27.10.2012

BİR ŞİRVANLI SONASIYAM

Aida Eyvazova

"Götürün məni Şirvana,/ İçim cənnət havasından". (Laçın Məmişov)

Şirvandan başlayan yoldur,
Süfilərə məskən oldu.
Övliyalar məkanıdır,
Sehr vardır qayəsində.

Dövlətçilik tariximdir,
Muğamımda sarı simdir,
“Heyratı”mıdır, “Şikəstə”mdir,
Aşıq Şakir havasında.

Şah Xəndanın  anasııdır,
Nəsiminin dünyasıdır.
Tariximin aynasıdır,
Çıxıb düşmən qovğasından.


Ədəb-ərkan diyarıdır.
Arif  sözlü, dəyərlidir.
Fəzlullah dəyərin verdi,
Şeyriyyət var mayasında.

Diri  baba  ocağımdır.
Qoynu ata qucağımdır,
Həm sevincim , həm ağrımdır,
Bürünmüşəm sevdasına.

Şanım-şöhrətim bilirəm,
Uca dövlətim bilirəm,
Varım –dövlətim bilirəm,
Bir şirvanlı sonasıyam.

Комментариев нет:

Отправить комментарий