Suallara ədliyyə mayoru, yazıçı Rövşən Yerfi cavab verir
- Həbsxana mövzusu və bu mövzuda yazan yazıçılar haqda danışın…
- Həbsxana mövzusu sovet dövründə qadağan olunmuşdu. Bu mövzuda yazmağa icazə verilmirdi. Qadağa SSRİ-nin süqutundan sonra götürüldü. 1992-ci ildə Çingiz Ələkbərzadənin “Zindan” romanı və Qənimət Əlisaoğlunun “Lənət qapısı” sənədli romanları işıq üzü gördü. Onlar həbsxanada başlarına gələnləri qələmə alıblar. 90-ci illərin ortalarında “oğru dünyası”ndan bəhs edən kitablar buraxıldı. Bu kitablar kimisə mədh etmək üçün yazılırdı. Həmin kitablar daha çox satış üçün nəzərdə tutulmuşdu. Artıq həmin kitablar unudulub. Son dövrlərdə həbsxana mövzusunda Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti, Əyyub Qiyasın “Zindan həyatından şeirlər” əsərləri çap olunub.
- Sizi adını çəkdiyiniz yazıçılardan fərqləndirən nədir?
- Adlarını sadaladığım müəlliflərdən əsas fərqim odur ki, yazdıqlarımı Penitensiar Xidmətin əməkdaşı olaraq qələmə almışam. Penitensiar Xidmətdə işləmiş yeganə yazıçı mənəm. Xidmətə başlayandan bir il sonra gördüklərimi yazmağa başladım. Uzun müddət yazdıqlarımı üzə çıxarmağa çəkindim. Düşünürdüm ki, məni oturduğum budağı kəsməkdə ittiham edəcəklər. Həbsxana həyatından bəhs edən “Üzdəniraq ada” adlı ilk kitabım 2004-cü ildə çap olundu. Etiraf edirəm ki, qorxumdan soyadımı gizlətdim, təxəllüs götürdüm. Bizim idarədə kitab oxumağa hövsələsi olan işçilərin sayı bir əlin barmaqlarının sayı qədər idi. Elə indi də təqribən o qədər olar. Kitabımı onlara çəkinə-çəkinə verdim ki, oxuyub fikirlərini bildirsinlər. Onlar oxuyandan sonra kitabı nə təriflədilər, nə də tənqid etdilər. Belə desək əhəmiyyət vermədilər. Bundan sonra ürəkləndim ki, yazdıqlarımda qorxulu bir şey yox imiş. Yazdığım povestləri 2008-ci ildə, keçmiş rəhbərliyə diskdə təqdim etdim. Həm də raport yazıb, xahiş etdim ki, yazılarımın kitab halında çapına kömək etsinlər. Bir ay sonra daha yaxşı yazmağı və əlaqədar təşkilatlara müraciət etməyi tövsiyyə edən cavab məktubu gəldi…
- İndiki rəhbərliyə necə müraciət etmisinizmi?
- Yeni rəhbərliyə müraciət etmədim. Düşündüm ki, heç bir faydası olmayacaq. Bu ilin əvvəllərində isə pensiyaya çıxmağıma 8 il qalmasına baxmayaraq işdən çıxmaq üçün ərizə yazdım. Ehtiyatlanırdım ki, işdən çıxmağıma mane olarlar, ona görə bir neçə səbəb göstərmişdim. Səbəblərdən biri belə idi ki, yaradıcılıqla məşğul olmaq istəyirəm. Çağırıb soruşan olmadı ki, 17 ildir zabitsən, niyə işdən çıxırsan və nə yazırsan? Saya salan olmadı. Ümumiyyətlə, Penitensiar Xidmətdə ədəbiyyata münasibət aşağı səviyyədədir. Doğrudur, cəzaçəkmə müəssisələrində ildə bir neçə tədbir keçirirlər, məhkumların şeirlərindən ibarət almanaxlar tərtib edirlər. Amma bütün bunlar görüntü naminə edilir.
- Cəzaçəkmə müəssisələrində daha çox hansı mövzuda olan kitablar oxunur və dustaqların ədəbiyyata marağı varmı?
- Cəzaçəkmə müəssisələrində əvvəllər kitabxanaların vəziyyəti qənaətbəxş deyildi. Həbsxanaların kitabxanalarına son illərdə hökumət xətti ilə latın qrafikasında nəşr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri gətirilib. Cəzaçəkmə müəssisəsində kitab oxuyan məhkumların sayı çox azdır. Oxuyan dustaqlar da əsasən ali təhsilli insanlardır. Xüsusilə klassikləri, dünya ədəbiyyatından tərcümələri oxuyurlar.
Orta təhsillilər oxumağa meyl etmirlər.
- Avtoritetlər, “oğru dünyası” haqda yazılan kitablar həbsxanadakı kitabxanalarda varmı?
- Belə kitabların ora gətirilməsinə icazə verilmir. Həmin kitablar ancaq əldən-ələ ötürülməklə həbsxanalara yol tapır. Sonuncu iş yerimdəki kitabxanaya beş kitabımı bağışladım. İki kitabım necə oldusa yoxa çıxdı. Kitablarımı nəzarətçilər daha çox oxuyurdu. Sonradan öyrəndim ki, kitablarımı oxumaq üçün böyük növbə varmış. Öz həyatlarından bəhs edilirdi deyə maraqlanırdılar. Yazdıqlarımı məhkumların hamısı oxumaq istəyirdi. Mən çox təəssüf edirəm ki,“Qadın düşərgəsi” adlı kitabımın çap olunmağından iki ildən çox vaxt keçsə də qadın cəza evində məhkumluq həyatı yaşayanların bu kitabdan hələ də xəbəri yoxdur.
- Cəzaçəkmə müəssisələrinin rəisləri, onların köməkçiləri kitab oxuyurdularmı?
- Kitab oxumağa marağı olan daha çox nəzarətçilər idi. Doğrusu, rəis və onun köməkçilərini işi çox olur, kitab oxumağa vaxt tapmırlar. Yazıçılığımdan mənə qalan bircə o oldu ki, iş yoldaşlarım arasında adımı “kitab yazan” qoydular (gülür).
- “Üzdəniraq ada” əsərinizdə həbsxanada hörməti olmayan təbəqədən bəhs etmisiniz. “Üzdəniraq” sözünün mənası bir çox hallarda yanlış başa düşülür. İstərdim “üzdəniraqlar”, “sanitarlar” barəsində bir qədər dəqiq izah verəsiniz…
- “Üzdəniraq ada” romanında bu barədə ətraflı yazmışam. Ancaq o romanda yaza bilmədiyim məsələlər də var ki, bu yaxınlarda çap olunacaq təkrar nəşrdə o məqamlar olacaq. “Üzdəniraq”ların hamısı homoseksual deyil. “Üzdəniraq” təbəqəsinə homoseksuallar da, “oğru dünyasının” cəzasını alıb, “sındırılan” insanlar da aid edilir. Onların “barak”ları, hamamları, yeməkxanaları və karserləri ayrı olur. Ümumi yataqxanalarda qapının girişində yatırlar. Sıra düzülüşündə də axırıncı sırada dururlar. Onlara əl verib görüşmək də yaxşı sayılmır. Bir sözlə, tam təcrid olunurlar. “Sanitar” sözü isə “üzdəniraq” sözündən daha mədəni səslənir, bu səbəbdən də həmin ifadədən istifadə edilir. Həm də təmizlik məsələlərində onların əməyindən istifadə olunur. Bu əsərdə təkcə fiziki deyil, mənəvi üzdəniraqlardan, məhkuma, əməkdaşa fərq qoymadan onların insana yaraşmayan əməllərindən danışılır.
- Həbsxana mövzusundan başqa hansı mövzularda yazırsınız?
- Yaradıcılığım təkcə həbsxana mövzusu üzərində qurulmayıb. Bir roman, üç povest və üç hekayəm həbsxana mövzusuna aiddir. Hələ ki, həbsxana mövzusunu işləməkdə davam edirəm. Həbsxana mövzusundan başqa müasir qadının problemləri haqqında yazmağı xoşlayıram. Ədəbiyyatda qadın mövzusu çox böyük mövzudur. Burada sevgi, sədaqət, xəyanət – bütün hisslər var. Qadını xoşbəxt olmayan cəmiyyət heç zaman tərəqqiyə nail ola bilməz. Hələlik qadın mövzusunda “Sel” və “Günahsız qatil” povestlərini yazmışam.
Fərid MİRZƏYEV kulis.az

Комментариев нет:
Отправить комментарий