29.10.2012

BAXIŞ QURŞAĞI

Xosrov Barışan

AXŞAMLA SƏHƏR

Axşam çağıdır yenə...
Çalır
  Gecənin məktəbinin zəngi!
Ağzımı zəncirləmişəm susmaqla!
Tummağın dolabında
    Donubdur baxışlarım
                               Donub...
                                  Donub...
Zindan olubdur həsrətin!
Ah...
  Ah...
    Çəkirəm ah...
Ahımsa
 Barmaqlıqlarıdır zindanımın.
Yapışıb
  Onlara sarılaraq
      Baxıram ufuqlara

Uçur...
  O qaranquş
          Uçur ah...
Mən
  Baxıram.
Günahım nə?
   Nədir suçum?

Axı mən səhər çağı
                    Günəşin
                      Sarı saçlı qızına
                              Söz atmışam!

BAXIŞ QURŞAĞI

Vurğunam...
   Baxışıvın qurşağına.
Ürəyim
   Ildırım təkin şaxır...
Gözlərimsə yağır,
                     Yağır...
                        Yağır...
Bəlkə sən
 Baxışıvın qurşağını
                  Göstərəsən.

PARLAQ OD

Gecə zil qaranlıqdır...
Alovlanıb od olmuşam,
  Kömür qəmindən əl açanda ucaya
Yazıq...
   Hevik...
      Hey saralıb, hey qızarıb,
                          Həp yanıram...
Yer beşiyi, göy qucağı
                     Hayxırışım!
Vay ki parıldadanmıram!!!
                             Parıldıram...

Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий