30.10.2012

Mən səni gördüm ayışığında

Məlihə Əzizpur

Bir dolun ayla bəzənmişdi gecə!
Mübhəm duyğular daşıyrdı içimə
Dənizdən əsən ılıq əsinti.
Doğrusu,
Qurbət,
Sarmışdı bütün hücrələrimi
Ama,
Bir dolun ayla bəzənmişdi gecə!
Kiçik dalğalar,
Döyüntüləri ilə anladırı varlığını
Parıldayırdı mavi dəniz
Tamamlanmış şeirə bənzəyirdi gözlərin
 Və mahnılara götürürdü məni,
 An ba an:

 ". . . Mən səni gördüm ayışığında
Könlümü verdim ayışığında . . ."
Bir dolun ayla bəzənmişdi gecə!
Özündən getmişdi dünya,
Gözəllik,
 Yavaş yavaş pıçıldaşırdı mənimlə
Və mən
Sevməyə başlamışdım səni
Melodilər kimi
Röyalar kimi
Dualar kimi . . .
Bir dolun ayla bəzənmişdi gecə !

***
Bugün,
Bağçama əkirəm səni.
Böyüyüncə bəlkə də;
Atama çəlik olasan,
Anama tabut,
Balama beşik,
Özüm üçün dar ağacı . . .
Ancaq ki,
Səni bağçama əkirəm bugün;
Balaca ağac! . . .

Комментариев нет:

Отправить комментарий