürməsinin qarşısını alan güclü sindroma səbəb olur”.
Yaxa.org saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ümumidünya Səhiyyə Təşkilatı (ÜST) bu günlərdə dünyada istifadə edilən antibiotiklərin yarıdan çoxunun gərəksiz olduğunu bildirib.
Antibiotiklərin həddən artıq istifadəsinin sonda orqanizmdə fəsad yaratdığını iddia edən professor Ali Baki daha sonra bildirib ki, türk xalqının 50 faizdən çoxu hər il antibiotik istifadə edir: “Lakin istifadə edilən antibiotikin 30 faizi gərəksizdir”.
Professor onu da qeyd edib ki, Avropa Birliyi ölkələri arasında Türkiyə antibiotik istifadəsinə görə birinci sıradadır: “Türkiyə ABŞ və Şimali Avropa ölkələri ilə müqayisədə 4 dəfə çox antibiotik istifadə edir. Bu şəkildə davam edərsə, bu Türkiyədə meningit xəstəliyinin artmasını sürətləndirəcək”.
Professor daha sonra hər il dünyada 25 min nəfərin yanlış antibiotik istifadə etdiyi üçün öldüyünü bildirib.

Комментариев нет:
Отправить комментарий