“Ev Havası” layihəsinin növbəti qonağı şair Aqşin Yeniseydir
Aqşin kimi uşaqlıq
“Seymur Baycandan fərqli olaraq, heç kimin anasından kəsmirdim. Mahiyyət etibarı ilə kimdənsə “kəsmək” mənə yaddır. 34 ildə heç kimdən kəsməmişəm. Heç öz sevgilimdən də. İndiyə qədər heç bir adamdan heç nəyi kəsməmişəm. Onuşaqlı ailənin uşağı necə olarsa, elə olmuşam. Kənd uşaqları başqa cür böyüyür. Mən bəlkə də kənddə böyüməsəydim, heç oxumaq da istəməzdim. Uşaqlıqda bir dəfə “yeddi qardaş” adlı ilanın bir qardaşını öldürmüşdüm. Mənə dedilər ki, öldürdüyün ilanların o biri qardaşları gəlib səni tapacaqlar. Elə həmin günü kitabı qabağıma qoyub oxumağa başladım. Çalışdım ki, oxuyub birtəhər universitetə girim, qaçım gəlim Bakıya”.
Gənclik və qadınlar
“Mənim istədiyim qadınlar ev-eşik qadınları olmayıb. İndi də Alla Puqaçovada gözüm var. Mariya Svetayeva mənim üçün əlçatmazdır. Sezen Aksu zövqümə uyğun qadın deyil. Qadınla kişinin paylaşacağı şeylər evdə, məişətdədir. Alla ilə məişətdə mənim heç bir problemim olmazdı. Sezen Aksu isə məişətdə çox problemli qadına oxşayır. Onun sənəti, gözəlliyi mənə ancaq dərd ola bilərdi. O, məişətdə elə də asan adama oxşamır. İnsan beyin, dünyagörüşü etibarı ilə nə qədər böyük olursa, onun məişəti də sadə və kiçik olur. Sezen tipli qadınlar özləri kişi olmağa iddialıdır. Qadın bilməlidir ki, qadındır. Bunu hansısa qadına izah etmək lazım gələrsə, deməli hər şey bitib. Hansısa kişiyə qadınların yığışıb kişilik öyrətməyi necə anormaldırsa, hansısa qadına kişinin qadınlıq öyrətməyi də o cür dəhşətlidir”.
İçindəki qadın
“İstənilən kişinin içində qadın var. O yalan söhbətdir ki, deyirlər kişi maskulin varlıqdır. Kişinin içindəki qadındır onu başqa qadına aşiq edən. Kişinin tərkibində, təbiətində qadınlıq olmasaydı, heç bir qadını sevə bilməzdi. Eləcə də qadının içində kişi olmasaydı, kişini anlamazdı, duymazdı. Mənim içimdəki qadın məni qadınlara cəlb eləyir. Dediklərimin cinsəlliyə aidiyyatı yoxdur. Hansı qadında kişilik, kişidə isə qadınlıq çoxdursa həmin cütlüklərdə münasibətlər yaxşı alınır. İçində özü boyda ikinci qadını daşıyan qadınla yaşamaq çətindir”.
Feminist sevə bilmək
“Mən nəinki feminist, hətta xəstə və şikəst qadın da sevə bilərəm. Cinsəlliyi gözdən salmaq olmaz. Seks bizdə cəmiyyətə çox iyrənc şəkildə təqdim olunub. Bu bizim günahımız deyil. Seksi bizdən əvvəlkilər gözdən salıb. Sevgini yalnız seksə, cinsəlliyə bağlamaq anormallıqdır. Bu yaxınlarda efirdə gördüm ki, boyu 2 metrdən uzun bir kişi ilə 50 sm boyu olan qadın evlənib. Çox aydın məsələdir ki, həmin cütlüyün arasında heç bir cinsəllik ola bilməz. Qadını həmişə xilas eləmək lazımdır. Qadın həmişə özündən, düşüncəsindən, ətrafından, içindən xilas olmaq istəyir. Qadın kişiyə xilas yolu kimi baxır. Söhbət məişətdən və sosial problemlərdən getmir. Qadının təbiətində ilahi bir narahatçılıq var. Qadın həmişə nədənsə bəhanəsiz, icazəsiz narahatdır. Həvvanın Adəmə həmişə ehtiyacı olub. O həmişə düşünüb ki, Allah onu təkbaşına buraxıb. Onun yanında həmişə yalnız Adəm qala bilər. Bu bütün qadınlarda belədir. Fahişədən, anadan, bacıdan tutmuş bütün qadınlar kişiyə xilas yolu kimi baxır. Kişi isə qadına özününküləşdirmə obyekti kimi baxır. Kişi qadında xoşbəxtlik, rahatlıq tapmır, bədbəxt olur. Münasibət yarandıqdan bir müddət sonra kişi anlayır ki, qadını xilas edib özü isə bədbəxt olub. Kişi ömür boyu bunu gizlətməyə çalışır.
Feminist qadınlar psixoloji-cinsi problemləri olan qadınlardır. Onların çoxunun ilk cinsi əlaqəsi uğurlu alınmayıb. Çoxu kişilərdən kobudluq görüb. Feminizm travma məhsuludur. Kişilərin feministləri homoseksuallardır. Maskulizm boş söhbətdir. Yeri gələndə lezbiyanlar feministlərdən daha səmimidir. Lezbiyanlar bunu açıq formada edir, öz cinsi istəklərini təmin edirlər. Feministlər isə bunu edirlər, amma ətrafa elə göstərirlər ki, guya lezbiyan deyil”.
Qadağan olunmuşa əbədi canatma
Həvvaya minnətdarlıq
“Kişinin bədbəxtliyi Adəmdən başlayıb. Qadının fundamental varlığında qadağan olunmuşa əbədi canatma var. Xəyanət qadının bütün varlığına hopub. Həvvanın qadağanolunmuşa həvəsi bu qədər çox olmasaydı, indi biz hazırkı dünyada yaşaya bilməzdik. Yer üzərindəki xoşbəxtlik hesab elədiyimiz həyatın dadını bilməzdik. Həvvanın xəyanəti sonradan Yerdəki insanların sevgisinin möhkəmlənməsinə səbəb olub. Həvvanınkı qədim, ilahi xəyanət idi. Bu da müasir dünyada iki bir-birini sevən insanların karına gəlir”.
Qadının xəyanəti
“Qadının indiki xəyanətinin heç bir çəkisi, ilahi izahı yoxdur. Qadın kişiyə xəyanəti Allah dərgahında çoxdan eləyib. Qadının xəyanətinin kökü daha dərindir. Dünyanı az-çox başa düşən kişi hər saniyə qadınından xəyanət gözləməlidir. Kişi həmişə buna hazır olmalıdır. Bu o demək deyil ki, qadın gedib kiminləsə yatacaq və ya qadağan almanı yeyəcək. Qadın elə özü ilə kişiyə xəyanət edəcək.
Kişinin xəyanətkar olması uydurmadır.
Kişinin xəyanəti cinsəllikdən o tərəfə keçmir. Bunun ruhani çəkisi yoxdur. Kişinin başqa qadınlarla birlikdə olması xəyanət deyil. Bunu mən demirəm, tibb deyir. Kişi ilə qadının bioloji xəritəsi eyni xətlə formalaşmayıb. İbtidai qadınla kişi tamam fərqli formada qurulub. Kişi müharibələr edib, vəhşi heyvanlarla vuruşub. Qadın isə komada oturub bitki köklərindən yemək hazırlayıb. Keçilən tarixi proseslər çox fərqlidir. İndi mamont və nizə olmasa da, kişi elə qədim kişiliyində qalıb. Qadının kişinin gücünə, kişi deyilən məxluqa həmişə ehtiyacı var. Kişi min illərdir, Həvvanın Allah dərgahında Adəmə elədiyi xəyanətin heyfini çıxır. Bu şüuraltı baş verən prosesdir. II Mehmet Konstantinapola hücumdan əvvəl əsgərlərinə söz vermişdi ki, şəhərə girin, bütün qadınlar sizin olacaq. Əsgərlər şəhərə girdi. Qadının sayəsində Konstantinapol İstanbul oldu”.
Ciddi proseslərdə qadın mərkəzdə görünmür
“Dünyada baş verən heç bir qlobal dəyişikliyin, ciddi proseslərin mərkəzində qadın dayanmır. Bəşəriyyətin qorunmasında qadının rolu yoxdur. Dünya qadın şüuru ilə idarə olunmur.
Sərhədsizlik həyatı çətinləşdirir
Bizdə hər şey bir-birinə qarışıb. Heç kim başqasının həyatının sərhədini gözləmək istəmir. Anlamır ki, müəyyən xətdən sonra məhrəmi keçmək olmaz. İçki içən adam istəyir ki, hamı içsin. Eləcə də dindar istəyir ki, hamı namaz qılsın. Heç kim öz sərhədinin içində qalıb, həyatını yaşamır. Sən namaz qılıb rahat olursan, mən isə içkidə rahatlıq tapıram. İcazə verin, Allahıma özüm istədiyim kimi inanım. Allah hamımızı eyni yaradıbsa, deməli, mənim üçün də ayrıca planı və fikri var. İslamda hər şey bağlı qapı arxasındadır. Mənimsə dörd divardan, bağlı qapıdan zəhləm gedir. Həyatımdakı bütün bağlı qapıları açmışam. Xoşluqla açmaq alınmayıbsa, təpikləyib sındırmışam”.
İnsani və İslami münasibətlər
Kimsə evlənirsə, bunu elə qloballaşdırıb ətrafa çatdırır ki, elə bil fövqəladə nə isə baş verib. Sənin arvad almağının bəşəriyyət üçün nə boyda çəkisi var axı? Adam hər şeyə arvad aldığı yerdən münasibət bildirir. Bəşəriyyətə belə arvad almaq kimi yanaşır. Bu müsəlman təfəkkürüdür. İslam insanın bu günkü zəkası ilə ayaqlaşa bilmir. Bunu da həzm edə bilmir. Ayaqlaşa bilməməyinin heyfini isə adi insanlardan çıxır. İslam hazırda bəşəriyyətə heç nə verə bilmir. Bəşəriyyət elmlə, tərəqqi ilə uğraşır. Müsəlman isə uşağının penisinin ucundan bir az kəsib onun ətrafına yığışıb hoppanıb-düşməklə məşğuldur. Sünnət yəhudilərdən gəlir. Lakin, dünyanın Marsda yaşamağa yer axtardığı vaxt müsəlmanlar mənasız işlər dalınca qaçır. Dünya, insanlar, müsəlmanların özləri belə, İslamla çoxdan vidalaşıb. Ən dindar müsəlman da bilir ki, oxumağa uşağı Avropaya göndərmək lazımdır. İslam dünya görüşü ilə uşaq böyütmək, uşağa tərbiyə vermək olmaz. Namaz qıla-qıla xəstəni əməliyyat eləmək olmaz. Namaz qılıb sən cənnətə düşəcəksən. Bəs başqaları? Həkim də olmalıdır axı.
Hamını mənim içkim narahat edir. Əgər bu ölkədə hamı bu qədər dindardırsa, hamı yaxşı insandırsa bu qədər qatil, quldur hardandır? Qəzet manşetlərində filan hacının oğlu filan hacının oğlunu öldürdü yazılır. Üç-dörd şairin içməyinə narahat olmayın. Mən heç olmasa, araq içəndə Allahı xatırlayıram. Siz isə məndən də ateistsiniz”.
“Xasiyyətnamə”yə xasiyyətnamə
“Seymur Baycan ədəbiyyatı, mətni fərdi şəkildə öyrədib. Onun yazdıqları ilə mənim prinsipial ədəbiyyat təfəkkürüm üst-üstə düşmür. Onun mütaliəsi çox təhlükəlidir. Hər şeyi oxuyur. Ancaq onun təsviri mənlik deyil. Təsəvvür edin ki, düzdə bir at qaçır. Atın qaçmağını Seymur yalnız “At qaçır” kimi yazacaq. Mövlud Süleymanlı isə atın qaçmağını elə təsvir edəcək sənə doğurdan da elə gələcək ki, gözünün qabağından at keçdi. Seymurun bu təsvirdə atı ayğırdı, yabıdı. Mövlud Süleymanlının atı isə Qıratdır. Yazıçının, rəssamın istedadı yalnız təsvirdə ortaya çıxır. Seymur necə görürsə, elə də yazır, özünə xüsusi əziyyət vermir. Mənim yazdıqlarım gördüklərim yox, göstərmək istədiklərimdir. Mən mətndə fotoqraf yox, rəssamam”.
Tükəzban söhbətləri
“Seymur Baycanın “Tükəzban” söhbəti eləməyə üzü olmamalıdır. Ən böyük İmanqulu elə Seymurdur. Cəsarəti varsa, bir dəfə də özündən yazsın. Seymurun bircə dəfə necə piti yeməyini görən adam bilir ki, nəyi nəzərdə tuturam. Seymur həm istəyir ki, piti yesin, həm də yanında dünya gözəli ingilis qızı olsun. Tükəzbanın isə istedadı yoxdur ki, Seymuru bəzəsin. Elə şey olmur. Sən əgər yeməyə pizza seçsən, sevgilinin adı Ellada olacaq, piti seçənsənsə Tükəzban. Seymur pizza yeyən qızla da yola gedə bilməz. İki gün sonra qızla dalaşar ki, niyə piti bişirə bilmirsən. Seymurun “Tükəzbanlar”ı real adamlardır. Mənim həyatımda isə bircə Tükəzban olub, o da mənim anamdır”.
Yeni kitablar haqqında
“Qanturalının yeni kitabını tam oxumasam da, vərəqləmişəm. Çox tələsik yazılıb. Publikanın diqqətini cəlb eləməyə hesablanıb. O kitabın çap olunmağını başa düşmədim. “Mustafa”da Qanturalı məzunu olduğu fəlsəfə ixtisasından endirim elədiyi fikirlərlə kitabı kitaba oxşada bilmişdi. Nitşenin, Şopenhauerin hesabına “Mustafa” xilas olmuşdu. “Mustafa”da Qanturalı yox idi, Nitşe var idi. Nitşenin hesabına kitab yazmaq istəmişdi. Halbuki Qanturalının kifayət qədər özünəməxsus, istedadlı yazıları var”.
Həyatındakı qadınlar
“Şəxsi həyatımla bağlı heç vaxt danışmıram. İnsanın yaşadıqları intim qalmalıdır. Həyatımdakı qadınların şeirimə və ya məni sevdiklərinə görə gəldikləri haqda da heç nə bilmirəm”.
Qadının gətirdiyi peşmançılıq
“Bu dünyada da, o dünyada da özümə bağışlamayacağım bircə şey var. Yəqin ki, heç Allah da bunu mənə bağışlamayacaq. Mən ədəbiyyata, yazı-pozuya bir neçə yazıya dəxli olmayan qadın gətirmişəm. Bu o qadınlardır ki, bir-iki tutarlı mətnin şöhrətini özünün şöhrəti hesab eləyib. Bundan məhşurlaşmaq və başqa şeylər üçün istifadə edib. Buna görə ədəbiyyat və Tanrı məni bağışlamayacaq. Bu mənim Azərbaycan ədəbiyyatı qarşısında başımı aşağı eləyən yeganə səhvimdir. Yazı adamı ayrı adamdır, şöhrət adamı ayrı. Ad çəkmirəmsə deməli, onların adı yadımdan çıxıb”.
Darıxmaqdan, şeirdən ağlamaq
“Son yazdığım şeirin bəzi misralarını ağlaya-ağlaya yazmışam.
Sevginin kövrəkliyi qədimliyindəndir
Sevgi qədim hissdir.
İnsanlar eramızdan əvvəl
Ərlərə və arvadlara bölünüblər
İbtidai sevgini çoxdan öldürüblər
Dincəlmək üçün ən yaxşı yer
İnsanın yorğun gözləridir.
Sevgi iki nəfər üçün göndərilən ayrılıq xəbəridir
Unutmaq istədiyini mütləq yadda saxlamaq lazımdır.
Getməmişdən əvvəl diş kimi
Çürümək, yerində laxlamaq lazımdır.
Bəzən fikri danışmaq yox, lal-dinməz ağlamaq lazımdır.
Mən səni axtardığım yerdə özümü tapdım
Tək idim, çuval kimi özüm öz çiyinlərimə yük idim.
Yenə külək əsdiyi, yağış yağdığı, qar əridiyi yerə
Aparmaq istəyirdi məni, getmədim
İndi ən böyük ümidimi yelləndirirəm
Utancaq ata kimi divara elə qısılmışam ki...
İnsanlar məni daşlardan seçmir.
İnandığım şey Allahdırsa, bəs inanmadığımın adı nədir
Kimsə mənə demədi.
Zaman böyüklüyünü gizləmək üçün
Özünü kiçik hissələrə bölüb
Saniyəyə, dəqiqəyə, saata
İndi ayağına ona görə yıxılmışam ki
Heç vaxt əyilməmişəm həyata”.
Kəndə qayıtmaq
“Arada istəyirəm, çıxıb uzaqlara gedim, dağlara çəkilim. Sonra düşünürəm elə fikirləşəcəklər ki, ya özümdən Zərdüşt peyğəmbər düzəltmək istəyirəm, ya da Əkrəm Əylislinin təsirinə düşmüşəm. Mən kəndi şəhərə, evimə gətirmişəm. Adamlardan, şəxsi münasibətlərdən uzaq, evimdə özümə yuva, mağara qurmuşam. Özümü dağa yox, dağı evimə gətirmişəm. Bu evin o xüsusiyyəti mənə xoşdur ki, burda rahat darıxıram. Heç özüm də bilmirəm, nə üçün, kimin üçün darıxıram”.
Günay Muradlı publika.az

Комментариев нет:
Отправить комментарий