31.10.2012

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -39

XXXIX yazı: Artıq 45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı Birləşmiş Ştatlar xalqının heç ağlına da gəlmir

 İsveçrədə olduğu kimi, Kanadanın da çirkli tərəfi vardır. Lakin Komitet 300 bunu kənar nəzərlərdən, 1913-cü ildə Böyük Bitaniyada qəbul olunmuş qanundan sözbəsöz köçürülən, “Rəsmi sirrlər haqqında Akt” maneəsi ilə yaxşıca gizlətmişdir. Narkotiklər, çirkli pulların yuyulması, cinayətlər və reket- bütün bunların üstü bu biabırçı aktla örtülmüşdür. Çoxlarına məlum deyil ki, Taxt-tacın agentləri tərəfindən ürəkləri istəyən şəkildə interpretasiya oluna bilən “Rəsmi sirrlər haqqında Akt” üzrə ittiham olunanlara hətta ölüm hökmü də kəsilə bilər.

 Kanada Cənubi Afrika və ya Hollandiya, və yaxud da Belçikaya bənzər millət deyil; Kanada həmişə İngiltərə kraliçasının önlüyünün bağlarına bağlı vəziyyətdə olub və indi də bu vəziyyətdə qalmaqdadır. Kraliça Yelizavetanın arzularının yerinə yetirilməsi işində Kanada həmişə hamıdan irəlidə gedir. Kanadanın qoşunları, Bur müharibəsi də (1899-1902-cü illər) daxil olmaqla, Əlahəzrət Kraliçanın apardığı bütün müharibələrdə iştirak etmişdir.
 Amerikadakı analoqu kimi, Kanada Beynəlxalq İşlər İnstitutu da Beynəlxalq İşlər üzrə Kral İnstitutunun kreaturasıdır və Kanadanın siyasətini idarə edir.
1925-ci ildə bu institutun əsası qoyulan vaxtdan etibarən Kanadanın Dövlət Katibi postunu onun üzvləri tutur. Perl Harbora hücuma şərait yaratmış idarə olan “Sakit okean Münasibətləri İnstitutu” Kanadada razılıqla qəbul edildi. Bu hadisə Ouen Lattimor və onun əməkdaşlarına qarşı 1947-ci ildə dövlətə xəyanət ittihamı irəli sürüləndən, onlar məhkəmə qarşısına gətirilmələrini gözləməyərək Birləşmiş Ştatları tərk edəndən sonra baş vermişdi.
 Kanada Beynəlxalq İşlər İnstitutu İkinci Dünya Müharibəsinin sonundan Mİ-6-da ikinci adam olan Ser Kennet Stronq vasitəsilə “Rank Organization” ilə bağlıdır. “Müqəddəs İonn İerusalimski Ordeni”nin üzvü olaraq, Ser Kennet Stronq Kanadada “Rank Organization” və Böyük Britaniya taxt-tacının kommersiya maraqlarına nəzərən ikinci adamdır. O, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankından sonra ən inkişaf etmiş narkobanklardan biri olan “Bank of Nova Scotia” (“Yeni Şotlandiyanın Bankı”) bankının Direktorlar Şurasının üzvüdür. Kanadada heroin ticarətindən gələn pullar bu bank vasitəsilə yuyulur.
 Kanadada bir nömrəli adam isə “Müqəddəs İonn İerusalimski Ordeni”nin yüksək dərəcəli üzvü Ser Brayan Edvard Mauntindir.
Burada xatırlatmaq yerinə düşərdi ki, Böyük Britaniya İkinci Dünya Müharibəsinə Birləşmiş Ştatların qoşulmasını istəyəndə, müvafiq əmri çatdırmaq üşün Prezident Ruzveltlə görüşə Lord Biverbruk və Ser Brayan Mauntin göndərilmişdi. Ruzvelt tabe oldu və ABŞ Hərbi-Dəniz Qüvvələrinə hərbi əməliyyatları Qrenlandiyadakı hərbi bazadan başlamaq əmrini verdi- Perl Harbordan doqquz ay əvvəl Almaniyanın sualtı gəmilərinə hücumlar məhz buradan həyata keçirilirdi. Bu, Konqresi xəbərdar etmədən və onun razılığı olmadan edilmişdi.
 Kanada ilə “Rank Orqanization” arasında qarşılıqlı münasibətlərdə daha bir əhəmiyyətli ad, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankının Kanadada ekvivalenti, narkopulların yuyulması çirkabına batmış “Bank of Nova Scotia” bankının Direktorlar Şurasının üzvü Ser Kennet Keyt idi. Başqaları kimi o, da Londonun qocaman qəzetləri olan “Tayms” və “Sandi Tayms” qəzetlərinin Direktorlar Şurasına daxil idi. “Tayms” artıq 100 ildən çoxdur ki, xarici siyasətdə, maliyyə işlərində və İngiltərənin siyasi həyatında kral ruporudur.
 Ser Kennet nominal olaraq üzvü olduğu “Kanada Beynəlxalq İşlər İnstitutunun” adından çıxış edərək, Komitet 300-ün bir çox üzvləri kimi, Mİ-6 ilə Honkonq və Çindən tiryək göndərilməsinin idarə ierarxiyası arasında fırlanırdı. Üstəlik də, o “Hill Samuel” bank evinin Direktorlar Şurasının üzvü olduğu üçün, ona tez-tez Honkonq və Çində olmağını izah etmək problem deyildi. Onun Mİ-6 dairəsindən kənarda ən yaxın əməkdaşlarından biri, Böyük Britaniyanın istər mühafizəkar, istərsə də leyboristlərdən olan bütün baş nazirləri üzərində Komitet 300 tərəfdən bilavasitə nəzarətçi olan Ser Filipp de Zuleta idi. Ser Kennet Stronqun narkotiklərlə əlaqəli olan bütün hər şeyə, o cümlədən də terrorizmə, tiryək istehsalına, qızıl bazarlarına, çirkli pulların yuyulmasına və bütün narkobiznesin mərkəzi- Böyük Britaniya taxt-tacının bank əməliyyatlarına aidiyyatı vardır.
 Böyük Britaniya taxt-tacının Kanada üzərində nəzarəti Ser Uolter Qordonun rəhbərliyi altında həyata keçirilir. Kraliçanın şəxsi nəzarət kontorunun -bu, həm də “Məxfi Şura” kimi tanınır- keçmiş üzvü olan Qordon “Sakit okean Münasibətləri İnstitutunu” “Kanada Beynəlxalq İşlər İnstitutu” vasitəsilə dəstəkləyirdi. Keçmiş maliyyə naziri olan Qordon Komitet 300-ün seçdiyi mühasibatçıları və vəkilləri ölkənin əsas üç bankına -“Bank of Nova Scotia”, “Canadian Imperial Bank” və “Toronto Dominion Bank”- işə qəbul etdirə bilmişdi.
 Çirkli narkopulların yuyulması üzrə, birbaşa Çinə giriş kanalı olan, əməliyyatlar arasında həcminə görə ikinci yeri tutan əməliyyatı Komitet 300-ün Qordona tabe olan cəsuslar şəbəkəsi bu üç “taxt-tac bankı” vasitəsilə koordinasiya edirdi. Qordon ölən gününə qədər Ceyms Endikotta, Çester və Pol Linnə nəzarət edib.
Mİ-6 bu adamları Kanadada “Çin üzrə ən yaxşı mütəxəssis” kimi müəyyən etmişdi. Onların hər üçü Çjou En Layla sıx işləyirdilər. Necə olmuşdusa, Çjou En Lay Kamal Əbdul Nəsirə demişdi ki, o Böyük Britaniya və ABŞ-ın başına, onların Çinlə etdiyini gətirərdi, yəni onları heroin narkomanı millətinə çevirərdi. Vyetnamda amerikalı əsgərlərdən başlayan Çjou En Lay öz vədini demək olar yerinə yetirdi.
 Kanadanın heroin-narkotika halqasında başqa bir fəal əməkdaş Con V.Gilmer və Con Robert Nikolson idi. Onların hər ikisi “Müqəddəs İonn İerusalimski Ordeninin” üzvüdür. Lord Hartli Şoukross -“Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” Direktorlar Şurasının üzvü və Susseks Universitetinin (yaxşı ad çıxarmayan “Tavistok İnsan Münasibətləri İnstitutu” burada yerləşir) fəxri rektoru olub və Kanada ilə sıx bağlı idi. Ehtimal edirlər ki, o bilavasitə Kraliça II Yelizavetaya tabe olurdu.
 “Rank Organization” korporasiyasının ABŞ-da keçirdiyi əməliyyatlara gəlincə, bunlardan ən müvəffəqiyyətlisini “Metropolitan Life Insurance Company” və “New York Life Insurance Company” sığorta şirkətlərinin mülkiyyətçisi olan “Corning Group” kompaniyasının fəaliyyətini hesab etmək olar. Komitet 300-ün üzvləri olan Amori Houton və onun qardaşı Ceyms Houton, adları çəkilən sığorta şirkətləri, eləcə də “Corning Glass”, “Dow Corning” və “Corning International” vasitəsilə artıq çox uzun müddətdir ki Böyük Britaniya taxt-tacına xidmət edirlər.
Onların hər ikisi “İBM” və “Citiqrupun” Direktorlar Şurasının üzvüdür. Ceyms Houton “Priston Ən Yeni Tədqiqatlar İnstitutunun”, eləcə də “Kral Beynəlxalq İşlər İnstitutu” və “Beynəlxalq Münasibətlər üzrə Şuranın” dayağı hesab eilən “C.Pyerpont Morqan Kitabxanasının” Direktorlar Şurasının  üzvü, həmçinin də CBS telekompaniyasının direktorlarından biridir.
 Merilend ştatında “Uayi Plantasiyası” kimi tanınan yüzlərlə akr sahəni Böyük Britaniya taxt-tacının “Aspen Humanitar Tədqiqatlar İnstitutuna” məhz Houton qardaşlarından biri hədiyyə etmişdi. “Corning Glass” kompaniyasının İdarə Heyətində həmçinin də Bostonun Anqlikan (yepiskopal) Kilsəsinin yepiskopu da əyləşmişdir. Bütün sadaladıqlarımız bu qrupa, sığorta şirkətlərinin icraçı məmurlarına xas olan təkəbbürlü görkəm verir. Aşağıda biz görəcəyik ki Ceyms Houtonla yanaşı, Keyt Fanston və Con Harper də -onların hər ikisi “Corning Glass” kompaniyasının İdarə Heyətində təmsil olunub- “Metropolitan Life Insurance Company” sığorta şirkətini idarə edənlərin arasındadırlar.
 Komitet 300-ün təkcə bu strukturunun bir-birinə sıx nüfuz etməsi və bir-biri ilə sıx qarşılıqlı əməkdaşlığı sui-qəsdçilər ierarxiyasının sərəncamında olan və hamının, o cümlədən də Birləşmiş Ştatlar prezidentinin qarşısında diz çökdüyü hakimiyyətin nəhəngliyi barədə təsəvvür yaradır. Yüzlərlə kompaniyadan biri olan bu Amerika şirkətinin -Birləşmiş Ştatların biznes və siyasətinin bütün aspektlərinə daxil olmağa can atan kompaniyaların funksionerləri və rəhbərlərnin bütöv şəbəkəsi haqqında hələ heç danışmırıq- Böyük Britaniya kəşfiyyatı ilə qarşılıqlı sıx əlaqə şəraitində Kanadada, Uzaq Şərqdə və Cənubi Afrikada işləri necə həyata keçirdiyini qeyd etmək vacibdir.
 
“Metropolitan Life Insurance Company” kompaniyası Komitet 300-ün nəhəngi -“Assicurazioni Generale” ilə müqayisə oluna bilməz. Lakin, bununla belə bu kompaniya, Houtonun hakimiyyətinin ABŞ və Kanadanın bütün işgüzar spektrinə nə dərəcədə bərqərar olduğunu parlaq surətdə nümayiş etdirir. Houtonun təsir dairəsi “R. H. Masy” (sıravi işçiləri kompaniyanın kommunizm təəssübkeşi olduğunu göstərən qırmızı bant artıq gəzdirmirlər), “the Royal Bank of Canada”, “National and Westminster Bank”, “Intertel” (kinli və alçaq özəl kəşfiyyat agentliyi), “Canadian Pacific”, “The Reader's Digest” (sovet jurnalı), “RCA”, “AT&T”, “the Harvard Business School”, “W.R.Grace Shipping Company”, “Ralston Purina Company”, “U.S.Steel”, “Irving Trust”, “Consolidated Edison of New York and ABC” və davam edərək, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankına qədər sirayət edir.
 “Rank Organization”nun ABŞ-da uğurlu kompaniyalarından biri də “Reliance Insurance Group” sığorta şirkətidir.
“Strateji Bombardmanların Planlaşdirilması İdarəsi”nin tərkib hissəsi olaraq, “Reliance Insurance Group” “Tavistok İnsan Münasibətləri İnstitutunun” ABŞ-da tətbiq etdiyi beyinlərin yuyulması, ictimai rəyin formalaşdırılması, müşahidə, seçkilərin təşkili və sistemli təhlili üçün ilkin struktur bazanı təşkil edir. Mənzil-qərargahı Filadelfiya ştatında olan “Reliance Insurance Company” “Strateji Bombardmanların Planlaşdirilması İdarəsinə” Birləşmiş Ştatlarda xəyanətkar fəaliyyəti başlamağa imkan verən korporativ struktur yaratdı. Artıq 45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı isə Birləşmiş Ştatlar xalqının heç ağlına da gəlmir. ABŞ-a qarşı aparılan bu müharibənin həlledici simalarından biri Komitet 300-ün “Wilkie, Farr and Gallagher” hüquq firmasından olan David Byalkin idi. Byalkin uzun illər ərzində “Antidiffamasion Liqa”-ya rəhbərlik edib. “Antidiffamasion Liqa” Böyük Britaniya kəşfiyyatının strukturudur. Onu ABŞ-da Mİ-6 təsis edib və burada “Antidiffamasion Liqaya” “Tavistokdan” olan Saul Steynberq və Erik Trist rəhbərlik edib. Saul Steynberq- London ailəsi olan Cekob Rotşildin nümayəndəsi və işgüzar tərəfdaşıdır.

                                                                          (Ardı var)

Комментариев нет:

Отправить комментарий